Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
"Victoria's Secret" tarixindən
Göndərən: NoName
Şərhlər:
Baxılıb: 2817
Bölmə: Moda » Geyimlər » Gecəliklər
Səs ver:
Amerika brendi  "Victoria’s Secret”  1977-ci ildə San-Fransiskoda (Kaliforniya) yaranıb. Brendin tarixi çox maraqlıdır. Gənc ər Roy Reymond öz sevimli arvadına gözəl alt paltar dəsti hədiyyə etmək istəyir. Lakin onun arvadına xoş sürpriz etmək cəhdi uğursuzluğa düçar olub. Çünki satıcılar kişi müştərilərlə işləyə bilmirdirlər və Roy Reymonda alt paltarı seçimində də kömək edə bilmədilər.
Mağazadakı hadisə Roy Reymonda uzun müddət  rahatlıq vermədi və nəticədə onda öz qadın alt paltarı mağazasını açmaq ideyası yarandı. Bu, Stenford universitetinin məzunu, MBA dərəcəsi olan istedadlı gəncin inqilabi ideyası idi. İnqilabilik onda idi ki, "Victoria’s Secret”  mağazası Avropa sayağı zərifliyi və dost mühiti birləşdirən mövqe tutdu.
Maraqlıdır ki, Roy Reymond şirkətinə xanımının şərəfinə Viktoriya adını verməyib. Sirlərindən söhbət gedən ingilis kraliçası Viktoriyadır.
Kraliça Viktoriya  moda tarixində də öz izini qoyub.  Məsələn, məhz o ağ rəngdə gəlinliyi dəbə mindirib. Kraliça Viktoriya müasir qadının qarderobunun  ən seksual detalından  biri olan korsetlərin böyük həvəskarı kimi tanınırdı. Beləliklə, ilk mağaza 1977-ci ildə Stenford ticarət mərkəzində açıldı. Onun interyeri qeyri-adi dərəcədə rahat idi, divarları Vikorian üslubunda əşyalar bəzəyirdi.Qadın alt paltarları nəinki adi piştaxtalarda ölçü bölgüsü üzrə yerləşdirilmişdi, həmçinin divar boyu düzülən manekenlərə geyindirilmişdir.  Bu da xanımların, ümumiyyətlə, müştərilərin axtarışını xeyli asanlaşdırmışdı. Hətta kişilər təqdim olunan modellərə nəzər salıb asanlıqla seçim edə bilərdilər, xüsusi təlim keçmiş işçi heyəti isə istənilən suala cavab verməyə hazır idi.
Yeniliklərdən biri də poçt kataloqları oldu. Belə ki, mağazaya gəlməyə utanan və ya hansısa səbəblərdən  seksual alt paltarı almağa gələ bilməyənlər evdən çıxmadan bu markanın alt paltarlarını ala bilərdilər.
Belə yanaşma təkcə Amerikada deyil, bütün dünyada alt paltarı satışında əsl çevriliş oldu. Roy Reymondun biznesi çiçəklənməyə başladı, fəaliyyət göstərdiyi ilk  5 il ərzində  "Victoria’s Secret”  alt paltarı markası  kimi tanındı, brendin 6 mağazası açıldı, həmçinin məhsulların kataloqlar vasitəsilə satış şəbəkəsi quruldu.
Lakin 1982-ci ildə maliyyə çətinlikləri üzündən Roy Reymond öz biznesini "The Limited Brands” korporasiyasının sahibi Lesli Veksnere  4 milyon dollara satdı. Məhz bundan sonra "Victoria’s Secret”  dünyada tanınan ən məşhur alt paltarı markası oldu.

Çünki Lesli Veksner şirkətin siyasətini dəyişdi. O, qadının psixologiyasına yaxşı bələd idi.  Reymond mağaza açarkən kişilərin istək və arzularını öndə tuturdu, çünki özü arvadı üçün alt paltarı alanda çətinlik çəkmişdi. Lesli isə ilk növbədə qadınların istək və arzularını nəzərə aldı. O, yaxşı bilirdi ki, qadınlar görünməsə belə dəbli, zövqlü paltarlar geyinməyi sevirlər. Ona görə də yeni reklam kampaniyası qadınlar üçün gözəl və eksklüziv geyimlər devizi ilə tanıdıldı. "Victoria’s Secret”  "kişilər üçün cənnət guşəsi" olmağa son verdi, alt paltarlarına əsl dəyər verən qadınların hakimiyyəti başladı.
Veksner kütləvi istehsala başlayır. Zərif üslublu, arzulanan seksuallıq, qlamur, əziz və istəkli olmaq qiymətinə görə istənilən qadın üçün əlçatan olur. Ancaq alt paltarları Avropada satılırdı. 80-cı illərin - "Veksner erasının" əvvəllərinə qədər bu, belə idi. Buna görə də reklam kataloqlarında qeyd olunurdu ki, şirkətin baş ofisi Londonda yerləşir ki, halbuki əslində ofis Ohayoda idi.
"Victoria’s Secret”  istənilən qadının sahib ola biləcəyi təmtəraq, dəbdəbə idi.  Seksuallıq, romantiklik, zəriflik,  nəfislik, incəlik,  gözəllik qadın psixologiyasına daha yaxın idi, nəinki büstqalter və  tumanların rəflərə rahat yerləşdirilməsi.
İndi "Victoria's Secret"-in mələklərini təqdim edirik.
 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 



Şərhlər:
Baxılıb: 2817
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz