Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
++++++++++++++++Moda nədir?
++++++++++++++++Moda nədir?
Göndərən: Bakinka-Angel
Şərhlər:
Baxılıb: 888
Bölmə: Moda » Geyimlər
Səs ver:
Əgər təbiət qadını modanın saldığı halda yaratsaydı, o zaman qadın ümidsiz halda olardı. (P. Buast)
Ətrafda modadan söhbət açan jurnallar, qəzetlər onu göstərir ki, bir çoxları üçün moda bəhsi və ya daha doğrusu modanın özü həqiqətən də maraqlıdır. Görəsən moda həqiqətən də bu qədər önəmlidirmi, yoxsa, biz onu bu qədər böyüdürük?
Fikir verdinizsə saytda "Moda imperiyası” adlı bir bloq açdıq. Moda imperiyası – bu ad özü də böyük səslənir, hər-halda o yerdə ki bir "imperiya” sözü ki işlənir, demək ki, moda günümüzdə həqiqətən də önəmli bir yer daşıyır. Hər-halda bunun önəm dərəcəsinə görə də ayrılan bir təbəqə var.Hər kəs üçün moda fərqli bir tərzdə alqılanır. Kiminçünsə moda, sadəcə maraqdır, kimisi üçünsə zəruri. Kimlər üçün bu sadəcə işdir, bəziləri üçünsə bunun heç bir önəmi yoxdur. Kimi onu həyatın bir çox sferaları üzərində zövqün allahı zənn edir, kimi üçün isə moda mədəniyyətin daha bir qolu, forması sayılır, hansı ki, insan manerasında və ən əsası da ki, geyimində üzə çıxır. Moda tərz və geyim manerasında müəyyən qaydalar qoyur. Burdan da belə çıxır ki, modayla gedənlər "dəbli şəxslər”, bununla ayaqlaşmayanlar isə "dəbsiz” və ya lori dildə desəm, çox-çox üzr istəyirəm, hətta "çuşka” kimi də adlandırılırlar. Mən isə bununla heç razı deyiləm. Bəli, ola bilsin ki, moda hansısa qaydalar qoyur, bəs modanı yaradan kimdir ki?!
Şəxsən mənim fikrim belədir ki, şərt deyil ki, insan daima modanı izləyə və dəblə geyinə. Məncə insan özünə nə yaraşırsa onu da geyinməlidir. Təbii ki, bunun üçün də bir çərçivə var. Yuxarıda da qeyd elədim ki, "moda tez-tez dəyişir”. Bu nə deməkdir? Bu, o deməkdir ki, kimlərsə öz fantaziyalarındakıları həyata keçirib, hansısa yeniliyi ərsəyə qoyub, nəyisə dəbə gətirirlər. Və yaxud da heç fantaziyalar da olmasın, insan hər an, hər daim nəsə görür və bu an insanın ağlından o qədər şeylər keçir ki. Axı, hal-hazırda həyat və yaradıcılıqları ilə maraqlandığımız, yeri gəldiyində adı keçən sahədə dahi belə adlandırdığımız dizaynerlər, modelyerlər də adi bir insandılar. Sadəcə nəsə düzüb-qoşmaq, bir yenilik ortaya atmaq onların işidir.Kimi modayla ayaqlaşır, kimi yox. Keçənlərdə yadımda deyil, hansısa saytlarımızın birində gənclər moda haqqında elə rəy bildirirdilər ki, elə bil ki, moda həqiqətən də hansısa bir ilahi qüvvə tərəfindən göndərilmiş bir şeydir, hansı ki, bizlər buna tabe olmalı və mütləq bununla ayaqlaşmalıyıq. Xeyir! Hər sezon bizlər üçün yeni bir şeylər təklif olunur. Məhz, təklif olunur! Bizim isə öz növbəmizdə nəyisə seçib seçməmək kimi bir haqqımız var, hətta, nəyəsə nəsə qatıb, yeniləşdirmək kimi də bir gücümüz (ideyalar, fantaziyalar).
Bir əhvalat eşitmişdim: bir qız nənəsinin sandığında eşələnirmiş və təsadüfən losinlər görür. Elə bu an qızın ağlından bir fikir keçir ki, dostları ilə məzələnsin, buna görə də o həmin losinləri diskotekaya geyinmək qərarına gəlir. Bu kiminsə xoşuna gəlir kiminsə yox, hətta, buna dəhşət dərəcədə ağız büzənlər də olur. Bu təbiidir. Amma, bir həqiqət var ki, hamı şokda idi. Bu da effect!Elə bir çox dizaynerlər də, nədənsə idaya əldə edir, bunun üzərində işləyir və bunu cəmiyyətə təqdim edirlər və elə olur ki, vaxt gəlir həmin ağız büzənlər də bu dəbin qurbanına çevrilirlər. Məzələnmək naminə nənəsinin sandığından onun nəyinisə götürüb geyinən bir qız var idi və çoxları ona ağız büzdülər, bu gün isə həmin "nənələrin” hər şeyindən geyinirik. 80-cı illərin paltarları, ayaqqabıları, çantaları, musiqiləri və s. 80-cı illər indi hər yerdə mövcuddur! Ətrafa boylanırsan və sanki hər şey keçmişə qayıtmış kimi bir hal alır. Bəlkə də bunun da ömrü çox olmayacaq, çünki, moda dəyişkəndir, tez-tez dəyişilir, biz keçmişdəkilərə alışmışkən, bir də görəcəyik ki, moda yenidən döndü. Hər halda bir stil var ki, bu heç vaxt moddan düşmür - klassika!
Bernard Şou deyir ki, "moda idarə edən bir epidemiyadır”. Bəlkə də bu həqiqətə uyğundur. Amma, biz özümüzü buna məcbur saymasaq, bəlkə də, bu xəstəliyə tutulmarıq.
Mən demirəm ki, bizlər modadan imtina etməli, bunu rədd etməliyik. Xeyir! O modanı ərsəyə gətirənlər öz sahələrinə peşəkar olan dizayner-modelyerlərdir, hansı ki, onlar bir sezonu hansısa bir rəngdə görürlər və bunu da öz işlərində həyata keçirirlər və həmin rəng də həmin sezon dəbdə olur – bu da bizə təklif olunur! Bunu istəyib istəməmək isə öz əlimizdədir. İstəməsək də izləyə bilərik. İzləmək isə tamam başqa məsələdir.Şəxslər var ki, məsələn bu sezonun rəngi qırmızıdırsa, bütün qarderobunu yeniləyib, hər şeyini qırmızı ilə əvəz edir. Məncə bu çox gülüncdür. Bəlkə, biz özümüz özümüzə nəsə təklif edək?! Nə üçün biz hamıdan kopyalamalı, hamının geyindiyini geyinməli, hamının etdiyini etməliyik?! Bizim də öz zövqümüz, öz tərzimiz var! Hər birimiz individual şəxslərik! Təsəvvür edin, qırmızıya bürünmüş, eyni tipli geyinmiş hər kəsin fonunda sən nə iləsə fərqlənirsən! Sən tamam başqasan. Bu fikir də xahiş edirəm səhv alqılanmasın. Bir çoxları da "fərqlənmək” sözü eşidəndə elə bilirlər ki, bunun üçün xüsusi "əndrabani” bir şey geyinməlidir, hansı ki, ətrafdan baxanda bu insan həqiqətən də çox pis, vulqar görünür. Buna da diqqət yetirmək lazımdır.
Ən başlıcası budur ki, sənin obrazın sən özünsən! Sənin geyimin sənin daxili aləmini əks etdirir. Modanın ardıyca qaçanda isə bəzilərimiz bunu unuduruq və buna görə də bəzən bayağı, şit görünüş alırıq.
Zövqlə geyinmək böyük məharətdir. Hələ-hələ nəzərə alsaq ki, zövq hissi bizə təbiət tərəfindən verilməyib, biz özümüz onu tərbiyələndiririk. Yaxşı zövqü olan kəs isə heç vaxt ən dəbli bir brendin ən son kolleksiyasından olan bir geyimə pul sərf edib, ondan geyinməyəcək ki, bu geyim kiminsə üstündə çox gözəl görünür.
Belə çıxır ki, əslində fərqlənsək də, fərqlənməsək də, dəbdə oldu-olmadı, qısacası əynimizə nə yaraşırsa onu da geyinək. Əsl qadın, əsl şəxs belə də etməlidir! Nəinki geyim, eləcə də aksesuarlar, çantalar və s. və i.a.
Bir də unutmayaq ki, moda sadəcə olaraq bir yöndür, hansı ki bizə seçim hüququ verir. Biz modanı izləyərək, hər zaman özümüz olaraq qalmalıyıq. Ancaq bu yolla, biz həqiqətən də gözəl və təkrarolunmaz olacağıq.
Hər-halda dəblə ayqlaşsaq da ayaqlaşmasaq da bir şeyi də unutmamalıyıq ki, hər şeyin bir həddi var və hər şey həddini aşmadıqca gözlədir.
Qeyd: Moda – "modus” latın sözündən götürlmüş – ölçü, hədd, tərz, qayda, təlimat mənasını verir.)







Şərhlər:
Baxılıb: 888
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınlar.Biz həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz