Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Hündür və zərif göstərən paltarlar
Hündür və zərif göstərən paltarlar
Göndərən: Fialka
Şərhlər: 19
Baxılıb: 3000
Bölmə: Moda » Geyimlər
Səs ver:
Bəzi xanımlar qısa boylu və kök olmağını kompleksə çevirir və geyim seçimində daha çox problemlərlə üzləşirlər. Əlbəttə ki, hündürdaban ayaqqabıların qısa boylu xanımları uzun və zərif göstərmək üçün birinci çıxış yolu olduğunu inkar edə bilmərik. Amma yeganə çıxış yolu hündürdaban ayaqqabılar deyil. Doğru geyim seçərək boyunuzu olduğundan bir neçə santimetr daha uzun göstərmək mümkündür. Miroslava Duma, Selena Qomez kimi qısa boylu dəb ilahələrini buna nümunə göstərmək olar. Onlar qısa boylarını məharətlə gizlədərək diqqəti tamamilə başqa detallarla yönəldirlər.

Qısa boylu xanımlar geyim seçərkən bir neçə nüansa xüsusi diqqət yetirməlidirlər. Elə modellər var ki, onlar qısa boylu xanımların boyunu vizual olaraq daha da qısa göstərir.

Hündür bel şalvarlar: Hündür bel şalvarlar ayaqları hər zaman olduğundan daha uzun göstərir. Cins, yaxud naxışlı hündür bel şalvar və şortlar qarderobunuzun ayrılmaz geyimi olmalıdır.



Monoxrom stil: Monoxrom stil başdan aşağı eyni rəng geyinmək deməkdir. Monoxrom stildə neytral, boz, mavi kimi rəngləri seçsəniz, boyunuz olduğundan daha uzun görünəcək. Tək rəng geyimlər qadını vizual olaraq uzun və zərif göstərir.



Uzun zolaqlar: Uzun və düz xətli paltarların yaratdığı göz illüziyasından istifadə edərək uzun görünə bilərsiniz. Üfüqi zolaqlı kofta və şalvarlar boyunuzu bir neçə santimetr daha uzun göstərir. Alış-veriş zamanı xüsusilə tünd rənglərə daha çox müraciət etməyi unutmayın. Lakin çox arıq deyilsinizsə, üfüqi zolaqlı paltarlarla bir qədər ehtiyatlı davranmaq lazımdır.

Platforma dabanlar: Platforma dabanlar qısa ayaqlı qadınların ən yaxın dostudur! Boyu olduğundan uzun göstərən bu ayaqqabılar qısa boylu xanımların stilinin ayrılmaz bir hissəsi olmalıdır.

Qısa ayaqlı qadınların bilməli olduğu dəb məsləhətlər

Ayaqqabıların rəngi corabın rəngi ilə uyğun olmalıdır. Əgər siz açıq rəngli çəkmə geyinmisinizsə, o zaman ət rəngli corab seçin. Dabanlarla da diqqətli olmaq lazımdır. Əgər baldırınız doludursa, çox nazik dabanlı ayaqqabılar seçməyin. Şişburunlu ayaqqabılar boyu bir az hündür göstərir, lakin siz alçaq boylusunuzsa, bu formadan da uzaq olun. Dabanın optimal hündürlüyü 7 sm. olmalıdır.

Çəkmələrə gəldikdə isə klassik modellər ayaqları uzun göstərir. Açıq rəngli eyni tonlu çəkmələr seçin.

Şalvarlar barədə deyək ki, düz qara rəngli şalvarlara daha çox üstünlük verin. Şalvarın ətəyi dabanı tam şəkildə örtməlidir.

Şalvar və ətəklərin beli incə olmalıdır. Qalın kəmərlər taxmaq olmaz!

Yaxşı tikilmiş, əyninizə kip oturan düz paltarları seçin.

Paltarın üzərinizə necə oturmasına diqqət yetirin.

Düymələr, zəncirbəndlər və digər detalların olmamasına diqqət yetirin.

Hər zaman eyni rəng tonunda paltarlar geyinin. Geyim sizi iki kontrastlı hissələrə bölməməlidir.

Yüksək və incə dikdaban ayaqqabılar geyinin. İncə dikdaban ayaqqabılarda rahat deyilsinizsə, daha qalın dikdaban, rahat tanketkalara müraciət edə bilərsiniz.

Duruşunuza diqqət yetirin və dik gəzdiyinizdən əmin olun.

Bunları heç vaxt geyinməyin!
Bol kəsimlər
Dizdə bitən dar ətəklər 
Aşağı bel şalvarlar
Yarım çəkmələr

Qısa boylu məşhurlar boyunun qısalığını necə ört-basdır edir?
Miraslova Duma qısa boyunu daha uzun göstərmək üçün mini paltarları incə yüksək dikdabanlarla, çox uzun paltarları isə platforma dikdabanlarla geyinməyə üstünlük verir. Beləcə ayaqları boyunu daha uzun göstərir. Ümumiyyətlə, o, tək rəng paltarlardan daha çox istifadə edir.



Penelope Kruz gündəlik həyatında belə əsla özünü olduğu kimi göstərmir. Uzun və enli balaqlı cinsləri platformalarla geyərək, boyunun qısalığını gizlədə bilir. Ya da çox qısa şortlar geyərək, ayaqlarını olduğundan uzun göstərir. Əsla qısa şalvarlar geyinmir. Çünki qısa şalvarlar qıç boyunu ikiyə bölür.



Salma Hayek balıq ətli, amma mütənasib bədənə sahib olan qadındır. Əksər hallarda dizin üstündə bitən paltarlar geyinir. Geyindiyi paltarların tək rəng və bellərinin dar olmasına fikir verir. Beləcə həm uzun boylu, həm də zərif görünür.



Uzun ayaqlar
Ayaqları uzun göstərmək üçün hündür dabanlar heç də hər zaman əlverişli çıxış yolu olmur. Çünki  onların üstündə gəzmək heç də həmişə asan başa gəlmir. Ayaqlarınızı uzun göstərmək istəyirsinizsə, ilk növbədə qamətinizə fikir verin. Çiyinlərinizi düz saxlayın, sinə və buxağınızı qaldırın, qarın nahiyənizi dartın.


Şərhlər: 19
Baxılıb: 3000
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
BR
tesekkurler
21 iyun 2015 00:55
# 19
cinqosh
Maraqlı xəbərdir.qısa boylu olduğum üçün diqqetə oxudum.beli uzun salvarlar hec sevirem. Mini geymirəm. Hundurdaban ayaqqabilar mənlik deyil. Belə basa düşdüm ki yalnış geyinirəm:(
16 iyun 2015 02:18
# 18
Səni təkrar sevsəm, çəkdiyim acılara və tökdüyüm göz yaşlarına xəyanət etmiş olaram...
emis
vauu 2 ci geyim esl menim geyimin menim sevdiyim reng,bu reng ucun olurem.hemcinin geyimde zovqlu idi,boya geldikde ise uzun boydan hec xosum gelmir boyum 1.60 di hami deyir biraz uzun olsa yaxsi ama men istemirem bele qalim besdi mene.geyindiyim her bir geyimde mene yarasir cunki bedenime uygun geyinirem ona gorede cox secim etmirem ne geyinsem yarasir zerif gorsenirem 126 tesekkurler.
15 iyun 2015 23:52
# 17
GünƏşimƏ_AiD_
1.65,68arasi boyum var..mence eladi mene gore atamda uzun anamda uzun..ona gore mende lap bele uzun olmasamda boyumdan narazi deyilem..kabluk geyinirem stelttoda yeriye bilmirem amma platorfmalar tam mene goredi.uzun tund renglerde yumpka ve onlara uygun koynek hicabimla hemishe uzun gorsenirem.ayaqimda babaet olsa bele..tshk xebere gore maraqli idi
15 iyun 2015 22:46
# 16
"Hec kim senden artiq deyildir"
"Nede sen kimdense artiq deyilsen"
"Yixildin dur
Vuruldun vur"
"Heyat ascimasizdisa sende acima!!!"
aliceWOnDer
boyumdan razi deyilem, esline qalsa 16 yasim var 1.58 de boyum normaldi, amma men daha uzun isteyirem 01
15 iyun 2015 20:45
# 15
Mən xoşbəxt bir kəpənəyəm yaşasam da,ölsəm də..
tek umidim sen
Xebere gore tesekkur, lazimli melumatdi,men isterem boyum biraz da qalxsin...
15 iyun 2015 20:27
# 14
Kadın derin ama adam yüzme bilmiyor...
Cimbom Nilay
Boyum iyi 11
15 iyun 2015 19:49
# 13
MovieStarPlanet-te kayıtta olan var mı? Ben- Trendde Benim
yasemin
Boyumdan razıyam yaşıma görə normaldır zənnimcə…. Bu melumatlar faydalıdır tşklər canım
15 iyun 2015 19:44
# 12
Allah bizlere duamizi yasamagi qismet etsin.. InsAllah dua
Nur k-off
Boyum 1.63 amma caliwiram 1.70 isteyirem
15 iyun 2015 19:27
# 11
SVETA
yarpaq33
Boyum 160 di yenede sagolun yaxwi meslehetdi lazim olar
15 iyun 2015 19:11
# 10
Rebbinin adini zikr et ve ozunu tamamile Ona hesr et
ell.nell
Düzdü yazılanlar.Geyimlerde yaxşı idi
15 iyun 2015 18:09
# 9
vipbetul
onsuzda nejni insanam nege geyinsemde gornusum deyismir
15 iyun 2015 18:09
# 8
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
BARBI
Boyum yasima gore balacadir ama raziyam boyumnnan uzatmagada calismiram
15 iyun 2015 18:01
# 7
Canımı yaktıktan sonra, hiç birşey olmamış gibi helallik isteyenler! Cehennemde yandığınızı görsem üzerinize benzin dökerim... !
Catwoman666
boyum yasima gore normaldir mence 155 yasima gore yaxsidir mence)
15 iyun 2015 17:56
# 6
"All men must die, but we are not men"

Daenerys Targaryen
qanadli melek
Boyum qisa deyil qisa olanlar ucun faydali xeberdi
15 iyun 2015 17:52
# 5
Bezen herseyin tek bir cavabi vardir...BiLMiREM..
roksi1995
normal boyum var
15 iyun 2015 17:18
# 4
ozunu hec kimden ustun tutma!!!
unutma aftafa qizildanda olsa yeri tualetdir
Dosta_inam
Boyum normaldi,kompleksim yoxdur,ama burda qeyd edilenlerin bezisine emel edirem,teşekkür.
15 iyun 2015 17:15
# 3
Əsl "DOST" göydəki ulduzlar kimidir, qaranlıq çöküncə ilk onlar görünər...
Tomris Müslümova
boyum uzundu ama yene de sevirem bele paltarlari yaxsi faydali xeberdi tesekur))
15 iyun 2015 17:03
# 2
9 Milyard insan...9 Milyard ruh...Və içindən yalnız,bir dənəsinə ehtiyac duymaq çox qəribədir heart
Leylican
bezilerini beyendim
15 iyun 2015 17:03
# 1
SEBR....
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

(ana səhifəyə gedin.)

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz