Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Dəb xəstəliyə çevrilsə...
Dəb xəstəliyə çevrilsə...
Göndərən: NoName
Şərhlər:
Baxılıb: 5483
Bölmə: Moda » Geyimlər
Səs ver:

müasir Bakı gənclərinin dəbi zövqlə ayaqlaşırmı?


Və ya soyunmaq geyinməkdən asandı?
Moda — hamımızın yaralı yeri. Daima gözəl görünmək, diqqətdə olmaq üçün tələb olunan əsas şərtlərdən biri də gözəl geyim tərzidir. Atalarımız boşuna deməyib ki, gözəllik ondur, doqquzu dondur. Bəşəriyyət yaranandan geyim mədəniyyəti formalaşmağa başlamış və hər ölkədə öz milli dəyərlərinə söykənərək uzun inkişaf prosesi keçmişdir.

Dəbin tarixinə səyahət...

Əgər dəbin tarixinə boylansaq görərik ki, onun yaşı hələ çox uzaqlara gedib çıxır. Arxeoloji qazıntılar göstərir ki, geyim ibtidai cəmiyyətin formalaşmasının ən erkən çağlarında meydana gəlmişdir (təxminən 40-25 min il bundan əvvəl). Gil və quş lələkləri bəşər tarixinin ilk geyimlərinin rüşeymləri idi. Sonradan ibtidai insan otlardan parçalar hörməyə başladı. Beləliklə də ilk parçalar meydana gəldi. Hindistanda istehsal olunmuş ilk kətan parçası isə dəbin tarixində çevriliş olmuşdur. Qədim Misirdə ilk dəfə olaraq geyim insanın cəmiyyətdəki mövqeyinin göstəricisi olmuşdur. Belə ki, qədim Misirdə qulları bel ətrafında bağlanmış parçadan, kəndliləri sadə geyimlərdən, quldarları isə bəzəkli geyimlərdən və qızıl-zinət əşyalarından tanımaq olardı. Əgər qədim dövrdə geyim insanı hər hansı xarici təhlükədən qorumaq məqsədini daşıyırdısa, artıq Antik dövrdən başlayaraq geyimin estetik funksiyası ön plana keçir. Yunanlar və romalılar ibtidai insanlardan fərqli olaraq öz bədənlərini gizlətmək üçün deyil, əksinə bədənlərinin gözəlliyini daha da qabarıq şəkildə göstərmək məqsədiylə gözəl əlbisələrdən, müxtəlif bəzək əşyalarından istifadə edirdilər. İlk olaraq ətəklər də elə burada meydana gəlmişdir. Ətəklərdən həm qadınlar, həm də kişilər istifadə edirdilər. Lakin kişilər, xüsusilə də vavilionlular, assuriyalılar və digər xalqların nümayəndələri əksər vaxtlarını at üzərində keçirdiklərinə görə, ətəklər onlar üçün əlverişli deyildi. Beləliklə də ilk hərbi geyimlər kimi ilk şalvarlar meydana gəldi. Orta əsrlərin sonrakı dövrlərinin estetik idealı səlibçilər idi. Yenidən ətəklər kişilər arasında populyarlıq qazandı. Elə səlib yürüşləri nəticəsində bir çox geyim üslubları, parça və bəzək əşyaları Qərbə yol tapmışdır.

Avropa?..

Saç düzümü, ətir, bəzək əşyaları, makiyaj və s.özlüyündə estetik kateqoriyaları birləşdirərək geyim mədəniyyətini — Modanı yaradır. Lakin çox zaman bu günün “Moda” anlamı insanlarımızda, xüsusilə də yaşlı nəsildə qəribə bir assosasiya yaradır. Ümumiyyətlə, moda aləmində Avropaya inteqrasiyanın milli dəyərlərimizə zidd olduğunu deyənlərimiz də heç az deyil.
Vəfa Səlimova, 25 yaş, tərcüməçi: Mənim üçün moda özümə yaraşandır. Çalışıram geyim seçimlərimdə diqqətli olam. Nə müasirlikdən gen qaçıram, nə də ki, “sərhədləri aşıram”. Bu gün çox gənclərimiz vardır ki, Avropaya istinad edib, açıq-saçıq geyimlərə üstünlük verirlər. Lakin bir şeyi unudurlar ki, Avropada gündəlik geyimlər belə bizdə olduğu qədər nə açıq, nə də ziyafət geyiminə bənzərdi. Hətta podiuma çimərlik geyimində çıxan model iş saatlarında mini yubka geyinə bilməz.


müasir bakılı qızın geyimi həm zövqlü,həm də milli olmalıdır

Qadınabənzərlər, yoxsa?..

Orta əsrlərdə kişilərin zövqlə geyinmələrinə yaxşı baxılmırdı. Elə sayılırdı ki, kobud geyimlər əsl kişilərə xasdır, bəzəkli geyimlər isə qadınlara məxsusdur. Kişi dəbinin çiçəklənməsi İntibah dövrünə aiddir. Fransa kralı III Anri, kardinal Çezare Borciya dövrün zövqlə geyinən kişilərindən idi.
Elə bu gün də zövqlə, daha doğrusu, dəb ilə ayaqlaşan kişilərimiz də heç az deyil. Bu da ölkəmizdə lazımsız mentalitetdən istinad edib çıxışlar edənlər arasında bəzən heç də müsbət hal kimi dəyərləndirilmir. Kimi “Əşşi, kişi nədi, ətir nədi?”, kimi də “Kişi bir balaca meymundan fərqli oldu bəsdi” və s.bu kimi bəsit düşüncələrlə kişi dəbinə qarşı öz etirazlarını bildirir. Lakin hər şey bir kənara, məni bu gün kişilərin geyimində narahat edən başqa məsələdir. Belə ki, bəzən küçədə gedərkən qarşımızda irəliləyən insanın qız və ya oğlan olmağını çətin seçə bilmək problemi çox güman ki, sizlərin də başına gəlib. Məni bu yerdə mühafizəkar deyə qiymətləndirməyin, əsla. Müasirliyin maksimum tərəfdarı olsam da, bu ana susub göz yuma bilmərəm. O gün moda jurnallarından birini vərəqləyirdim. Təsadüfən gözüm kişi geyimlərinə sataşdı. İnandırım sizi, qadın geyimlərindən fərqi olmayan bu alabəzək geyimləri görəndə və gözümün qarşısında küçədəki həmin qızlardan fərqlənməyən oğlanlar canlananda gələcəyimizə çox acıdım...
Ruslan Məmmədov, 24 yaş, rejissor: Məncə, insan müəyyən mənada özünə, geyiminə fikir verməyi bacarmalıdır. Mənim modam mənə rahat olan, özümü sərbəst hiss etdiyim geyimlərimdi. Moda insanın daxili zövqünə uyğun olmalıdır. İstər-istəməz geyimlə az da olsa insan düşüncəsini, həyat tərzinin necəliyini müəyyənləşdirmək olur. Modayla bağlı bir əhvalatı qeyd etmək istərdim. Demək, xristian ölkələrindən birində bazarda bir qadının şalvar geyindiyinə görə hay-küy düşür, az qalır ki, qadını döyüb öldürsünlər. Qanun keşikçiləri hadisə yerinə gəlir və kişi şalvarını geyinmiş qadını camaatın içindən xilas edir. Qadın qaçıb gedir. İndiyədək onun hara getdiyi bilinmir. Lakin ətrafa baxanda dərk eləmək olur ki, haralardan keçib və özünə haqq qazandırıb. Qaldı ki, kişilərin geyiminə, hər şeydən öncə kişi gərək hər mənada, geyimində, davranışında, yerişində kişi kimi ola. Geyimlə yanaşı bunlar da bir-birini tamamlamalıdır. Kişinin dəblə geyinməsi, ətirlənməsi də heç bir sensasiya doğuracaq hal deyil, bu normal qarşılanmalıdır.

Qadınlarımızın modası...

Çoxları açıq-saçıq geyinən qadınları yüngül əxlaqlı və s. bu tipli kəlmələrlə xarakterizə edir. Lakin unutmamaq lazımdır ki, geyim insanın fərdi seçim azadlığıdır. Kimlərinsə öz təfəkküründən çıxış edib “əxlaqsız” deyə adlandırdığı insan öz aləmində bəlkə də mələkdi. Sözümün canı, yəni qadının geyimindən əvvəl onun düşüncəsini xarakterizə etmək daha məqsədəuyğun olar, nəinki yubkasının ölçüsünü. Təbii ki, bu dediklərimin əncir yarpağına, Braziliya serial geyimlərini şəhərdə təbliğ edənlərə heç bir dəxli yoxdur. Onlara sözüm ayrıdır. Əvvəla, nəzərinizə çatdırım ki, onların bu geyim tərzi öz aləmində müasirlik kimi qiymətləndirilsə də, əslində mənim aləmimdə çox “geridə qalmış” dəbdir. Bəli, bəli, geridə qalmış! Bu sözüm sizi əsla təəccübləndirməsin, yəni ibtidai icma quruluşunu nəzərdə tuturam. Həvva və Adəm babamızın büründüklərini...və ən əsası həmin insanlar Braziliya seriallarından baxıb geyindikləri geyimlərinin bir özünəməxsus cəhətini də unudublar. Əvvəla ora Braziliyadır, ekvatora yaxın isti bir ölkə. Bura isə Azərbaycan və ən əsası küləklərin at oynatdığı şəhər Bakı.
Cəmilə Mirzəyeva, 54 yaş, tibb bacısı: Bugünkü gənclərimizin geyimlərini, ədəb-ərkan qaydalarını heç bəyənmirəm. Nəzərə alsaq ki, geyim də bir mədəniyyətdir, bizdə bu mədəniyyətdən danışmağa dəyməz. Qızlarımız göbək açıq, şalvarın beli də harda....Başa düşmürəm, bunların evdə valideynləri hara baxır.

 

Bir az da milli geyimlərimizdən

Hər bir dövlətin xüsusi milli geyimləri olduğu kimi, bizi də digər millətlərdən fərqləndirən özümüzə məxsus milli ornamentli geyimlərimiz var. Milli geyimlərimizin digər fərqli cəhəti isə müxtəlif təbəqələr üçün olmasıdır. O zamanlar subay qızlarla evli qadınların geyimləri fərqli idi. Gənc qızlar daha parlaq və qəşəng geyinirdilər. Bununla belə, müxtəlif qadın və kişi alt-üst geyimlərimiz də var idi ki, bunlardan çəpkən, ləbbadə, kürdü, eşmək, arxalıq, qaba və s.nümunə göstərmək olar. Baxmayaraq ki, bugünkü dövrdə bu geyimlər artıq eksponat olaraq muzeylərdə qorunur, lakin, məncə, geyimlərimizi milli ornamentlərlə müasir standartlara uyğun formada inkişaf etdirib Avropaya inteqrasiya etmək müəyyən mənada məqsədəuyğun sayıla bilər.

Müəllif: Yeganə CANSAİL
Mənbə: Mədəniyyət qəzeti



Şərhlər:
Baxılıb: 5483
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz