loading...
Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Qadınların ən çox gördüyü 5 erotik yuxu
Qadınların ən çox gördüyü 5 erotik yuxu
Göndərən: NoName
Şərhlər:
Baxılıb: 9348
Səs ver:
Yuxunuzda məşhur biriylə birlikdə olduğunuzu, ya da rəfiqənizlə öpüşdüyünüzü görüb qorxuyla yuxudan oyanmısız heç? Bəs bu cür yuxular nə anlam verir?
 
Yuxuda məşhurla birlikdə olmaq
Bu cür yuxular real həyatda bəzi dəyərlərin çatışmazlığının xəbərçisidir. Birlikdə olduğunuzu gördüyünüz bu məşhur əslində bir dəyərin, keyfiyyətin göstəricisidir. Yəni başqa cür desək, axtardığınız şey daha yaxşı şərtlər altında yaşamaqdır. Bu yuxunun bir digər anlamı isə bu məşhuru həqiqətən də çox istəmənizdir. Yəni real həyatda da bu insanı arzulayırsız.
 
Qələbəlikdə sevişmək
Əgər yuxuda çox insan olan bir yerdə utanmadan biriylə sevişdiyinizi görürsüzsə, bu, sizin təzyiq göstərilərək dəfn edilmiş cinsi istəklərinizin olduğunun göstəricisidir. Deməli, cinsəlliyinizdən utanır, günahkar hiss edir və cinsi həyatınızı heç cür qaydaya sala bilmirsiz. Gündəlik həyatda özünüzü daha yaxşı ifadə etmənin yollarını axtarmalı və seks həyatınızı əyləncəli hala gətirməlisiz.
 
Rəfiqənizin sevgilisi ilə sevişmək
Dostunuzun sevgilisi ilə bir olmaq yuxu da olsa, xoş bir şey deyildir. O dəqiqə həyəcan keçirib gerçək həyatda da ona qarşı nəsə hiss etdiyinizi düşünməyin. Bu, gün keçdikcə azalan ehtiraıns və qane olmanın xəbərçisidir.
Yuxuda olsa da, ən çox xoşunuza gələn şeyi özünüzdən soruşun. Deməli, həmin şey sizin həyatınızda çatışmır. Məhz bu çatışmazlıqlar belə yuxuları görmənizə səbəb olur.
 
Müdirinizlə sevişmək
Bunun mənası müdirinizə qarşı nələrsə hiss etməyiniz deyil, əlbəttə. İş həyatınızda aldığınız məsuliyyətlər bir yana, özünüzü gücsüz hiss etmənizin şüuraltına olan təsirinin nəticəsidir. İşdə nizam qura bilmək üçün beyninizin sizə oynadığı bir oyundur. Yuxunuzda iyrənc, çirkin biriylə sevişirsizsə, bu, özünüzü mühakimə edirsiz anlamına gəlir. Yəni təpiklə yola saldığınız duyğuların bədən dilinizlə ortaya çıxmasıdır.
 
Başqa bir qadınla sevişmək
Tez-tez görülən bir yuxudur. Əgər homoseksual deyilsizsə, belə yuxular görməniz homoseksual olduğunuz anlamına gəlməz. Bir qadının sizə toxunması içinizdəki qadının daha çox ortaya çıxdığını göstərir.
Bundan başqa daha çox şəfqətə ehtiyac duyursuz. Ürəyinizin daha dərinliyinə toxunacaq birinə ehtiyacınız var. İstəklərinizi uyğun bir dillə sevdiyinizə desəniz, bəlkə xoşbəxt olmanız üçün sizə kömək edəcək.

loading...
Şərhlər:
Baxılıb: 9348
Geriyə
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
loading...

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
loading...
YeniQadin.Biz
Səsvermə
 

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz