Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Christian Dior Haute Couture
Christian Dior Haute Couture
Göndərən: NoName
Şərhlər:
Baxılıb: 3987
Bölmə: Moda » Geyimlər
Səs ver:
Belə bir iqtisadi sistemə məhkum olan cəmiyyətlərdə yaşayan qadın elə bir vasitədir ki, xərcləməli və xərclənməlidir. Mənəviyyatdan uzaq olan Qərb iqtisadiyyatı bu iki kəlmədən savayı heç bir başqa dəyəri rəsmi olaraq tanımır. Yalnız cisim və bədəndən ibarət olan qadın istifadə edən və istifadə olunan olmalıdır və bu "olmalıdır” sözü onun geyiminin formasını müəyyən edir. Qadın Qərb kapitalizminin ən məzlum qurbanlığı və eyni zamanda həmin kapitalizmin ən kəsici silahıdır.
Avropa parlamenti tərəfindən 2004-cü ilində hazırlanan hesabat, bu bazarın iqtisadi anlamda nə qədər qazanc gətirən sahə olduğunu göstərir. Təxmini rəqəmlərə görə, qlobal seks sənayesinin qazancı, beş-yeddi trilyon dollar arasında dəyişir. Özü də bu sektordan ancaq "pornoqrafiya” markaları yox, bir çox müxtəlif yönümlü şirkətlər də ciddi qazanclar əldə edir…
Tarixə qayıdaq. Əgər kilsələr izdivacı mənəviyyata zidd hesab etməsəydi və ruhaniləri evlənməkdən imtina etməyə çağırmasaydı, onda ola bilsin ki, yeni mədəniyyətdəki bu qarşıdurma da ola bilməzdi. Doktor Həddad Adil bu məqamı bu cümlə ilə çox gözəl ifadə edir: "..Əgər Sen Jorm kimi müqəddəs bir ruhani din adından təbliğ etməsəydi ki, "Bekartın baltası ilə nikahın kökünü kəsib atın”, onda bugün Qərbdə dinsizlik adı altında "nikahın kökü zinakarlıq baltası ilə kəsilib atılmazdı..” Və… yenə də qurban qadınlar oldu. Qadın feodalizm zəncirindən qurtulub, əyninə burjuaziya zənciri geyindi. Modernləşmiş kapitalist toplum qadını yarı çılpaq, ödənişli bir kölə halına gətirmişdir. Qısacası, modern toplum, nə ənənəvi qadına, nə də modern qadına bir qurtuluş verməmişdir. Doktor Əli Şəriəti yazır: "..Bizim bu gün tanıdığımız açıq-saçıq qərbli qadın bir zaman keşişlərin həyatdan ayırıb, monastrlarda çürütdüyü qadındır. Ailə qurmaq, ana olmaq hüququ əlindən alınmış qadın azadlığa çıxdıqda və bu "azadlıq”da əxlaqsızlıqdan asan yol tapmadıqda nə etməlidir? Orta əsrlərdə keşişlər deyirdilər: "Naməhrəm (yad) kişi olan otağa qadın daxil ola bilməz. Bu kişi həmin qadını görməsə də, günaha batır.” Keşiş Sen Tomas deyir: " Allahdan başqasına eşq olmaz. Hətta ərin də arvadına sevgisi günah hesab olunur. İsa evlənməyib və həqiqi xristianlar da belə etməlidir.” Bizim qadının bu gün düşdüyü vəziyyətə Avropa qadını neçə əsr əvvəl düşüb.”
Sözdə qadın haqları deyib duranlar bu günə qədər təəssüf ki, qadına layiq olduğu yeri heç cürə verə bilmədilər. Ya qadına ifrat dərəcədə hökm etdilər, haqsız münasibət göstərdilər, ya da qadına çox fürsət verdilər, onu kişiliyə həvəsləndirdilər və onu məhv etdilər. Yəni belə deyək, dırnağın artıq hissəsini kəsib atmaq istəyərkən, mayasını da çəkib çıxartdılar..
Yaxşı bəs, bu cinsi münasibətlərin həll yolu nədir? Əsas həll yolları bunlardır:
— İnsanların cinsi intiktlərini təhrik edən hər cür vasitə aradan qaldırılmalıdır. Xüsusən də porno sənayesi dayandırılmalıdır. Kino, qəzet, jurnal, media bu məqsədə xidmət etməməlidir.
— Uşaqlar uşaqlıqdan cinsi tərbiyə olunmalı və bu təhsil ocaqların tədris proqramına daxil edilməlidir.
— Qanuni izdivacın önündə duran bütün əngəllər məhv edilməlidir.
— Cəmiyyəti əhatə edən köhnə adət-ənənə və stereotiplər, insan təbiətinə və fitrətinə zidd olan bütün zəncirlər qırılmalıdır. (Məs, dul qadınlara olan münasibət və s.)
— Cinsi ləzzətlər ailə mühitində və qanuni həyat yoldaşıyla məhdudlaşmalıdır. İctimai mühit isə iş və fəaliyyət üçün nəzərdə tutlmalıdır. Belə olduqda işlərdə zehin daha çox işə fokuslanır və daha məhsuldar fəaliyyət göstərir. Bu təhsilin keyfiyyətinə də aiddir..
— Qadınlar örtünməli və kişilər də gözlərinə yiyə durmalıdır.
— Düzgün iqtisadi sistem yaradılmalıdır. Elə sistem ki, insanlar ancaq pul haqqında düşünüb, gecələr pulun yuxusunu görməsin.
Əlbəttə, bütün bunları etmək üçün gərək bütün dünyanı, xüsusən də yekə qarın kapitalistləri qarşına alasan. Amma bəşəriyyət həqiqətən də belə bir şey istəsə, qarşısında heç kim dayana bilməz..


Şərhlər:
Baxılıb: 3987
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınlar.Biz həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz