loading...
Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Seks haqda doğru hesab edilən yalanlar
Seks haqda doğru hesab edilən yalanlar
Göndərən: NoName
Şərhlər:
Baxılıb: 8960
Səs ver:
intimlə bağlı özünüzə, partnyorunuza dediyiniz, ya da sizə söylənən çoxlu yalan var.
 
intimin vücuda müsbət təsirinin (xoşbəxtlik hormonu, hərəkət...) olduğu dəqiqdir. intim sağlıq baxımından yaxşıdır, amma xəstə olduğunuz zaman sizi yaxşı etməyəcək. Qrip kimi keçici xəstəliklərin cinsi əlaqə zamanı daha sürətli yayıldığı hər kəsə bilinən bir gerçəkdir.
 
Evlilik öncəsi cinsi əlaqə hər kəsin şəxsi seçimidir. Evliliyə hazır olmaq üçün öncədən mütləq cinsi yaxınlıq göstərmək yalandır. Evlilik öncəsi cinsi əlaqənin evliliyə hazırladığı, ya da ona müsbət təsir göstərməsi təsbit edilməyib. Ən doğrusu, özünü hazır hiss etdiyi zaman sağlam cinsi həyat yaşamağa başlamaqdır.

"intim sevginin tək sübutudur” - fikri də doğru deyil. Aşiq olduğunuz adam ona olan sevginizi cinsi əlaqə yoluyla sübut etmənizi istəyirsə, bunda israrlı davranırsa və siz bunu istəmirsinizsə, çox düşünməyə gərək yoxdur: qaçaraq uzaqlaşın!

intim, partnyorunuzun sizi sevməyə davam etməsinə rəvac vermir. intimin bitməkdə olan münasibətlərin davam etməsinə şərait yaratdığı tez-tez duyula bilər. Amma bir kəslə sadəcə cinsi münasibətinizin davam etməsi, onun sizi hər zaman sevəcəyi anlamına gəlmir. Başqa sözlə, intim, sevgini satın ala bilməz. Bundan başqa mükəmməl cinsi həyatı olan cütlüklərin ayrılması da bilinən bir şeydir.

Kişinin sağlam cinsi yaşam sürdürməsi təbiidir və bunun bir xeyli gözəl tərəfi olduğu kimi, həm də əyləncəlidir. intim olmadan yaşaya bilməmək kimi bir durum olmasa da, "bir daha etməyəcəm” demək də böyük bir yalandır.

"intim olmadan olmaz” – bu, bəlkə də intim haqda söylənən ən böyük yalanlardan biridir. Vücudumuz cinsi əlaqəyə təbii olaraq çox uyğun olsa da, bu bir qadının, ya da bir kişinin intim olmadan yaşaya bilməyəcəyi anlamına gəlməz. Əlbəttə sağlam bir cinsi həyatın həm fiziki, həm də mənəvi baxımdan çox xeyri olduğu məlumdur, amma "intim olmadan olmaz” demək də doğru deyil.

Şərhlər:
Baxılıb: 8960
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
loading...

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
loading...
YeniQadin.Biz
Səsvermə
 

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz