Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Görünməmiş Stil Səhvləri
Görünməmiş Stil Səhvləri
Göndərən: NoName
Şərhlər:
Baxılıb: 4063
Bölmə: Moda » Geyimlər
Səs ver:

Stil Səhvləri

 Bir geyimdə həddindən çox rəng istifadəsi yolverilməzdir. Geyim seçimində maksimum 3 rəngi uyğunlaşdırmaq olar ki, onlardan biri neytral olmalıdır, yəni qara və ya bəyaz çalarlardan (bej, açıq-boz və s.) Əks halda tutuquşu və ya işıqfor ləqəbi almanız riski böyükdür. Əlbətdə, hər bir qaydanın öz istisnaları var: birçalarlı paltarla rəngli bəzək əşyaları əla kompozisiya yaradır.
Aksesuar səhvi
Baş örtüyünü üst geyiminə uyğun seçməlisiniz. Əgər şlyapa qoymusunuzsa, gödəkcəni palto və ya plaşla əvəz etməlisiniz. Balon gödəkcəyə isə ən yaxşı yaraşanı əlvan rəngli yun papaqdır. Sırıqlı gödəkcə ilə kepka geyinilməlidir.

Stil Səhvləri
Aksesuarın olmaması
Aksesuar taxmaq bacarığı- incəsənət, aksesuarı seçmə bacarığı isə istedaddır! Qısa qara paltarla mirvari boyunbağı ənənəvi və zərif görünür, iri qırmızı kulon isə avanqard və nəzərə çarpandır. Bəzək əşyaları insana stil və əhval-ruhiyyə verir. Bunlardan imtina -bağışlanmaz səhvdir.
Qeyri-adi rəngləri gündəlik geyinmək olmaz
Sarı, narıncı, çəhrayı və yaşılın vəhşi (qışqıran) çalarları yalnız dırnaqda yolveriləndir. Bəs bu rəngləri kimlər geyinə bilər? Bu geyimləri yalnız xüsusi sahədə çalışanlar (uniforma) geyinə bilər. Və ya konsertdə artistlər, çünki səhnə geyiminin rəngində qadağa olmur.
Leybl
Düşünməyin ki, başdan-ayağa brend geyimləri geyinməklə eleqant olacaqsınız. Ola bilsin elədir, amma bahalı paltar və məşhur marka - gözəl üslubun sığortası deyil. Əksinə, sadə cins və eleqant çantayla böyük uğur qazanmaq olar. Sadəlik həmişə qələbə çalır!
Gündəlik ziyafət paltarı geyinmək
Bu səhvi, adətən ofis işçiləri edir - darıxdırıcı qadın kollektivində yeganə kişi kolleqanın diqqətini cəlb etmək və ya işdən sonra şənliyə getmək üçün. Buna görə də işə parıltılı, muncuqlu toplar, məxmər, ipək, atlaz parçalardan don və ayaqqabı geyinirlər.
Eksperiment
Uşaq bölməsindən məzəli çanta böyüklər üçün deyil. Ola bilər sizin pişik-siçan-dovşan təsvirli çantalardan xoşunuz .. gəlir. Onları yalnız piknikə, çimərliyə götürə bilərsiniz..
Dar şalvar
Belə şalvarı bədənə kip oturan kofta ilə geyinmək olmaz, əgər model bədəninə sahib deyilsinizsə. Unut-mayın, dar geyimi mütləq enli əşyalarla uyğunlaşdırın, məsələn, uzun tuniklə, sviterlə, kardiqanla geyinin.
İşgüzar geyim+krossovka: İşgüzar qadının obrazı təkcə onun davranışında yox, ciddi seçilmiş dress-kodunda da əks olunur. Kostyumla krassovka geyinmək yersiz, pis və şərhə ehtiyacı olmayan hadisədir.


Şərhlər:
Baxılıb: 4063
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz