Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Yayda bizə hamilik etməyi öz öhdəsinə götürən çalar
Yayda bizə hamilik etməyi öz öhdəsinə götürən çalar
Göndərən: ALESSANDRA
Şərhlər: 12
Baxılıb: 488
Səs ver:
Bahar palitrasını günəşin rəngi olmadan təsəvvür edə bilmərik. İsti, müsbət və ürəkaçan limon sarısı son dövrlərdə olduqca populyardır. Xüsusilə naxışlarda tez-tez üzləşəcəyimiz bu rəng tonu yay gələnə qədər bizə xoşbəxtlik bəxş etməyi öz öhdəsinə götürüb. Çünki günəş çalarları – xoşbəxtlik, sevgi və müsbət emosiyalarla assosiasiya edilir. Məlumat üçün onu da bildirək ki, bir çox ölkələrdə sarı uğur, tərəqqi, firavanlıq rəmzi hesab olunur.
 
Əgər siz gün işığına ehtiyac duyursunuzsa, qarderobunuza sarı çalarlar əlavə etməklə onun yerini  asanlıqla doldura bilərsiniz. Bu rəng həm əhval-ruhiyyəni qaldıracaq, həm də sizi boz kütlədən fərqləndirəcək..
 
Ağ + sarı
Ağ istənilən rəng palitrası ilə uyğun gələn universal rənglərdən biridir. Ağla sarının birləşməsini zarafatla bəzən "qlazok” da adlandırırlar. Əgər təbiət bu iki rəngi qovuşdurubsa, onların uyğunluğu barədə şübhə yeri qalmır.
 
Sarı + təmtəraqlı biser
Uzun sarı donu biser işləmələrlə göz oxşayan, təmtəraqlı pencəklə birləşdirin. Belə bir obrazın melanxolik qızlara  yaraşmayacağı dəqiqdir, ancaq gülərüzlü, şən qızlar yüz faiz ətrafdakıların məftun baxışlarını üz üzərinə çəkəcək.
 
Sarı + qara
Əgər məşhur mobil şirkətlərin əməkdaşı kimi görünməkdən qorxusunuzsa, onda böyük rəng blokları yaradın. Məsələn, qara dəri gödəkcə və ya həcmli kardiqanı (yaxalıqsız qalın materialdan tikilən jaket), kişisayağı ayaqqabı və çanta ilə uzlaşdırın, baza geyimi olaraq sarı don seçin. Zərif qadın üslubu ilə kişisayağı tərzin vəhdəti hər zaman effektli görünür və bu zaman heç kim sizin şirkət işçisi olduğunuzu düşünməyəcək.
 
Sarı + qəhvəyi
Sarı ilə qəhvəyi çalarlarının birləşməsi çox təbii görünür. Sarı alabəzək köynəyi cəsarətlə şokolad çalarlı şalvarla uzlaşdırmaq olar. Yeri gəlmişkən, belə köynək qələm ətək və ya qəhvəyi rəngdə sarafanla da yaxşı təsir bağışlayır. Hər iki rəngin vəhdəti fakturalarla oynamağa geniş imkan yaradır. Məsələn, dəri və ya yun, pambıq və ya ipəyi bir obrazda istifadə eləmək olar. Belə  dəstdə siz çox tərzli görünəcəksiniz, ən əsası sizdən heç kim baxışlarını çəkə bilməyəcək.
 
Sarı + yaşıl
Sarını yaşılla uzlaşdırmaqdan qorxmayın. Tərəddüd edirsinizsə, yaşıl çəmənləri bəzəyən sarı çiçəkləri yada salın.
 
Sarı + rəngli naxışlar
Təmtəraqlı printlər sarı ilə birləşdikdə çox ahəngdar görünür. Amma yadda saxlayın ki, bütün detalların printli olması məqsədəuyğun deyil.
 
Sarı + yaşıl + ağ
Bu 3 rəngin vəhdəti  daha bir əla nümunədir. Ağ fonunun köməyi ilə sarı və yaşıl arasında balans yaratmaq olar. Şən yay obrazı yaratmaq istəyirsinizsə, bu rənglər üzərində düşünməyə dəyər.
 
Monoxrom
Sarı rəngli paltar gözəl ideyadır, lakin bu zaman qeyri-adi biçim və dekora diqqət yetirin. Başdan-ayağa eyni rəngə bürünmüsünüzsə, aksessuarların uğurlu olması çox vacibdir: Qeyri-adi sırğa, qolbaq və ya minimalist üzük ola bilər.
 
Sarı + ağ-qara zolaqlar
Dəniz üslubunu yada salan ağ-qara zolaqları sarı ilə uyğunlaşdırmaq qeyri-adi dəst yaratmaq üçün yaxşı ideyadır. Buraya göy rəng də əlavə etmək olar. Tünd göylə sarı çoxdan klassika sayılır.
 
Sarı + cins
Sarı ilə cinsin birləşməsini universal və ən uğurlu vəhdət adlandırmaq olar. Qalın cins gödəkçələr üzərinə işlənmiş qeyri-adi sarı applikasiyalar sarı yubka ilə əla görünür. Burada vestern (özündə komediya, detektiv, döyüş, triller, fanstastik janrın xarakterik xüsusiyyətlərini birləşdirən üslub) üslubunun əlamətlərindən də bəhrələnmək olar.

 

 

 

 

 

 

 



Şərhlər: 12
Baxılıb: 488
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
vipbetul
renggleri uyusdurmaqi bilirem
8 avqust 2016 21:58
# 12
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
HAPPY_EYES
limon sarisini sevirem
7 avqust 2016 18:43
# 11
EVERYTHING WILL BE OKEY, IF YOU ARE BE PATIENT!!!!!
Miss_Angel
sari reng sevirem ve geyimimde var
6 avqust 2016 00:10
# 10
★ ★ ★☻♥♥ ♬♏Ī$$_ÂИǤЄĿ(¯`G´¯)
.`·.¸.·´
¸.·´¸.·´¨) ¸.·*¨)
(¸.·´ (¸.·´ .·´ ¸¸.·¨¯`·¦¦♬☻♥♥★ ★ ★
Totu
Bəziləri yaxşi dir
5 avqust 2016 20:04
# 9
Hər şeyi bilməniz önəmli deyil,Önəmli olan həddinizi bilmənizdi...
BARBI
Sari rengi cox xoslayiram. Cox istifade etdiyim rengdir
5 avqust 2016 18:11
# 8
Canımı yaktıktan sonra, hiç birşey olmamış gibi helallik isteyenler! Cehennemde yandığınızı görsem üzerinize benzin dökerim... !
aLoNe AnGeL
cox geyimi beyendim
5 avqust 2016 18:08
# 7
Nə gözəl söyləmiş Hz.Əli-"İnsanları tanıyan yalnızlaşır" ciyy
MODABAZ
Geyımlerı beyendım
5 avqust 2016 17:39
# 6
Heyata daim gulmek lazimdii
___Jasmin___
Qesengdi beyendim hamsini
5 avqust 2016 17:22
# 5
I remained behind now the mother of 14 spring -Big

YalniZ-ArZu
Sari sevdiyim rengdir,geyimleride beyendim.Deblidirler.
5 avqust 2016 17:16
# 4
Bilgeye sormuwlar."Insan nasil sabreder?"Demiw ki:Unutursun sabredersin,Bu en GUZELIDIR.Kabul edersin sabredersin,Bu en DOGRUSUDUR.Vazgecersin sabredersin,Bu en ZORUDUR.Bir de iwini ALLAHA havale eder sabredersin.Iwte bu en YUCESIDIR...
Gülüş.
Sari rengi bir o qederde xoslamiram
5 avqust 2016 16:49
# 3
Asya
Diqqət! Sizdə gizli mətnin baxışı üçün hüquq yoxdur.
5 avqust 2016 16:34
# 2
S.Heydarova
Maraqlı məlumatdır geyimləri də bəyəndim
5 avqust 2016 16:25
# 1
Həyat fırtınanın keçməsini gözləmək deyil,
Yağmurda da yeriyə bilməyi bacarmaqdır..!
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

(ana səhifəyə gedin.)

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz