Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Yay mövsümünün vageçilməz trendləri
Yay mövsümünün vageçilməz trendləri
Göndərən: NoName
Şərhlər:
Baxılıb: 2198
Bölmə: Moda » Geyimlər
Səs ver:
Yay stilinizdə modanın qabaqcılı trendlərə yer vermək istiyirsinizsə, sizin üçün təyin etdiyimiz bu parçalara mütləq bir nəzər salın!
Yayda yeni aldığınız rəngarəng bikiniləri geyib çimərliyə getməyi və rəngli dırnaq boyları ilə bəzədiyimiz ayaqlarımıza rahat sandaletlər geyinməyi uzun zamandır arzulayırıq.
Yayın gəlişini qeyd etmək üçün alış-verişə çıxmamaq olmaz! Bu mövsümdə stilinizin təyin edicisi olacaq parçaları hələ kəşf etmədinizsə sizlər üçün bir sürprizimiz var!
Yaylıq alış-verişinizdə mütləq almanız lazım olan parçaları və mövsümün ən lazımlı trendlərini sizlər üçün təyin etdik!
 
 
 
Midi transparan ətək
Transparan detallar bu il qızıl dövrünü yaşayır. Düz altına qədər gələn midi ətəklərin darıxdırıcı havasından xilas olmanın ən gözəl yolu, ətəyin uc qisimlərinə tətbiq olunan transparan parçalardır.
Bəzi midi ətəklərdə isə ətəklər cüt laylı olaraq hazırlanır. İlk qisimi düz parçadan mini ətək olaraq hazırlanan ətəklərin üzərinə düz xəttinə qədər uzanan 2. bir tül ətək əlavə olunur.

 
Zəncir asqılı çanta
Zəncir asqılı çantalar uzun zamandır trendlər arasındadır. Böyük və dəbdəbəli çantalarda istifadə edilən zircir asqılar bu mövsüm kiçik dəyişikliklərlə qarşımıza çıxır.
Kiçik əl çantalarına əlavə olunan uzun zəncirlər bu mövsümün favoritləri arasındadır. Yanınızda çox əşya daşımanız lazım olmadığı günlərdə mütləq bu qəşəng və xanıma xas çantaları istifadə etməlisiniz.

 
Bikini seçimi
Bikini modellərində indiyə qədər həmişə klassik üçbucaq modelləri seçirdik. Bir neçə mövsüm əvvəl həyatımıza girən straplez bikini modellərinin yerinə bu yaz daha maraqlı modelləri seçin.
Hər vaxt qibtə etdiyiniz sörfçü stili bikiniləri və ya daha fərqli görünüşləri sınaya bilərsiniz.

 
Aksesuarlar
Yayda istifadə edəcəyinizaksesuarlar bir-biriylə uyğun olmaq məcburiyyətində deyil! Metal bilərziyinizlə daşlı bir üzük ya da qızıl rəngi bir zəncir boyunbağı taxa bilərsiniz.
Aksesuarları bir-birirylə dəstəetmə zəruriliyi uzun müddətdir ortadan qalxan keçmiş moda qaydalarından biridir.
Xüsusilə üstü daşlı hərfli boyunbağı ucları, sırğalar və bilərziklər bu yay olduqca məşhur akseuarların başında gəlir.

 
Naxışlı ayaqqabılar
Naxışlı parçalarla hazırlanan dikdabanlar bu yayın ayaqqabı modellərinin favoritlərindəndir.
Hər mağazada, hər rəngdə ,hər topuq boyunda və stildə tapa biləcəyiniz bu parça dikdabanları yay boyunca ayağınızdan çıxarmaq istəməyəcəksiniz.

 
İdman sandaletlər
Sandalet deyilincə ağılınıza ilk nə gəlir? Düz altlıqlı və düz bantlı bu sadə modellər bu mövsümün favoritlərindəndir.
Keçən mövsümlərdə geyindiyimiz, daşlı muncuqlu  sandaletlərlə vidalaşırıq.
Bu yaz, minimalist görünüşlü idman sandalet modellərini seçirik.

 
Rəng kölgələri
Bu yay rəng kölgələri dizaynlarda hökm sürür. Rəngli saç kölgələrindən ,paltarlarımıza sıçrayan rəng kölgələri yazın əyləncəli ruhuna adaptasiya olmanızı təmin edir.
Xüsusilə tişörtlərdə istifadə edilən bu stili yay qarderobunuzda saxlamalısınız.

 
Həsir şapkalar
Böyük həsir şapkalar yalnız keçmiş filmlərdə və çimərliklərdə görə biləcəyiniz şeylər deyil! Bu yay böyük havalı şapkaları istədiyiniz kimi taxa bilərsiniz.
Çimərlik yığıncaqlarında və axşamüstü kokteyllərində istifadə edəcəyiniz bu şapka stillərini çiçəklər və şifon aksesuarlarla bəzəyə bilərsiniz.


Şərhlər:
Baxılıb: 2198
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz