loading...
Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Orqazm zamanı qadının hiss etdikləri - ARAŞDIRMA
Orqazm zamanı qadının hiss etdikləri - ARAŞDIRMA
Göndərən: NoName
Şərhlər:
Baxılıb: 14166
Səs ver:
Müxtəlif hadisələr insan psixologiyasına fərqli cür təsir edir, beynində müxtəlif formada əks olunur. Bu dəfə elm adamları orqazm zamanı qadın beynində baş verən prosesləri araşdırmağa çalışıblar. Bunun üçün qadın beynində orqazmdan əvvəl, orqazm zamanı və sonra baş verən dəyişiklikləri əks etdirən animasiya filmi çəkilib. Bu animasiya göstərib ki, orqazm zamanı beynin fərqli bölgələri müəyyən ahəng üzrə hərəkət edir. Bu animasiyanı çəkmək üçün mütəxəssislər bir könüllü iştirakçıdan funsional maqnetik rezonas görüntüləmə maşınına uzanmasını istəyiblər. Masturbasiya zamanı könüllünün beyninin fəaliyyəti müşahidə edilib.

Bu araşdırmanın əsas məqsədi qadınlarla kişilərin müxtəlif vaxtlarda orqazm olmasının səbəbini araşdırmaq və bu zaman tərəflərin yaşadıqları hissləri müqayisə etmək olub. Araşdırma ABŞ-ın Rutgers Universitetinin psixoloqu Prof. Barry Komisaruk və onun komandası tərəfindən aparılıb. Animasiyada könüllü kimi isə seks terapisti Nan Wise iştirak edib. Beş dəqiqə davam edən bu filmdə beynin 80 müxtəlif bölgəsinin hər iki saniyədən bir çəkilən görüntüləi öz əksini tapıb. Animasiyada göstərilir ki, orqazmdan əvvəl tünd qırmızı rəngdə olan qan orqazma çatdıqca rəngin dəyişib narıncı və tünd sarıya çevrilir. Orqazm zamanı isə o tamamilə ağ rəngə çevrilir.

Bu filmdə, həmçinin, o da açıq görünür ki, orqazma yaxınlaşdıqca beyincikdə və beynin ön hissələrində hərəkətlilik artır. Mütəxəssislər hesab edirlər ki, bunun əsas səbəbi əzələlərdəki gərginliyin artmasıdır. Orqazm zamanı isə beyindəki əsas hərəkətlilik hipotalamusa qalxır. Hipotalamus isə xoşbəxtlik hissi yaradan oksitosin adlı hormon ifraz etməyə başlayır. Bu da orqazm zamanı qadınların özlərindən asılı olmadan xoşbəxt olmalarına səbəb olur.

Şərhlər:
Baxılıb: 14166
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
loading...

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
loading...
YeniQadin.Biz
Səsvermə
 

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz