Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Bütün dövrlərin ən tərzli anaları
Bütün dövrlərin ən tərzli anaları
Göndərən: ALESSANDRA
Şərhlər:
Baxılıb: 1128
Bölmə: Moda » Geyimlər
Səs ver:
Tanınmış qadınlar geyimi, gözəlliyi, istedadı və s. ilə öz pərəstişkarlarının sevgisini qazanıblar. Odur ki, onların tərzi, geyimi hər zaman maraq oyadır. Xüsusən, ana olduqdan sonra onların baxımlı qalıb-qalmaması əsas müzakirə mövzusu olur. Yəqin elə bu səbəbdən məşhurlar bu amilə xüsusi diqqət yetirirlər. Daim gözəl geyinir, başqalarına nümunə olurlar. Qeyd edək ki, həmin dəbli anaların övladları da az qala stil ikonasına çevrilirlər.

Şahzadə Diana: Bütün zamanların ən tərz, ən bəyənilən xanımlarından biri olub. Gözəlliyi, geyim tərzi və xeyirxah əməlləri ilə həm qadınlarda, həm də kişilərdə heyranlıq doğura bilib. Təsadüfi deyil ki, ölümündən illər ötsə də, hələ stil ikonası olaraq qalır.

Jaklin Kennedi Onassis tərzi və davranışı ilə nümunəvi sayılan xanımlardandır. O, Amerika tarixində ən yaxşı geyinən birinci xanım kimi qalıb.

Keyt Middleton: Böyük Britaniya sakinləri üçün hersoginya Keyt Middleton nümunəvi xanımdır. Keyt Middletonu insanlara sevdirən bir xüsusiyyəti də zövqlü olmasıdır. Qadınlar onun atdığı hər bir addımı yaxından izləyir və onun stilini təqlid etməyə çalışırlar. Çünki Keytin adı eleqantlıqla sinonimdir. Onun üslubu sadəliyi və zərifliyi təbliğ etsə də, hər çıxışı insanlarda heyrət doğurmaq gücünə malikdir. İngilislərin sevimli şahzadəsinin aldığı istənilən geyim, ayaqqabı və aksessuarlar bir anda trendə çevrilir. Bunu İngiltərədə hətta "Keyt effekti" adlandırırlar. Belə görünür ki, onun bu xüsusiyyəti oğlu Corca da keçib. Belə ki, İngiltərədə analar öz uşaqlarını Corc kimi geyindirməyə çalışırlar. Və belə görünür ki, 2 yaşlı Corc indidən moda sənayesinə təsir edir.

Viktoriya Bekhem: Ən yaxşı geyinən analar siyahısında Viktoriya Bkehemin adını qeyd etməsə idik, günah olardı. Viktoriya nəinki stil ikonası hesab olunur, o həm də 4 uşağının və yaraşıqlı ərinin geyimindən böyük məsuliyyət daşıyır. Qara rəng və minimalizm həvəskarı qüsursuz görünməyi və milyonlarla insanın qəlbinə necə yol tapmağı yaxşı bilir. Onun hazırladığı hər kolleksiya isə moda həftələrində böyük maraqla qarşılanır.

Jizel Bündxen: Uzun illərdir ki, dəb sahəsində çalışan modelin stil ikonasına çevrilməsi elə də təəccüblü deyil. O, bu işi yaxşı bacarır. Model uşaqları ilə gəzməyə çıxanda da gündəlik tərzi ilə bir çox qadının rəğbətini qazanıb.

Beyons diva tərzindən ana olduqdan sonra da əl çəkməyib. O həm səhnə şoularında, həm də gündəlik həyatında cəsarətli geyimlər seçir. Nə geyinsə, özünə yaraşdırmağı bacarır. Hündürdaban ayaqqabılara, dar cinslərə və qlamur üsluba xəyanət etmir. Biz sözlə, qızı Ayvinin bəxti gətirib ki, onun nümunə götürə biləcəyi belə modabaz anası var.

Alessandra Ambrosio makiyajsız, adi ağ mayka və cinslə belə möhtəşəm görünməyi bacarır. 2 uşaq anası olan model gündəlik həyatda rahat və idman üslubuna üstünlük verir. Ambrosio axşam geyimlərində də olduqca qəşəng görünür və hər kəsin diqqətini cəlb edir. Biz sözlə, qibtə ediləsi anadır.

Qvinet Peltoru məşhur olmasına baxmayaraq, aktrisanın israfçılıqdan uzaq bir tərzi var. Uşaqlarını bahalı markalardan geyindirməyi xoşlamır. Maraqlıdır ki, o məhz bu tərzi sayəsində stil ikonası statusunu qazanıb. Qvinet Peltrou hətta qırmızı xalı mərasimlərində də sadə imicinə sadiq qalır.

Keyt Holmes gözəl anadır. Lakin aktrisa tərzini ailəli olarkən deyil, ayrıldıqdan sonra tapıb. Qızını isə özündən daha yaxşı geyindirir, desək, yalan olmaz.

Miranda Kerr modelliklə yeniyetməlikdən məşğuldur. O, dəb sənayesində topladığı təcrübələrini öz üzərində uğurla tətbiq edir. Miranda Kerrin geyimində nöqsan tapmaq mümkün deyil. Ayaqqabı və çanta seçimləri isə xüsusilə uğurlu alınır. Yeri gəlmişkən, onu da deyək ki, model oğlunun geyim-kecimi ilə də ciddi məşğul olur və ona indidən düzgün geyinməyi təlqin edir.

Bianka Cager gəlmiş-keçmiş ən xarizmatik, ən dəbli qadınlardan biridir. Onun incə zövqü qızı Mariya Jadeyə də keçib.

Qven Stefani: Qven Stefani müğənnilik karyerası ilə yanaşı, dizayner kimi də fəaliyyət göstərir. Moda dünyasına olan ehtirası onu öz brendini yaratmağa sövq edib. Özü adətən, əhval-ruhiyyəsinə uyğun geyinsə də, uşaqları üçün rahat geyimlər seçir.

Ceyn Birkin 60-cı illərin ulduzu sönməyən stil ikonasıdır. Ceyn Birkinin geyim tərzi o qədər bəyənilirdi ki, "Hermes” moda evi onun şərəfinə çanta dizayn edib. Onu da deyək ki, aktrisanın adına buraxılmış "Ceyn Birkin” çantaları dünyanın an bahalı çantalarıdır. Ulduzun qızları da anaları kimi fərqli imici ilə seçilməyə çalışsalar da, öz adlarını stil ikonaları cərgəsinə yazdıra bilməyiblər. Onların bu cəhdləri hələ ki uğursuz alınır.

Keyt Moss: 41 yaşlı model hələ də dünyanın ən çox tələb olunan və ən çox qazanan modellərindədir. Keyt Mossun adının bir vaxtlar narkotik qalmaqallarında hallanmasına baxmayaraq, stil ikonası titulunu qoruyub saxlaya bilib. Keyt Moss rahat, eyni zamanda onu seksual göstərən geyimlər seçməkdə ustadır. Varisinin isə ancaq qızı ola biləcəyini düşünür.

Sienna Miller: Hollivud aktrisası hər addımı ilə yaxşı mənada səs-küy yarada bilir. Eyni zamanda gözəl və dəbdəbəli görünməyə çalışır. Aktrisa 2 yaşlı qızını mətbuatdan gizlətməyə çalışır. Amma onu ən yaxşı geyinən məşhur ana siyahısına daxil etməyə bilməzdik. Çünki o həm axşam obrazlarında, həm də gündəlik həyatda eyni dərəcədə gözəl görünür.

Naomi Vatts: İki uşaq anası olan Vatts ingilis alicənablığını öz tərzində böyük məharətlə nümayiş etdirir.

Ancelina Coli həm gözəlliyi, həm də özünəməxsus sadə üslubu ilə zəmanəmizin ən dəbli xanımlarından biri sayılır. Ancelina təbiətin ona bəxş etdiyi nadir və təbii gözəlliyinin qayğısına qalır. Gözəlliyinə kölgə salmayan sadə fasonlara üstünlük verir. Aktrisanın üslubuna baxan kimi bilinir ki, o, qara rəngə üstünlük verir və bunu çoxuşaqlı ailə sahibi olması ilə izah edir. O, müsahibələrinin birində "Qarderobumda geyimlərin əksəriyyəti qaradır. Hətta Bred Pitin qarderobu mənim paltarlarımdan daha əlvandır. Çünki qara çox rahatdır! Mənim altı uşağım var və siz təsəvvür edə bilməzsiniz ki, geyimlər necə tez çirklənir!  Qarada isə hətta palçıq da daha az nəzərə çarpır”  - söyləmişdi.  Son vaxtlarda isə Coli qarderobuna açıq rənglər də əlavə edib.

Jada Pinkett Smit: Bu xanıma "Uill Smiti adam edən qadın" deyirlər. Uğurlu, ağıllı, özünəməxsus stili olan gözəl xanımdır. Onun uşaqları da anası və atasının izi ilə gedərək hər zaman dəbli görünməyə çalışır və dəb eksperimentlərindən qorxmurlar. Təsadüfi deyil ki, bu ailə Hollivudun ən yaxşı geyinən sakinlərinin siyahısında mütəmadi olaraq ilk yerlərdə qərarlaşır.  

Sara Cessika Parkerin adı dəblə sinonimdir. Ona bu adı qazandıran isə "Böyük şəhərdə seks” filmindəki diqqətəlayiq obrazlarıdır. Stil ikonası öz adını dəb tarixinə yazdırmaq üçün şəxsi ayaqqabı brendini yaradıb. Fərqli geyim üslubuna sahib olan aktrisa geyimlə bağlı məsləhətlərini uşaqlarından da əsirgəmir.

Cessika Alba həm gözəl ana, həm də istedadlı aktrisadır. Bütün dəvətlərə gözəl geyinir və enerjisi ilə hər kəsi ovsunlayır. Aktrisanın ən böyük üstünlüyü isə hər zaman gülümsəməsidir. Dəb tənqidçiləri də hesab edir ki, təbəssümü Cessika Albanın ən gözəl bəzəyidir.

Cennifer Lopez: Dünya şöhrətli müğənnin stil ikonası olması heç kimə sirr deyil. Sevilən ulduz bədənini yaxşı tanıyır, üstünlüklərini vurğulayır, qüsurlarını isə gizlədir. Hər fürsətdə ayaqlarının gözəlliyini vurğulayan Lopez sinə dekolteləri ilə göz qamaşdırır. Cennifer Lopez gündəlik həyatda rahatlığa önəm verir. Lakin seksuallığından imtina etmir. Belə ki bədənini ön plana çıxaran dar şalvarlar, bol kəsimli kofta və bluzlar onun vazkeçilməzləridir. Ceylo uşaqlarının da geyim seçimində olduqca diqqətlidir. O, əkizlərini də özü kimi dəbli geyindirir.

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 



Şərhlər:
Baxılıb: 1128
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınlar.Biz həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz