Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Məşhur modellər və onların real stilləri
Məşhur modellər və onların real stilləri
Göndərən: Tomris Müslümova
Şərhlər: 1
Baxılıb: 366
Səs ver:
Hər zaman moda nümayişlərində, podiumlarda, jurnal üzlərində gördüyümüz, gözəllikləri və təqdim etdikləri geyimlər ilə göz qamaşdıran məşhur modellər, bəs gerçək həyatlarında necə tərzə sahibdirlər ? Yeni yazımız məhz bu haqdadır.
Budur, son zamanların ən məşhur modellərinin küçə stilləri...

Cara Delevingne

23 yaşlı Britaniyalı model və eyni zamanda aktrisa Cara. Kəskin üz xəttləri ilə bütün diqqətləri özünə çəkməyi bacarır, buna geyim tərzi də daxildir. Küçələrdə yəni, adi həyatında isə daha çox idman üslubuna üstünlük verir. Tərzinə " Mix and match" desək daha uyğun olar, çünki qarışıq, üst-üstə geyinməyi sevir. Ümumilikdə, görünüşə görə fərqli bir tərzə malikdir və idman ayaqqabıları isə günlük geyimində imtina edilməzidir. Cara üçün deyə bilərik ki, geyim tərzi ilə özünü tam olaraq tamamlayır, yəni xarici görünüşü ilə geyim tərzi bir bütün təşkil edir.

Miranda Kerr

Hər kəsin sevimlisi, "Victoria`s Secret" mələklərindən 32 yaşlı Avstraliyalı supermodel təbii ki, Miranda. Günlük həyatında da sıxca hündür topuqlu ayaqqabılarla kameralara tuş gəlir. Elə də fərqli bir tərzi yoxdur, hər kəsin geyinə biləcəyi adi geyimlərdən istifadə edir və çox da qarışımı sevmir geyimdə. Görünüşə görə Hermes Birkin çantasının böyük fanatıdır ki,  bir müddət sıxlıqla istifadə etdi. Həmçinin kiçik çanta sevmədiyi görünür və bütün çantaları demək olar ki, eyni olaraq biləyindən asaraq istifadə edir.

Gigi Hadid

Son illərdə ulduzu parlamağa başlayan 20 yaşlı Amerikalı model Gigi. Digər modellərə görə nisbətən daha həcmli bədən formasına malik olduğu gözdən qaçmır. "Oversize" geyimlərdən sıxlıqla istifadə edir. Eynək isə tərzinin ən önəmli aksessuarlarındandır. Həmişə küçələrdə eynəkli  görünür. Yaşına uyğun bir tərzi olduğunu deyə bilərik, ancaq xüsusi bir tərzi yoxdur.  Gigi-in tərzi də hər gənc qızın geyinə biləcəyi adi geyimlərdən yana olur adətən.

Taylor Hill

"Victoria`s Secret"-in yeni mələyi, 19 yaşlı, dup-duru gözəlliyi ilə hər kəsi özünə heyran buraxan Amerikalı model, Taylor. Yaşına uyğun və daha çox "Minimalist" tərzi var. Dəri detalından tez-tez istifadə etməyi sevir. Ümumiyyətlə, yaxşı bir zövqə malik olan modellərdəndir. Yaşı ötdükcə isə tərzi daha da yerinə oturacaq, ümid edirik ki elə belə də, davam edər.

Adriana Lima

Braziliyalı supermodel eyni zamanda dünyanın ən gözəl qadınlarından sayılan, 34 yaşlı Adriana. "Victoria`s Secret"-in ən öndə gedən modellərindən olmaqla yanaşı, həm də "Maybelline" kosmetik markasının üzüdür. Podiumlardan bir ilahə kimi əsib- keçən, hər yerdə gözəllik etolanu olaraq göstərilən modeldir ancaq, real geyim tərzi, zövqü heç də gözləniləni doğrultmur. Nə yalan deyək, modellərdən ən çox da Adriananın tərzi məyus edir. Hətta küçədəki görünüşlərinin ən yaxşılarını yerləşdirməyə çalışmışıq ancaq, alınan yenə budur. Hər-halda ki, artıq sözə ehtiyac yoxdur tərzi haqqında, foto hər şeyi aydınlaşdırır.

Kendall Jenner

Daha bir 20 yaşlı, Amerikalı, yeni modellərdən Kendall. Küçələrdə onu həm hündür dabanlı, həm də idman ayaqqabısı ilə görə bilərsiniz. Rənglərdən çox istifadə etmir daha çox ağ, boz və qara rənglərdə görürük onu adi həyatında. Həmçinin, tək rəng sadə geyimlərə yönəlir. Cara ilə hardasa tərzlərində oxşarlıq var sanki, bəlkə də, elə buna görə birlikdə adlarının ilk hecalarının birləşməsindən əmələ gələn CaKe adlı markanı yaratmağa qərar veriblər. Yeni markalarını hər kəs səbirsizliklə gözləyir, fərqli geyimlər olacağı gözlənilir.
Buradan bu mənaya gələ bilərik ki, model olmaq heç də gözəl zövqə, tərzə sahib olmaq demək deyil. Gözəl, fərqli zövqə malik olan modellər əlla sayılacaq qədər azdır desək yalan olmaz.


Şərhlər: 1
Baxılıb: 366
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
vipbetul
hamisi yaxsidi en cox xosladiqim Miranda Kerrinki oldu

hamisi yaxsidi en cox xosladiqim Miranda Kerrinki oldu
10 may 2016 22:59
# 1
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

(ana səhifəyə gedin.)

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz