Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Sizi daha uzun boylu göstərəcək 14 moda hiyləsi
Sizi daha uzun boylu göstərəcək 14 moda hiyləsi
Göndərən: NoName
Şərhlər:
Baxılıb: 5845
Səs ver:
Hər kəsin bədənində dəyişdirmək istədiyi yerlər var.
Qısa boyunuzdan nigaransınızsa, bir neçə hiyləylə daha uzun görünmək üçün tam 14 fərqli yolunuz var. Bu hiylələr nələrdir?

1- İspan ətəkli şalvar geyinin : Qıç qisimi dar, ətəyi bol seqmentdə ispan ətəkli şalvarlar qıç boyunuzu olduğundan uzun göstərəcək. Bu şalvarları dikdaban ayaqqabıyla geyinsəniz, 2 qat daha çox nəticə əldə edərsiniz. Bu şalvarların qıç qisiminin bol olmamasına diqqət yetirməlisiniz.

2- Uzun ətək geyinin : Bu moda dünyasında bilinən və tez-tez müraciət edilən bir hiylədir. Rachel Bilson, Rachel Zoe, və Mary-Kate Olsen kimi məşhurlar da bu yola müraciət edir. Ətək boylarını uzadaraq, gövdə boyunuzundan bir az oğurlayıb, qıç boyunuza əlavə etmək mümkündür. Uzun ətəyinizi çox bol olmayan sadə bir t-shirtlə kombinləyin. Beləcə həm zərif, həm uzun görünəcəksiniz.

3- Qısa dikdaban ayaqqabı geyinin : Bilinənin əksinə deyil? Şort və ya ətək geydiyinizdə geyəcəyiniz qısa dikdaban ayaqqabılar qıçlarınızı həm daha uzun həm də daha incə göstərəcək. Əgər dəri rənginə yaxın ayaqqabılar seçsəniz, hiyləniz daha da müvəffəqiyyətli olacaq.

4- Qısa geyirsinizsə, "yaxşıca" qısaldın:
Əgər şort və ya qısa ətək geymək istəyirsinizsə, bunlar mini olmalıdır. Beləcə qıçınızın görünən qisimi, geydiyininizdən daha çox olacaq və qıçınız uzun görünəcək. It-girl Miroslava Duma, bu yola tez-tez müraciət edir.

5- Saçınızı toppuz edin : Saçınızı təpədən toppuz etdikdə, boyunuq uzun, üzünüzsə incə görünəcək. Saçınızı təpədən dağınıq kimi görünən bir toppuz edin. Fərqi görəcəksiniz.

6- Tək rəng geyinin : Şaquli bir xətt meydana gətirmək, uzun və incə görünmək üçün möcüzəvi bir hiylədir. Əgər bu tək rəng kombininizdə şalvar olacaqsa, belini yüksək belli seçin.

7- Yüksək belli geyinin : Yüksək belli geymək, boyunuğun uzun göründüyünə dair möcüzəvi bir göz hiyləsi yaradacaq. Ətək, şort və ya skinny cinslərinizi yüksək belli seçin, üzərinə geydiyiniz t-shirti içinə salın, və uzun görünün!

8- İti burun babet geyinin : Sizdən hər saniyə dikdaban ayaqqabı geyməniz gözlənilə bilməz. Elə isə, qıç boyunuzu uzun göstərmək üçün iti burun babetleri də istifadə edə bilərsiniz.

9- Dik xəttlər seçin :
Bu ən köhnə hiylədir! Dik xəttlər sizi qətiliklə olduğunuzdan uzun göstərəcək. Nə şanslıdır ki, bu il də xeyli modadır.

10- Böyük bir çanta istifadə edin : Minyon qadınlar üçün böyük bir çanta seçmək ağıllı bir hərəkətdir. Niyə? Çünki hər kəs əksinəni düşünür!

11- Saçınızı kəsdirin : Saçınız qısadırsa, olduğunuzdan daha uzun görünəcəksiniz. Çənə boyundakı saç uzunluğu zərif bir seçim ola bilər.

12- Bel kəməri istifadə edin : Bədəninizi ikiyə bölürsünüz. Kəmərlər ümumiyyətlə belin aşağısına ilişdiyi üçün, sizin bel xəttinizə taxdığınız kəmər, sizin qıç boyunuzu uzun göstərəcək. Kəməri incə seçməlisiniz.

13- Paltarlarınız tam üstünüzə görə olsun: Əgər balaca boylu birisinizsə, paltarlarınız çəkilmiş kimi üzərinizə oturmalıdır. Əgər kəsilmiş bir jean geyəcəksinizsə, ayaq biləyinizin çox üstündə olmamalıdır. Blazer pencək geyəcəksinizsə, qolları tam oturmalıdır. Dərzinizə ölçünüzü aldırın və paltarlarınızı sizə görə "tam" hazırlamasını bildirin.

14- V yaxa geyinin : V yaxa paltarlar, möcüzəvi bir illüziya yaradaraq boyunuzu uzun göstərər. Jaketlərinizi, t-shirtlərinizi buna görə seçin. Köynək geyəcəksinizsə, 2-3 düymənizi açın və yaxasını V hala gətirin.


Şərhlər:
Baxılıb: 5845
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz