loading...
Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Seks iştahın yaşdan aslılığı
Seks iştahın yaşdan aslılığı
Göndərən: NoName
Şərhlər:
Baxılıb: 5115
Səs ver:
Kişilər kimi qadınların da intimual arzuları, ehtiyacları onların yaşıyla təyin edilir.
Qadınların intimual meyli kişilər üçün tapmaca qaldığı kimi elə özləri üçün də bir sir olaraq qalır. Həyatın müəyyən bir dövründə o daha güclü, başqa bir dövründə isə əhəmiyyətli dərəcədə enir. Bəs bu nədən asılıdır?
Məlum olduğu kimi, hormonlardan- estrogen və testosteron intimual meylin yaranmasında və ya intimual meylin azaldılmasında böyük rol oynayır. Amma bu yalnız onlardan aslı deyil.
intimual meyl çox amillərdən asılıdır: hormonalar, yaş, fizioloji, sosial, həmçinin irsi əlamətlərdən də aslıdır. Hərçənd ki, qadının ehtirası çox fərdi xarakteri daşıyır, amma bütün yaş kateqoriyalarında bir çox ümumi əlamətlər tapmaq mümkündür.

20 yaşda seks
20 yaş: tək və xoşbəxt. Yaranmış fikirlərə baxmayaraq, 20 yaş – vacib coşqun intimual meylin yaranma vaxtı hesab olunmur. Bu yaşda bir çox qızlar özünü xarici görünüş və təhsil və karyerasının axtarış problemləriylə narahatdırlar. Statistikaya görə, subay qadınlar evli qadınlardan iki dəfə daha çox öz intimual cazibədarlığı və intimual qabiliyyətləri haqqında narahatq hiss edirlər, baxmayaraq ki onların həyatında qismən daimi partnyorları var.
Nə qədər münasibətlər daha sabit olursa, o qədər daha çox onun intimual meyli olur. Tədqiqatlar həmçinin göstərir ki, əgər qadın həftədə bir dəfədən daha az cinsi əlaqədə olursa, onda o daha çox cinsi problemlər yaşayır.

30 yaşda seks
30 yaş: ərlə və uşaqlarla. 30 yaşda qadın, bir qayda olaraq, özünü dərk etmənin müəyyən səviyyəsinə və öz ehtiyaclarının anlamalarına çatır. Bundan başqa bu yaşa qadınların əksəriyyəti artıq sabit münasibətdədir. Həmin yaşda qadınlar ailə münasibətlərinin təhlükəsizliyinin maksimal səviyyəsinə çatırlar və onu yalnız uşağın doğuluşu və ya karyera problemləri nisbətən azalda bilər. Texnika təcrübəylə təkmilləşir və qadının 30 yaşında daha asan və daha çox sksuallığın pik nöqtəsinə çatır. Bu da öz növbəsində intimual meyli getdikcə çoxaldır. Əbəs yerə deyilmir ki qadınlar otuz yaşdan qırx yaşa qədər ehtirasın pikindədirlər.

Həkimlər tərəfindən təsdiq edilmişdir ki qadınlar nikahdan sonra ilk uşağının doğuluşuna qədər nadir hallarda intimual problemlərindən şikayət edirlər. Testosteronun hormonun səviyyəsi 35 yaşdan sonra enməyə başlayır, amma o səviyyədə deyil ki o qadın orqanizminə əks təsir göstərsin. Müasir qadınların əksəriyyəti üçün bu yaş reproduktiv qalır. Qadın hamiləliyi vaxtı, bir qayda olaraq, ehtiras sıçryışlarını hiss edir, xüsusilə hamiləliyin ikinci rübündə. Bu isə hormonal fonun ən böyük dərəcədə (proqesteronun səviyyəsi minlərlə dəfəyə qədər artır, amma estrogenin səviyyəsi - yüz dəfəyə qədər enir) göstəricilərinin dəyişməsi ilə əlaqədardır. Bundan başqa, böyüyən döl cinsi orqanlar sahəsinə təzyiq göstərdiyindən, bu sahədə qanın axını güclənir. Maraqlıdır ki, əgər döl – oğlandırsa, onda bu intimual istəyi daha çox gücləndirir, çünki ikinci trimestrdən başlayaraq döl şəxsi kişi hormonlarını istehsal etməyə başlayır. Uşağın doğuluşundan sonra çox qadınlar etiraf edilirlər ki, onlar intim haqqında düşünmək belə istəmirlər. Səbəbi isə yorulma və həm də hormonların səviyyəsinin düşməsidir. Testosteronun səviyyəsi bu halda əhəmiyyətli dərəcədə azalır, hərçənd o tez bir zamanda normala qayıdır.

40 yaşda intim

40 yaş: yenə də uşaqlarla. Hərçənd 40 yaşdan sonra hormonların səviyyəsi davamlı şəkildə enməyə davam edir, bu yaşda çox qadınların ehtirası necə olursa olsun yenidən oyanır. Bir çox şeydə uşaqlarla və ya karyerayla bağlı streslərin azaldılması buna imkan yaradır: uşaqlar artıq kifayət qədər böyükdürlər, maliyyə sabitliyi meydana çıxır və karyera bir qayda olaraq, yığılmış təcrübə nəticəsində irəliləyir. Həkimlərin müşahidələrinə görə, qırx yaşdan sonra qadınlar daha nadir hallada intimual problemlərdən şikayət etməyə başlayırlar, hərçənd çoxlarında asağlamlıqla bağlı ginekoloji problemləri də azalır. 45-50 yaş dövrü o yaş dövrüdür ki qadınlar predmenopauza dövrünə daxil olurlar, nə vaxt ki artıq estrogenin və testosteronun səviyyəsi enməyə başlayır. Orta hesabla bu dövr 46 yaşda başlayır. Qadınların əksəriyyətində bu simptomlar: intimual meylin azalması, qeyri-müntəzəm menstruasiyalar və s. olur

Vəziyyətin sabitləşməsi üçün bir çox qadınlar, bu simptomları normallaşdıran hormonal hamiləliyin qarşısını alan həblərdən istifadə edirlər. Bundan başqa, qadınların ehtirası qalxanvari vəzin vəziyyətinə də güclü təsir edir, hansının ki, onun funksiyasının pozulması 40 yaşdan sonra qadınlarda daha tez-tez rast gəlinir. Orta hesabla, qalxanvarı vəzinin funksiyalarının pozulması bu yaşda qadınların hər 15-indən birində rast gəlinir. Simptomlar: həddən artıq yorğunluq, artıq çəki, depressiya və yenə də intimual meylin azalması. Amma intimual meylin azalması o demək deyil ki intim ola bilməz, xeyir əksinə daha da gözəl ola bilər. Bu yaşdan sonra qadınlar dəqiq bilirlər ki onlar intimdən nə istəyirlər.

50 yaşda intim

50 yaş: yeni başlanğıc. Bu dövr əsas klimaks dövrünün başlanğıcıyla səciyyələnir. Nə vaxt ki, qadınlar menopauzalar dövründə daxil olurlar – orta hesabla 51 yaşında qadınların 40% ehtirasın əhəmiyyətli dərəcədə azalmasını hiss etməyə başlayırlar, bu bir növ disfunksiyaya qədər olur. Bu zaman isə: estrogenin istehsalı kəskin aşağı enir və testesteronun səviyyəsi əhəmiyyətli dərəcədə azalır. Orqanizmin yumurta hüceyrəsinin əmələ gəlməsi dayanır və menstruasiya dövrü qurtarır. Amma intimlə vidalaşmaq üçü isə hələ çox tezdir. Menopauzaya nail olmuş qadın öz həyatının ən azı üçdə birinə malikdir - və bütün bu vaxt ərzində o əvvəlki kimi cinsi münasibətlərdən həzz ala bilər.

Statistikaya əsasən, beş amerikalıdan dördü 50 yaşdan sonra iddia edirlər, menopauzadan sonra onların intimual həyatı əvvəlki səviyyədəki qədər yaxşılaşdı
Amerika mütəxəssisləri hesab edirlər ki, intim müvafiq olaraq hətta menopauzanın əmələ gəlməsindən sonra hormonoterapiyanı tamamilə əvəz edə bilər. O böyük dərəcədə klimaksın xoşagəlməz simptomlarını aradan qaldırır.

Şərhlər:
Baxılıb: 5115
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
loading...

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
loading...
YeniQadin.Biz
Səsvermə
 

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınlar.Biz həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz