loading...
Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Yoldaşımla mübahisə etmişəm. Nə etməliyəm?
Yoldaşımla mübahisə etmişəm. Nə etməliyəm?
Göndərən: Fialka
Şərhlər:
Baxılıb: 657
Səs ver:
Sevgilinizlə və ya həyat yoldaşınızla aranızda olan mübahisə, münasibətinizdə məsafəyə, soyuqluğa səbəb olur.  Əslində tez-tez yaşanan bu mübahisələr çox da ciddi şeylərdən qaynaqlanmır və anlıq kaprizlər, düşünülmədən söylənən sözlər,  sonradan bərpa etməyi çətin olan vəziyyətlərə gətirib çıxardır.  Sosial araşdırmalar zamanı məlub olub ki, mübahisədən sonra peşman olan insanlar, necə hərəkət etməli olduqlarını bilmirlər.

İlkin olaraq düşünməlisiniz ki, bu mübahisəni etmək nə qədər lazımlıdır. Bir-birinizə yalnız tərslik edib mübahisə yaşayırsınızsa, qərarınızı gözdən keçirir. Səbəbsiz yerə mübahisə edən cütlüklər bir müddət sonra bezib, ayrılıq qərarı alırlar.  Bəzən isə  mübahisələrdən müsbət nəticələr əldə etmək olar. Lakin təbii ki,  sərt mübahisələr etmədən doğru nəticələr əldə etmək daha gözəl olar.

Söyüş söymək cütlüklər arasındakı hörmətin itməsinə səbəb olur. Ağlınızdakı  şeyləri söyləməzdən əvvəl bir dəfə düşünün və gərəksiz yerə yoldaşınızın qəlbini qırmayın.  Əsəbləri gərgin olan insanlara isə mübahisədən əvvəl özlərini sakitləşdirməyə çalışıb, başqa işlərlə məşğul olub , fikrini yayındırmağı məsləhət görülür.

Əgər mübahisədən peşmansınızsa, yoldaşınızla barışmağa səy göstərin. Bu qayda kişilərə olduğu qədər qadınlara da aiddir. Lakin yoldaşınız sizinlə ünsiyyətə keçmək və mübahisəni  sonlandırmaq istəyirsə, onun bu səyinə olan hörmətinizi də göstərməli və ayrılığı uzatmamalısınız.

Gördüyünüz kimi bir müzakirənin ardından yaşanacaq problemlərdə hər iki tərəfin də məsuliyyəti var. Bir tərəfin düzgün bir addım atması, digərinin isə bunu qarşısındakını  alçaltmaq fürsəti olaraq görməməsi əsasdır.
 

Şərhlər:
Baxılıb: 657
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
loading...

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
loading...
YeniQadin.Biz
Səsvermə
 

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınlar.Biz həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz