Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Bu səfər ayaqlara yox ayaqqabılara qulluq =)
Bu səfər ayaqlara yox ayaqqabılara qulluq =)
Göndərən: NoName
Şərhlər:
Baxılıb: 4727
Bölmə: Moda » Geyimlər
Səs ver:

 

Ayaqqabılara qulluqRezin ayaqqabı

Rezin ayaqqabının parıltısını qorumaq üçün onu isti su ilə yumaq, tam qurumasını gözləmədən ipək parça ilə silmək məsləhətdir. Ayaqlarınızın isti və quru qalması üçün ayaqqabının içinə flanel və sukna materiallarından olan içliklər qoymaq lazımdır.

Parça ayaqqabı

Parça ayaqqabıları 1 stəkan sabunlu su 1 çay qaşığı naşatır spirti məhlulu ilə silmək məsləhətdir. Əgər ayaqqabının üzərinə yağ ləkəsi düşübsə onu benzin ilə təmizləmək olar. Ağ rəngli parça ayaqqabını isə ağ tabaşir, diş pastalı məhlul ilə silmək lazımdır.

Dəri ayaqqabı


Dəri ayaqqabıya rənginə uyğun krem sürtmək, 5-10 dəqiqədən sonra krem tam qurumamış məxmər və ya yun parça ilə silmək lazımdır. Amma onu da qeyd etmək lazımdır ki, kremdən çox istifadə ayaqqabıya ziyandır. Ayaqqabınızın sizə uzun müddətli xidmət etməsi üçün onu ayda üç dəfə benzin və ya nöütlü əski ilə silmək lazımdır. Bu sizin ayaqqabınızı kremin yaratdığı ləkələrdən və dərinin xarab olmasından qoruyacaq. Bu tip ayaqqabıya limon dilimi sürtüb üzərindən məxmər parça ilə silmək olar. Nəm dəri ayaqqabını günəş və ya istilik sistemləri vasitəsi ilə qurutmaq olmaz. Onu normal otaq temperaturunda qurutmaq lazımdır. Qurumuş dəri ayaqqabını südlü əskiylə və ya vazelinlə silmək sonra isə kremləmək məsləhətdir. Açıq rəngli dəri ayaqqabını parıldatmaq üçün bir yumurta ağını yarım stəkan südlə həll edib silmək məsləhətdir. Qəhvəyi rəngli dəri ayaqqabını isə qəhvə köpüyü ilə sildikdə o öz parıltısını uzun müddət qoruyar.

Zamş, nabuk və vilur ayaqqabı


Bu tip ayaqqabılara qulluq bir az çətindir. Onları xüsusi aerozol, krem və çox bərk olmayan rezin şotka ilə təmizləmək məsləhətdir. Ləkə düşmüş ayaqqabını nəm flanel parça ilə silmək quruduqdan sonra bərk şotka ilə tüklərin istiqamətini pozmadan təmizləmək lazımdır. Ümumiyyətlə bu tip ayaqqabıları yağışlı havada geymək məsləhət deyil. Bu materialda olan ayaqqabılara qulluğun müxtəlif üsulları var:

1 çay qaşığı 10%-li naşatır spirtini 0.5 stəkan mədən suyu ilə qatışdırıb silirik.
1 çay qaşığı sirkəni 1 litr suya əlavə edib, alınan məhlulla silmək məsləhətdir.
1 çay qaşığı soda 1 stəkan südə əlavə edib, silmək lazımdır.
Nəm ayaqqabını əvvəl otaq temperaturunda qurutmaq, pozan vasitəsilə ləkələri təmizləmək və şotkalamaq məsləhətdir.
Para verməklə bu tip ayaqqabılarda təmizliyə nail ola bilərsiniz.
Qara zamş ayaqqabı əgər bozarıbsa qara köçürmə kağızı ilə silmək olar.

Lak ayaqqabı


Lak ayaqqabıda şotkadan istifadə etmək məsləhət deyil. Ləkəli lak ayaqqabını yumşaq parça ilə silmək kifayətdir. Bu tip ayaqqabını parıldatmaq üçün həftədə iki dəfə qlisirinə, vazelinə və ya hind yağına batırılmış pambıq ilə 10-15 dəqiqədən sonra isə məxmər parça ilə silmək lazımdır.

Lak ayaqqabıda ayaq daha çox tərləyir bunula əlaqədar olaraq onu isti havada geyinmək olmaz, soyuq havada isə ayaqqabının lakı soyulduğuna görə soyuq havada da geyinmək məsləhət deyil. Bu tip ayaqqabıları parıldatmaq üçün yumurta ağından istifadə edə bilərsiniz.

Lak ayaqqabını xüsusi plasmas yeşikdə saxlamaq lazımdır. Əgər hava çox istidirsə onları kağıza bükmək və ya aralarına kağız, pambıq qoyub saxlamaq məslətdir.

Dermantin ayaqqabı


Bu tip ayaqqabıları isə yumşaq əski ilə silmək kifayətdir. Dermantin ayaqqabıya krem və ya şotka vurmaq məsləhət deyil.



Şərhlər:
Baxılıb: 4727
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz