Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Bu qadınlardan nümunə götürməyə dəyər
Bu qadınlardan nümunə götürməyə dəyər
Göndərən: ALESSANDRA
Şərhlər:
Baxılıb: 906
Səs ver:
İstənilən yaşda dəbli görünmək olar. Yetər ki, bunun üçün istək və həvəs olsun. Müasir dəb yalnız cavan xanımlara deyil, eləcə də nənələrə dəblə ayaqlaşmağa icazə verir. Çünki onların arxasında böyük həyat təcrübəsi və bilik dayanır. Bu təcrübədə onlar keçici dəb cərəyanları ilə əbədi klassikanı bir-birindən fərqləndirməyi dərindən mənimsəyiblər. Dizaynerlər və dəb  tənqidçiləri də yaşlı xanımların bu cür geyim tərzini dəstəkləyirlər. Çünki onlar əmindirlər ki, illər keçdikcə zövqlər dəyişir.

Amerikalı blogger Ari Set Koen müəllifi olduğu "Advanced Style” bloqunda müxtəlif ölkələrdə 70-98 yaşlı əcnəbi xanımların fotolarını yerləşdirib. Şəkilləri çəkməsinin əsas səbəbi həmin xanımların əksəriyyətinin istənilən yaşda baxımlı görünməsidir. Məsələ ondadır ki,xanımların yaşı 70-i haqlasa da, hələ də səliqəli, gözəl və dəbli geyinməyi sevirlər. Bu üzdən onlara baxanda yaş amilini unudursan.

Blogger fotokolleksiyası ilə yaşlı xanımların başqa tərəfini göstərməyə çalışıb. O bildirib ki, insanlar istənilən yaşda yaxşı görünmək istəyirlər, bu qadınlar isə hamımız üçün ideal nümunədir.

Fikir vermisinizsə, şəhərimizin xanımlarının çoxu qara, qəhvəyi və ağ rəngin müxtəlif çalarlarına üstünlük verirlər. Bu yazının qəhrəmanları isə gənc qızlardan fərqli olaraq, əlvan və parlaq rənglər, diqqət çəkən naxışlar və dəbdəbəli bəzək əşyalarından qorxmurlar. Nəfis minimalizm ilə əbədi klassikanın vəhdəti sayəsində qeyri-adi obrazlar yaradırlar. Qısa desək, onların qarderobu darıxdırıcı deyil, hətta bizim həyatımızdan daha rəngarəngdir.

Bu xanımların çoxu bloggerə etiraf edib ki, əşyalarının əksəriyyəti illərdir ki, onlara yoldaşlıq edir, zinət əşyalarını göz bəbəkləri kimi qoruyurlar. "Hermes”, "Christian Dior”, "Chanel” kimi dünyaşöhrətli moda evlərindən aldığı geyimləri isə nəvələrinə miras saxlayırlar. Bu cür vintaj geyimlər indi aktual olduğu üçün müasir dəbsevərlərin də ürəyincədir.

Yaşlı nənələr həm də istənilən yaşda gözlərindəki parıltını saxlamaq qabiliyyətinə malikdirlər. Ümid edək ki, bizim də qocalığımız bu xanımlar kimi unudulmaz olacaq. Hesab edirik ki, müasir qızların baxıb öyrənməli olduğu çox şey var.

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 



Şərhlər:
Baxılıb: 906
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz