Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Stil ikonasından bənzərsiz palto dəbi
Stil ikonasından bənzərsiz palto dəbi
Göndərən: Fialka
Şərhlər: 19
Baxılıb: 716
Bölmə: Moda » Geyimlər
Səs ver:
Stil ikonaları geyim məsələsində bizim üçün ən yaxşı nümunədir. Məsələn, trendləri müəyyən edən dəb ilahəsi Miroslava Duma isti və yun paltoları, rahat ponçoları, o cümlədən, plaş və kürkləri necə geyinmək lazım olduğunu öz ifasında ən yaxşı şəkildə nümayiş edir.
 
Gözlənilməz eksperimentlər və bənzərsiz zövq duyumu sayəsində Miroslava Duma bir neçə üslubu məharətlə birləşdirir. Bu bacarığına görə miniatür xanım dəb dünyasında stil ikonası statusuna və "mix master” (müxtəlif üslubları ustalıqla birləşdirməyi bacaran insan ) ləqəbinə layiq görülüb.
 
Miroslavanın üslubu cəlbedici, cəsarətli və individualdır. Bu səbəbdən, onun geyimləri hər zaman çoxlu mübahisələr doğurur. Bir qrup onun təkrarolunmaz zövq duyumuna malik olduğunu etiraf edir, digərləri isə təzad təşkil edən geyimləri birləşdirməkdə günahlandırır. Hər halda onun moda dünyasına verdiyi töhfələri danmaq olmaz. Artıq neçə ildir ki, bu miniatür xanım ardıcıl olaraq, dəb jurnallarını üslubu ilə fəth edir. O, ən son dəb tendensiyalarını izləyir və tez-tez klassik çərçivədən kənara çıxır. Bu da bütün dəb tənqidçilərini cəlb edir.
 
Stil ikonası trendlərə kor-koranə əməl etmir. Miroslava Duma istənilən halda kütləni yeni ideyalarla təəccübləndirməyi bacarır. Hətta moda həftələrində fotoqraflar onun qeyri-adi obrazlarını çəkmək üçün növbəyə düzülür. Onun bəzək-düzək sahəsində böyük təcrübəsi var və o, demək olar ki, istənilən obrazı yarada bilər. Dumanın bəzək əşyaları hər zövqə xitab edir. Bu, parıltılı muncuqlar, yaxud rəngarəng saç lentləri ola bilər. Modapərəst xanım yeni bənzərsiz obrazlar yaratmaqdan qorxmur. Miroslava Duma geniş və rəngarəng qarderob sahibidir.
 
Palto və plaşlar  isə onun qarderobunun ayrılmaz hissəsidir. Dəb ilahəsinin hər rəngdə palto və plaşları var. Lakin bej və pastel rəngin müxtəlif çalarlarına daha çox rast gəlinir. Onun qarderobunda bu üst geyimin ən rəngbərəng və müxtəlif fasonlarına rast gələ bilərik. Miroslava lakonik və təkrəng paltolarına yaxa sancaqları və ya kəmərlə bəzək vurur. Kəşmir və ya yun paltoları adətən dəri kəmərlə, plaş və dəri üst geyimlərini isə metal kəmərlə uzlaşdırır. Bu zaman onun obrazı effektli alınır.
 
Kiçikboylu qızlara uzun geyimlərin başucalığı gətirmədiyi deyilsə də, dəb ilahəsi öz timsalında bunun tamamilə əksini sübut edir. Uzun paltoları dikdaban ayaqqabılarla birləşdirib özünə yaraşdırır.
Miroslava ponçoların da böyük pərəstişkarıdır. Ulduz modapərəst müxtəlif fasonlu ponçoları öz çiyinlərinə saymazyana atır. Ponçolar sadə geyim olsa da, çox gözəl təsir bağışlayır. Avropa ailələrinin padşahları əbəs yerə ponçoları sevmirdi ki...

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 



Şərhlər: 19
Baxılıb: 716
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
nanaska00
qisalari beyendim uzun palto sevmirem
18 mart 2016 23:48
# 19
Qulaqcığı taxdıqdan sonra
-həyat offline
-xəyallar online
roksi1995
ucunu beyendim ancaq
9 mart 2016 18:10
# 18
ozunu hec kimden ustun tutma!!!
unutma aftafa qizildanda olsa yeri tualetdir
Fiorella
Burda bezi ust geyimleri varki panco ve b.onlari giymek cesaret teleb edir,hansiki dusunurem men geyemmerem(baxmyaraxki hem isteyerem hansiki bu isteyim deble ayaglasmagi sevmeyimden ireli gelir ,hem beden qurlusumda buna imkan verer)cunki dediyim kimi cesaret teleb edir,bax qizin eyninde bezileri geribe gorunur men geye bilmerem bele usunsemde hemde dusunurem yarasb,bi kere qiz ozude sirinlik cekicilik var sanki ne geyibse yarasb misali,qisasi Beyendim ozde cog
9 mart 2016 00:04
# 17
ɢüмüş
Bezilerini cox beyendim.
8 mart 2016 19:25
# 16
BR
Hosuma gelenleri oldu
8 mart 2016 13:44
# 15
nanaska00
bezilerini beyendim digerlerini beyenmedim klassiklerde var idi aralarinda
8 mart 2016 10:18
# 14
Qulaqcığı taxdıqdan sonra
-həyat offline
-xəyallar online
Nur_Naz
cox beyendimmm ekseriyyeti gozeldi
8 mart 2016 00:27
# 13
VIP
Bəzilərini bəyəndim.
7 mart 2016 22:36
# 12
Başımın üstündə Allah,yanımda ailəm olsun.
narmiwka_15
belede bezileri cox qeweydi bezileri ise cox pis
7 mart 2016 20:56
# 11
Be Happy))
Lola_Maya_
Diqqət! Sizdə gizli mətnin baxışı üçün hüquq yoxdur.
7 mart 2016 20:21
# 10
Fi-Ra
Bir neçəsi yaxşıdı
7 mart 2016 20:19
# 9
Yeni bir başlanğıc etdiyimiz ən böyük səhvdən sonra başlayır!
Ekizlerin mamasi
3u xoşuma gəldi qalanları mənlik olmadi
7 mart 2016 19:25
# 8
Xosbextlik-ezizlerimin ehatesinde,yoldasimin yaninda,ekizlerimle kecirdiyim gunlerdi.
Miss_Angel
maraqli paltolardi beyendim
7 mart 2016 19:12
# 7
★ ★ ★☻♥♥ ♬♏Ī$$_ÂИǤЄĿ(¯`G´¯)
.`·.¸.·´
¸.·´¸.·´¨) ¸.·*¨)
(¸.·´ (¸.·´ .·´ ¸¸.·¨¯`·¦¦♬☻♥♥★ ★ ★
ulduz
Bir ikisi Zövqludü. Butun fotolarda sumkanın agzi acıq qalıb yəqin Buda dəbdi
7 mart 2016 18:32
# 6
vipbetul
stil ikonasi bosuna deyilmirki
7 mart 2016 18:17
# 5
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
Dosta_inam
Bir ikisin bəyəndim, digərləri zövqümcə olmadı.
7 mart 2016 17:47
# 4
Əsl "DOST" göydəki ulduzlar kimidir, qaranlıq çöküncə ilk onlar görünər...
krisa
3-cü sekildeki qara rengli palto ,6,11,16ci sekildeki paltolari beyendim.
7 mart 2016 17:36
# 3
BARBI
Her biri debli palto modelidir. Cox beyendim. Bu stil paltolari sevirem
7 mart 2016 17:32
# 2
Canımı yaktıktan sonra, hiç birşey olmamış gibi helallik isteyenler! Cehennemde yandığınızı görsem üzerinize benzin dökerim... !
Totu
Bir ikisi yaxwidi
7 mart 2016 17:06
# 1
Hər şeyi bilməniz önəmli deyil,Önəmli olan həddinizi bilmənizdi...
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

(ana səhifəyə gedin.)

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz