Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Palto seçimi üçün 6 vacib şərt
Palto seçimi üçün 6 vacib şərt
Göndərən: NoName
Şərhlər:
Baxılıb: 4892
Bölmə: Moda » Geyimlər
Səs ver:
Qış mövsümündə soyuq havadan qorunmaq nə qədər önəmlidirsə, bədənimizə uyğun palto, yaxud gödəkçə seçmək də o qədər mühüm məsələdir. Buro 24/7 Azerbaijan soyuq qış günlərində bədəninizin tipinə görə sizə ən çox uyğun gələn üst geyimini seçməklə bağlı məsləhətlər verir.

"Qum saatı"

Bu bədən tipinə malik xanımlar belini incə göstərən, nisbətən dar modellərə müraciət edə bilərlər. Altdakı sviterin, köynəyin qalınlığından asılı olmayaraq bu cür paltolar eleqantlığınıza xələl gətirməz. Bədənin formasını birüzə verən modelləri sevmirsinizsə, "cocoon" paltolar da ala bilərsiniz.

Qabarıq sinəlilər

Böyük sinəli qadınlar heç bir halda düyməli paltolar almasalar, yaxşı olar. Çünki düyməli paltolarda sinə olduğundan daha böyük görünə bilər. Onlar üçün ideal seçim - qabağı zəncirbəndlə bağlanan, yaxud yaxasında kürk, işləmə və parlaq broş kimi aksessuarlar olan üst geyimləridir.
 
Bəstə boylular
Balaca boylu və incə sümüklü qadınlar ayaqlarını daha uzun göstərmək üçün qısa palto və gödəkçələr almaları məsləhətdir. Yox, əgər uzun palto almaqda israrlıdırlarsa, uzunluğun ən çoxu dizin üstünə qədər olmağına diqqət etsinlər. Boylarını daha da balaca göstərəcək geniş və oversized modellərdən qaçıb, incə kəsimli modellərə yönəlsinlər.

"Böyük ölçü"
Çiyinləri kip oturan, ancaq aşağıya doğru A formasını alan paltolar çəkisi çox olan qadınlar üçün əla seçimdir. A formalı üst geyimlərin üstünlüyü ondadır ki, bütün geyimlərlə uyğunlaşır və artıq çəkini gizlədir. Çəkili qadınlar şişmə (bolonka) tipli üst geyimlərini deyil, bədənə oturan trençkotları və ona oxşar digər modellər seçə bilərlər.

"Maskulin"
Kişi kimi düz bədən quruluşuna malik qadınlar üçün kəmərli paltolar və trençkotlar əvəzedilməzdir. Çünki bu modellər "qum saatı" bədən tipinin illuziyasını yaratmaqda onlara kömək edəcək. "Peplum" tərzli modellər, eləcə də böyük yaxalı paltoları da sınaqdan keçirmək olar.

"Armudvari"

Yaxası şal kimi bağlanan palto və gödəkçələr armudvari bədən quruluşlular üçün yaxşı seçimdir. "Envelope" (məktub formalı), üst hissəsi açıq rəng, aşağı hissəsi tünd olan kontrast paltolar, eləcə də qabağı zəncirbəndli üst geyimlər də "armudvari" bədən tipinə uyğundur.


Şərhlər:
Baxılıb: 4892
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz