Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Qadınlar varlı zədəganların paltarını necə mənimsədilər?
Qadınlar varlı zədəganların paltarını necə mənimsədilər?
Göndərən: Fialka
Şərhlər: 5
Baxılıb: 524
Səs ver:
Dəb tarixinə "lesbiyan” adı ilə düşən yubka-şalvarlar ötən əsrin 30-ci illərində yaranıb. Bu model bir müddət yoxa çıxsa da artıq iki ildir ki, ardıcıl olaraq bir çox dizaynerin kolleksiyasında yer alır və hələ də öz aktuallığını qoruyub salxaya bilir. 
Yubka-şalvar nədir?
 
Bu yubka-şalvarların yaranma tarixi Fransaya gedib çıxır. Onlar əvvəlcə kişilərin, məşhur dizayner Elza Skiaparelli sayəsində isə qadınların qarderobuna daxil olub. O, 1931-ci ildə qadınları həddindən artıq təmtəraqlı geyimlərdən xilas etməyə qərar verərək öz modelini təklif edib və yubkanı iki hissəyə bölərək şalvar düzəldib. Yubka-şalvarlar satışa çıxan andan etibarən bütün qadınların, xüsusilə feministlərin rəğbətini qazana bilib. Məsələ ondadır ki, yubka-şalvarlar velosiped sürmək üçün olduqca əlverişli idi. Üstəlik, rahat olduğu qədər eleqant görünüşə malik idi.
 
Bu geyimdə həm qadın, həm də kişi qarderobuna xas olan əlamələtlər olduğu üçün britaniya mətbuatı onu "lesbiyan" adlandırmışdı. Buna baxmayaraq, dünyanın hər yerində aktiv feministlər bu ideyanı çox bəyənmiş və dərhal qarderobuna daxil etmişdi. 
Bir müddət dəbdən itən yubka-şalvarlar bir neçə ildir ki, dəb ilahələri üçün əvəzolunmaz geyim statusunu qazana bilib.  Lakin bu gün təklif olunan müasir yubka-şalvarlar ilkin versiyalardan xeyli fərqlənir. Müasir dizaynerlər öz yaradıcılıq təxəyyülünə tam sərbəstlik verərək onları ən müxtəlif formalarda təqdim edirlər: enli, bir qədər dar, qırçınlı və ya büzməli variantlarını tapmaq olar. Onlar mövsümdən asılı olaraq müxtləlif parçadan tikilir, rəng çeşidi isə çox genişdir. Onu da qeyd edək ki, yubka-şalvarlar bir qayda olaraq birrəng parçadan tikilir, naxışlı və şəkilli versiyalarına nadir hallarda rast gəlmək olar. 

İlk növbədə qeyd etmək lazımdır ki, yubka-şalvarlar boyu qısa göstərmək xüsusiyyətinə malikdir. Bu, onların uzunluğu və eni ilə izah olunur. Amma bu, heç də o demək deyil ki, ortaboylu qızlar onların istifadəsindən çəkinməlidir. Sadəcə, bu məqamı nəzərə alıb hündür dabanlı ayaqqabı seçmək lazımdır. Beləliklə, siluetin proporsiyalarını düzəltmək mümkün olacaq. Hündür boylu xanımlar isə narahat olmasın, ayaqqabı seçimində onlar tamamilə azaddır, əsas odur ki, ümumi ansamblı əla tamamlasın.

Modapərəstləri yubka-şalvarlar barədə maraqlandıran ikinci sual onun altından kolqotka geyinib-geyinməməklə bağlıdır. Yubka-şalvarın uzunluğundan asılı olmayaraq, onlar daha çox yubkanı xatırladır. Odur ki, kolqotkalar eyni ilə yubkada olduğu kimi, burada da qəbul ediləndir. Daha dəqiq desək, onlarla şalvar kimi deyil, yubka kimi rəftar etmək tələb olunur.

Müxtəlif üslublarda istifadəsi
Yubka-şalvarları istənilən üslubla uzlaşan universal geyim adlandırmaq olmaz. Amma lazımi detallara diqqət etməklə onu ən müxtəlif tərzdə istifadə etmək olar. Yubka-şalvarların müxtəlifliyi onları fərqli üslublarla istifadə etməyə imkan verir. Onların köməyi ilə asanlıqla yüngül romantik obraz yaratmaq olar. Məsələn, yaz aylarında romantik obraz yaratmaq üçün ipək, şifon, atlas kimi zərif parçadan tikilən yubka-şalvarlar ideal namizəddir.
 
Təntənəli mərasimlər üçün məxmər, zamşa və ya dəri kimi bahalı və nəcib parçadan tikilmiş yubka-şalvarlar alın. Bu halda obraza təmtəraqlı zinət əşyaları, eləcə də hündürdaban əlavə etmək olar.

 

 

 

 

 

 

 



Şərhlər: 5
Baxılıb: 524
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
vipbetul
bu geyimden isdifade etmirem
28 may 2016 19:38
# 5
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
Dj_Vampir
-Bu tərz geyimi sevmirəm mənn
28 may 2016 14:36
# 4
فيرا_Sevgi ən vacib şərtdir..Səcdə etməsəndə olar
qanadli melek
Sevmirem bu geyimi
27 may 2016 20:38
# 3
Bezen herseyin tek bir cavabi vardir...BiLMiREM..
heyatim_menim
uzun xanimlara yarasan terzdi deye dusunurem.
27 may 2016 16:13
# 2
Başa düşdüm ki,
Həyatda Nəfəs almam üçün 5 səbəbim Var
ALLAHıma Şükür ki, onlar mənim Həyatımdadı.
BARBI
Gozel terzdir amma mene uygun deyil. Bu terz geyimler geyinmirem
27 may 2016 16:07
# 1
Canımı yaktıktan sonra, hiç birşey olmamış gibi helallik isteyenler! Cehennemde yandığınızı görsem üzerinize benzin dökerim... !
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

(ana səhifəyə gedin.)

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz