Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Cins şalvarlar arasında qeyb olduq?!
Cins şalvarlar arasında qeyb olduq?!
Göndərən: Tomris Müslümova
Şərhlər: 15
Baxılıb: 1071
Səs ver:
Son illərdə dalbadal moda dünyasında çıxış edən cins şalvar modelləri, tam olaraq, başımızı döndürdüyünü deyə bilərik. Hətta adları belə baş qarışdırdı. O zaman, gəlin birlikdə son illərdə ən çox məşhurlaşan cins modelləri, adları, formalarını daha yaxşı aydınlaşdıraq, bəlkə də, bu yazıdan sonra hansı model istədiyinizi daha yaxşı aydınlaşdıra bilərsiniz...
Həmən başlayaq!

İspansayağı balaqlar

 70-ci illərdən bu günlərə gəlib, bizə yadigar qalan "İspansayağı balaqlar". 60-cı illərdə ilk olaraq Hippilərin ən önəmli geyimlərindən biri idi ancaq 70-ci illərdə məşhur şou aparıcıları Cher və Sonny Bono bir neçə dəfə geyindikdən sonra izləyicilər arasında bir axın başladı "Enli balaqlar" və bu axın getdikcə hər yeri bürüdü. Hippi olan,olmayan, kişi, qadın fərqi olmadan hər kəs artıq 70-ci illərdə bunu geyinməyə başladı. Həmin dövrdə balaq nə qədər enli olsa, bir o qədər yaxşı idi. Qadınlar isə hündür, platformalı ayaqqabılarla, qısa üstlərlə istifadə edirdilər enli balaqları. Təbii ki, o zamanlar qadınlar üçün daha çox cinsdən hazırlanırdı enli balaqlar. Bu keçən illərdən sonra yenidən təxmini 2005-2008-ci illərdə trend oldu və hələ də günümüzdə istifadə olunur. Enli balaqlar hər qadın bədəninin daşıya biləcəyi bir kəsim deyil. Dizaynerlər daha çox ayaq boyu uzun, incə xanımlara uyğun görürlər. Burada ən çox fikir verilməli olan isə balaqların uzunluğudur, mütləq ayaqqabıları örtəcək uzunluqda olmalıdır həmçinin ayaqqabının ucu görünə bilər. Və sonda hündür, platformalı ayaqqabıları altından rahatlıqla geyinə bilərsiniz.

"Skinny" cinslər

 Yəqin ki, gənclər arasında neçə ildir ki, varlığını, məşhurluğunu qoruyan yeganə cinsdir. Bütün bədənə tam oturaraq, bədənin hər qıvrımını göstərir və bu səbəblə də bu cinslərdə gözəl görünmək üçün, düzgün bədənə sahib olmaq qaçınılmazdır. Əmin olun, sizə artıq-əksik heç nə verməyəcək, nə var nə yox onu sərgiləyəcək bədəninizdə. Bir də buna bənzər "Slim fit" var ancaq o daha çox miniatür, kiçik boylulara uyğundur ki, bədənə biraz həcm verir.

Boyfriend cinslər

2000-ci ildə bir neçə xarici məşhur insan geyinəcək bir şey tapmadıqlarından oğlan yoldaşlarının qarderobuna əl attılar və beləliklə küçələrdə "Boyfriend" cinslər boy göstərməyə başladı. Təbii ki, bu trend ölkəmizə bir xeyli gec gəldi. Adından da göründüyü kimi qarşı cinsin qarderobundan götürüldüyü üçün beli aşağıda, bədənə boş, balaqları uzun olur və daha çox balaqları qatlanılaraq istifadə olunur. Bəli, ayaq boyu uzunluğunu bir xeyli qısaldır. Ancaq o qədər rahatdır ki, əl çəkmək çətindir bu modeldən.

Mom cinslər

90-cı illərdən bu günümüzə gəlib çatan cinslərdəndir. 90-cı illərdə "Mən artıq anayam" mənasına gəlsə də, günümüzdə gənc qızların sıxlıqla istifadə etdiyi geyimlərdəndir. Yuxarı bel olmağı səbəbi ilə boyu uzadır. Daha çox açıq rəngli cinslərdən hazırlanır. Həm çox "cool", həm də, qadınsı bir geyimdir. Bütün bunlara baxanda xanımların qarderobundan hələ önümüzdəki bir neçə il də çıxmayacağa bənzəyir.

Dad cinslər

"Mom" cinsə çox bənzəyən bir də, "Dad" cinslər vardır ki, aralarındakı fərqi görmək çətindir. "Dad" cinslərdə bel bandı daha rahat və boş olduğu halda (daha çox kəmərlə istifadə olunur), digərində isə bir xeyli yuxarıda və narahatdır. "Mom" cinsdə arxa hissə vurğulanır ancaq digərində deyil. "Dad" cinslərdə diz hissəsi düz gəlir, digərində isə, diz hissə biz olur yəni, vurğulanır. "Mom" cinslərdə balaqlar biləkdən yuxarıda bitir və ya qatlanır, digərində isə, biləkdən aşağıda bitir. Dediyimiz kimi, fərqlər hiss olunmayacaq qədər azdır.

Girlfriend cinslər

Bütün bu cinslərdən həmən sonra "Girlfriend" dəbə gəldi. Tam olaraq "Boyfriend" və "Mom" cinslərin arasında bir geyimdir. Bel bandı nə çox yuxarı nə çox aşağı, orta, dar olmayan, bədən cizgilərini bildirməyən, balaqları düz enən və bilək üstü bitən bir cins formasıdır. Bu da çox rahat olan cinslərdəndir, eyni zamanda artıq kiloları gizlətmək üçün yaxşı seçimdir.

Cropped flare

Və ən son dəbə gələn, trend olan cins modeli "Cropped flare" cinslər. Qısaca açıqlasaq İngilis dilindən tərcümədə enli balaq ("İspansayağı") cinslərin kəsilmiş forması mənasına gəlir. Balaqlarının qısa olmağı səbəbilə, boyu vizual olaraq daha uzun göstərir. Bəzilərində balağı tikilmiş, bəzilərində isə elə kəsilmiş görünüşü verir.
Bu da, son. Sadaladığımız cins modellərinin bəziləri dəbdən düşüb, bəziləri isə hələ də aktualdır. Ancaq cins elə bir geyimdir ki, hər bədən formasına uyğun bir  və ya bir neçə model olur, odur ki, əsas olan bədən formanıza ən uyğun cinsi tapmaqdır.


Şərhlər: 15
Baxılıb: 1071
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
nanaska00
"Skinny" cinslər xosuma geldi
7 may 2016 11:15
# 15
Qulaqcığı taxdıqdan sonra
-həyat offline
-xəyallar online
zezema
cropped flareden bashqa qalanlarini beyendim.
5 may 2016 15:27
# 14
Bir hissimi itirmishem - TEECCUBLENMEK
Miss_Angel
cinsi cox sevirem ama bunlarin bir ikisn beyendim .cinsin en cox goy rengi sevirm
4 may 2016 23:54
# 13
★ ★ ★☻♥♥ ♬♏Ī$$_ÂИǤЄĿ(¯`G´¯)
.`·.¸.·´
¸.·´¸.·´¨) ¸.·*¨)
(¸.·´ (¸.·´ .·´ ¸¸.·¨¯`·¦¦♬☻♥♥★ ★ ★
Şəbnəm Vüsal
cox da sevmirəm cinsləri.cunki hava kecirməzdilər.ama tam da imtina etmişəm demirəm..hərdən geyinirəm
4 may 2016 23:28
# 12
Səndən sadəcə bir istəyim var hər zaman həyatımda,yanımda , qəlbimdə ən əsası sol yanımda ol Vüsal.Cünki səni coooooooox S E V İ R Ə M ♡
qanadli melek
Cins salvarlari cox sevirem her formasini geyinirem
4 may 2016 20:24
# 11
Bezen herseyin tek bir cavabi vardir...BiLMiREM..
Dj_Vampir
skinny-cins geyinirem..Arada boyfriend
4 may 2016 19:12
# 10
فيرا_Sevgi ən vacib şərtdir..Səcdə etməsəndə olar
YalniZ-ArZu
Maraqli yaziydi,coxusunun adin bilmirdim hec:))Gundelik skinni cinsleri uzun rahat koftalarnan geyinmeyi sevirem.Ispan balaqlida vazgecilmezimdi,cox sevirem bele balaqli walvarlari,boyum da hundurdu deye cox yarawir mene.Twk.
4 may 2016 17:12
# 9
Bilgeye sormuwlar."Insan nasil sabreder?"Demiw ki:Unutursun sabredersin,Bu en GUZELIDIR.Kabul edersin sabredersin,Bu en DOGRUSUDUR.Vazgecersin sabredersin,Bu en ZORUDUR.Bir de iwini ALLAHA havale eder sabredersin.Iwte bu en YUCESIDIR...
Asya
Skinny cinslerden istifade edirem. 1ci wekildeki skinny cinsi Cox beyendim. Teşekkürler
4 may 2016 17:08
# 8
vipbetul
jeans vazkecilmelik geyimlerimiz
4 may 2016 17:05
# 7
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
Eres_mia
Boyfriend bidə mom istifadə edirəm
4 may 2016 17:00
# 6
Lola_Maya_
Diqqət! Sizdə gizli mətnin baxışı üçün hüquq yoxdur.
4 may 2016 16:35
# 5
Antikvar
Skinny cinslərdən istifadə edirəm,oda qeyd edildiyi kimi bütün bədən formasını bildirir məndə onları reklam etməmək üçün arxa və ön tərəfimi örtəcək uzun köynəklərlə geynirəm çox zaman)
Təşəkkürlər.
4 may 2016 16:27
# 4
Məni mən kimi sevənləri, başımın tacı - qəlbimin sevimlisi edərəm, amma gəlib məndən ikiüzlü olmağımı istəyənlərə tək sözüm"Get ayna qarşısında qalıb özünlə danış ".....
BARBI
En cox skinny jeanslerden istifade edirem. Cinsin her novunu sevirem
4 may 2016 16:14
# 3
Canımı yaktıktan sonra, hiç birşey olmamış gibi helallik isteyenler! Cehennemde yandığınızı görsem üzerinize benzin dökerim... !
Tomris Müslümova
Ən çox istifadə etdiyim skinny və boyfrend tipli cinslərdir.Girlfriend tipli şalvarları istifadə edirəm amma koftanı içəri salmağı xoşlamıram.
Redakte edənə təşəkkürlər.
4 may 2016 16:07
# 2
9 Milyard insan...9 Milyard ruh...Və içindən yalnız,bir dənəsinə ehtiyac duymaq çox qəribədir heart
Kölge
Maraqli idi tşk..........
4 may 2016 16:02
# 1
Her şeye gore şukur
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

(ana səhifəyə gedin.)

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz