loading...
Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Ailədə tarazlıq pozulanda...
Ailədə tarazlıq pozulanda...
Göndərən: Fialka
Şərhlər:
Baxılıb: 466
Səs ver:
Bəzi ata-analar övladları ilə olan münasibətlərinin "ideal” olduğunu düşünürlər..Bəlkə də bunu həmin valideynlərə görə normal saymaq olar. Bəs uşağa görə necə, normal saymaq olarmı? Təbii ki, bu məsələni bir qədər ciddi-ciddi, dərindən düşünmək lazımdır.

Uşaq üçün əsas məsələ atanı "ata” kimi, ananı isə "ana” kimi görməkdir. Təbii ailə modelində ana "şəfqəti”, ata isə "nüfuzu” təmsil etməlidir. Ancaq bəzən ata-anaların ailə daxilindəki bu rolları dəyişir və bu da ailədə, necə deyərlər, tarazlığın pozulmasına səbəb olur.

Ata ailədə "nüfuzu” təmsil etsə də, bu "nüfuz” məcburi şəkildə olmamalıdır. Başqa sözlə, bu "nüfuz” ataya ailə tərəfindən könüllü şəkildə verilməlidir. Məcburi şəkildə əldə edilən "nüfuz” ailə daxilində tarazlığın pozulması deməkdir. Digər tərəfdən, bu"nüfuz” zorakılıq kimi də qəbul edilməməlidir.

Ana isə ailə daxilində "şəfqətin” təmsilçisidir. Ancaq təəssüf ki, bəzi hallarda ananın bu rolda çıxış etməsi passivlik kimi qiymətləndirilir. Bu isə ananın bu rolunu yerinə yetirməsində psixoloji maneəyə (ya da maneələrə) səbəb olur. Beləliklə, ana"şəfqət”ə deyil, "nüfuz” roluna üstünlük verir. Nəticə etibarilə bu proses zaman keçdikcə ailədə tarazlığın pozulmasına səbəb olur. Buna görə də istər ata, istərsə də ana, nə olursa olsun öz rolundan kənara çıxmamalıdır. Çünki uşaqların ata kimi atalara, ana kimi analara ehtiyacları var...

Şərhlər:
Baxılıb: 466
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
loading...

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
loading...
YeniQadin.Biz
Səsvermə
 

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz