Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Zövqlü geyinməyin sirləri
Zövqlü geyinməyin sirləri
Göndərən: NoName
Şərhlər:
Baxılıb: 1628
Bölmə: Moda » Geyimlər
Səs ver:

alt

 

Təkrarolunmazlığına əmin olun — Birinci və başlıca qaydadan başlayın: ən gözəl və təkrarolunmazlığınıza inanın. Lkassik sovt filmində deildiyi kimi, «Mən ən füsunkar və cazibədaram» sözlərini xatırlayın. Düşünülmüş nəzəriyyəyə kor-koranə əməl edən qəhramanları ələ sala bilərik, lakin ondan bir nəticə əldə etmək olar. Əgər hər gün güzgü qarşısında gözəl olduğunuzu təkrarlasanız, lazımi stil obrazını əldə etmək üçün əminlik gec-tez nəticə verəcək. Hər halda biz bilirik ki, gözəllik-subyektiv anlayışdır və dəqiq tərifi yoxdur. Gözəllik-hər şeydən öncə ruhun vəziyyətidir. Güzgüdə özünüzə diqqətlə baxın, çatışan və çatışmayan cəhətlərinə nəzər yetirin. Onları şüurunuzda qeydə alın.

Özünüzə həmahəng obraz seçin — Moda jurnallarını vərəqləyin, Hollivud ulduzlarının fotolarını öyrənin. İstisna deyil ki, kimsə xarici görkəminə və ya geyim tərzinə görə sizə bənzəyəcək. Həmin obrazı güzgü qarşısında təkrarlamağa çalışın və özünüzü həmin obrazda görməyə cəhd edin. Bir neçə varianta əl atın, müqayisədə edin, bəyəndiyiniz obraz üzərində dayanın və onunla insanlar arasına çıxmağı sınayın.

Özünüzü maarifləndirin — Şəhərinizin mağazalarını gəzməyə çıxın və yeni kolleksiyalarla doldurulmuş vitrinlərə diqqətlə baxın. Dizaynerlər sizin rifahınız üçün çox çalışırlar, buna görə də, onların əməklərinə hörmət edin və onların məhsullarını xəyalən üzərinizdə sınaqdan keçirin. Fikrinizdə təxmini obrazı canlandıraraq, bahalı markalar satılmayan mağazalara gedin. Ehtiyat etməyin, axı, siz yalnız öz obrazınızı seçirsiniz, buna görə də, böyük məbləğdə pul xərcləmək vacib deyil.

Qarderobunuzu yoxlamadan keçirin — Şkafı tam boşaldın və paltarları səliqəli şəkildə çarpayınızın üstünə düzün. Yaranmış mənzərəni diqqətlə gözdən keçirin. Köhnə sandığınız paltarlardan cəsarətlə imtina din. Heyfsənləməyin və qalan paltarlardan xəyalınızdakı obrazı formalaşdırın. Əgər obrazı yaratmağı bacardınızsa, o zaman sizi təbrik etmək olar. Əks təqdirdə yeni paltar almaq üçün mağazaya üstün tutun.

Sərhədləri müəyyənləşdirin — Düşünülməmiş bazarlıq-onun yoxluğu deməkdir. Tamamilə bir-birilə uyğunlaşmayan dəbli paltar almağın mənası yoxdur. Qarderobunuzdakı «seçilmiş» paltarları xatırlayın və sərfəli küçə və gecə obrazları düşünün. Bazarlığın əsas qaydası sonradan əl gəzdirilməsinə ehtiyac olmayan əşyaları almamaqdan ibarətdir. 100 faiz sizə rahat olan və yaraşan geyimləri alın.

Öz rənginizi seçin — Müxtəlif çalarlı əşyalara baxın və rahat olanı üzərində dayanın. Bunun istənilən qadına yaraşan universal qara rəngə aidiyyatı yoxdur. Əvvəllər sizi maraqlandırmayan qeyri-standart rəngləri sınayın. Stilin üfüqlərinin sərhədsizliyinə təəccüblənəcəksiniz.


Şərhlər:
Baxılıb: 1628
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınlar.Biz həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz