Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Geyim Stilləri
Geyim Stilləri
Göndərən: NaZa25
Şərhlər:
Baxılıb: 13380
Bölmə: Moda » Geyimlər
Səs ver:
Dəb yaranan  gündən özünün bir stili, üslubu, forması olub. Tanınmış dizayner və modelyerlərin fikrincə, hər geyimin öz yeri, vaxtı, vədəsi var. Hər geyimi hər yerdə və istədiyin vaxt geyinmək olmaz. Odur ki sizə tanınmış modelyer və dizaynerlərin hansı geyimi nə vaxt, harda  və necə geyinməyinin bir neçə üsulunu təqdim edirik.
1. Klassik   
Bu növ geyimlərdə artıq heç bir element gözə dəymir. Bu stil dəblə o qədər də ayaqlaşmır. Ciddi insanların stilidir və  dövlət əhəmiyyətli tədbirlərdə, məclislərdə istifadə olunur. Bunlar: klassik ingilis kostyumu,ingilis  yaxalıqlı düz biçimli palto, dizə qədər olan düz karandaş yubkalar, futlyar-donlar, düz biçimli şalvarlar.
Əsas rənglər: boz, ağ, bej və qəhvəyi

2. İdman
Bu formalı geyimlər əsasən insana bir komfort və dinamizm gətirir.
Onların əsas növləri: mayka, futbolka, polo tipli köynəklər, idman stilli enli şalvarlar, köpürdülmüş  gödəkçələrdir.
Əsas rəngləri: boz, mavi, təbii "ekoloji” rənglər.
Belə tipli geyimləri əsasən gəzintilər, səyahətlər eləcə də müxtəlif  idman yarışlarında geyinmək olar.

3. Etnik
Belə geyimlər insanları adətən əcdadlarına, keçmişinə daha yaxın edir. Bunlar əsasən milli geyimlər üzərində tikilən paltarlardır. Müxtəlif milli naxışlarla, ornamentlərlə bəzədilmiş geyimlərdir.
Əsas nümunələri: peysli naxışlı tunikalar,  enli uzun xalatlar, buta təsvirli donlar, allı- güllü sarafanlar, millibəzəkli yubkalar, nazik enli şarovarlar, araqçınlar, jiletlər.
Rəngləri: ən parlaq və dolğun qırmızı, göy, yaşıl, terrakota rəngləridir.
Belə geyimləri adətən milli tədbirlərdə, etnik şənliklərdə, sərgilərdə, müxtəlif  bayram və festivallarda geyinirlər.
Bu cür geyimlərə  əsasən yaradıcı insanlar üstünlük verir.

4. Romantik
Bu geyim növü əsasən incə, zərif, xəyalpərvər xanımların dəbidir. Onlar geyimlərdə zərif aksessuarlara: lentlərə, bantlara, büzmələrə, güllərə daha çox üstünlük verir.
Tipik nümunələri: büzməli koftalar, qat-qatlı yubkalar, ziyafət geyimləri, yüngül ipək donlar.
Əsas rəngləri: incə çəhrayı, mavi, ağ,açıq firuzəyi, bənovşəyi.
Belə geyimləri əsasən teatral gecələrə, klassik musiqi konsertlərinə, bal gecələrinə və müxtəlif görüşlərə geyinmək olar.

Əziz xanımlar, biz sizə dünya dəb aləmində mövcud olan əsas dörd geyim növünü təqdim etdik. Bu geyimləri harda, nə vaxt və necə geyinmək isə, sizdən asılıdır. Bu sadaladığımız üsullara riayət etsəniz hər yerdə, hər zaman daima gözəl, yaraşıqlı və cazibədar görünəcəksiniz.


Şərhlər:
Baxılıb: 13380
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz