Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
MODALI QADINLAR
MODALI QADINLAR
Göndərən: NoName
Şərhlər:
Baxılıb: 10019
Bölmə: Moda » Geyimlər
Səs ver:
alt
Naxışlı paltar

Hər bir mövsümün öz naxışı, öz ornamenti, öz bəzək gülləri var. Saya geyimlər nə qədər gözəl-yaraşıqlı görünsələr də, onların hər mövsümdə xüsusi naxışlara, bəzəkli güllərə ehtiyacı var.
Yay mövsümünün əsas bəzəyi şübhəsiz ki, güllü-çiçəkli naxışlardır.
Bu naxışlar geyimlərə xüsusi formada vurulur. Bunların bir çox növləri var: basma, tikmə, toxunma, boyama və sair.
Şübhəsiz ki, hər bir xalqın geyim növlərində milli ornamentlərdən istifadə olunur. Çox vaxt geyimdə hər hansı bir naxışı görəndə, onun hansı xalqa mənsub olduğu o dəqiqə aydınlaşır. Bu sırada şərq ornamentləri xüsusi üstünlük təşkil edir.




Moda dünyası →Sarafanlar

Sarafan ilk baxışdan sadə geyim olsa da, əslində tikilişi müxtəlif mürəkkəblik və fantaziya tələb edir.
Sarafanlar ilk dəfə kənd yerlərində peyda olub. 70-ci illərdə isə o şəhərə ayaq açıb, xeyli müasirləşib və demək olar ki, şəhərli qızların sevimli geyim növünə çevrilib.
Sarafanların müxtəlif növləri var: toxunma, tikmə, qismən hörülmə və s. Sarafanların bər-bəzəyində hər modelyer öz fantaziyasına arxalanır.Sarafanların kənarları toxuna, krujevalar, büzmələr, taftalar tikilə, yaxud applikasiyalardan istifadə oluna bilir.
alt
Moda dünyası → Qış geyimləri

Payız mövsümü bitdi, soyuqlu qarlı günlər gəldi. Dəb həvəskarları qarderoblarındakı sviterləri istifadə etməyə başladı. Ancaq bu sviterlər dəblə uyuşurmu? Bu sualı dünyanın məşhur dizayner və modelyerləri özlərinə də verdilər. Və çox düşünüb daşınmadan belə qənaətə gəldilər ki, bu mövsüm sviterlərdə yeni naxışlar, elementlər, printlər əlavə etmək lazımdır. Bu naxışların mənbəyini də təbiətdən götürdülər. Bunlar əsasən üç tendensiya üzərində qurulub:
1. Relyef naxışlar. Bunlar iri qaba toxunuşlu naxış elementləridir ki, sviterlərdə hörükvari formada görsənir. Belə model sviterləri qode-yubkalarla geyinmək olar. İlk baxışdan bir növ 50-ci illərin dəbini xatırlatsa da, müasir görünür. Belə geyimlə uzunboğaz çəkmə və fetr şlyapa yaraşır.

2. Ağ-qara naxışlı sviterlər. Bu klassik forma bir növ mövsümün hitidir. Belə naxışlı sviterləri hər yerə geyinmək olar. Əsasən qalın kolqotkalarla və denim yubkalarla geyinmək məsləhət görülür. Ağ-qara naxışlı sviterlərə parlaq aksessuarlar daha çox yaraşır.
3. Şən printlər. Bir çox dizaynerlər bu sviterləri sevimli heyvan rəsmləri ilə bəzəyiblər. Bunlar əsasən meşə maralları, cazibədar panda, şıltaq meymunlar, ipək yunlu quzular və başqa heyvan növləridir. Belə sviterləri dar şalvarlar və cinslərlə geyinmək olar. Belə geyimlərlə yersiz aksessuarlardan qaçmaq lazımdır.
Sviterləri tanınmış modelyer və dizaynerlər qışın ən əsas geyim növlərindən biri sayır. Biz sizə bunların bir neçə növünü təqdim etdik. Öz zövgünüzə uyğun olanı seçib, geyinin ki daima dəbli görünə biləsiniz.
alt
Moda dünyası → Qırmızı rəng

Dünyanın tanınmış modelyerləri hər il hansı rəngin dəbdə olmasına baxmayaraq, öz kolleksiyalarında hər zaman qırmızı rəngə önəmli yer verirlər. Rəng mütəxəssislərinin fikrincə, qırmızı � səmimiyyət, güc, ehtiras, şəhvət və eşq rəmzidir. Onlara görə, bu rəng insanı hadisələri aydınlaşdırmaqda daha sürətli qərarlar verməyə yönəldir. Heç təsadüfi deyil ki, xanımların əksəriyyəti gecə-mərasim libaslarını seçərkən onda qırmızı rəngin olmasına müsbət yanaşırlar. Çünki bu rəng diqqəti daha tez özünə cəlb edir. Hər halda, danılmaz reallıqdır ki, modelyerlər öz müştərilərinin rəyinə əsaslanaraq, qətiyyən qırmızı rəngdən imtina etmir, əksinə, ona böyük həvəslə yanaşırlar. Onlar belə hesab edir ki, qırmızı həm də unudulmazlığı ifadə edir. Maraqlıdır ki, 1940-50-ci illəri yenidən gözdən keçirdən �Prado� və �Dior� qırmızı rəngdə olan ətək və pencəklərə üstünlük verdikləri halda, yeni nəsil modelyerlər bu rəngin qarışıq modellərdə istifadəsini əsas götürürlər.


Moda dünyası → Ayaqqabı

�Dost üzə, düşmən isə ayağa baxar�. Bu qədim el misalında böyük bir həqiqət var. Təsəvvür edin ki, çox gözəl geyinmisiniz, son dəblə, zövglə, amma ayaqqabılarınız bu dəbə uyğun gəlmir. Belədə dostunuz bunu üzünüzə vurmayacaq. Amma bədxahlarınız o dəqiqə gözünü ayaqlarınıza dikib deyəcək: bu nə ayaqqabıdır geyinmisən?


Moda dünyası → Qadın şalvarları

Müasir dövrdə əksər xanımların qarderobunda şalvara rast gəlmək mümkündür. Yəqin ki, bunun da əsas səbəbi şalvarın daha praktik olması, xanımların əksəriyyətinin bu geyimdə özlərini rahat hiss etməsidir. Bəs görəsən bir zamanlar yalnız kişilərin geyindiyi şalvar qadınların qarderobuna necə daxil olub?


Mövzu ilə bağlı bir sıra mənbələrə müraciət edəndə bəlli oldu ki, tarixdə ilk dəfə şalvarı şərq qadınları geyiniblər. Hətta belə deyirlər ki, 3 min il bundan əvvəl şalvarı Assur padşahının həyat yoldaşı Semiramida dəbə salıb. Şalvarların qadın qarderobuna tam şəkildə keçməsi isə XX əsrdə baş verib.

alt

Moda dünyası → Şuba

Modelyerlərin fikrincə, hər geyimin, aksessuarın şahanə bir növü olur. Qış üst geyimlərinin isə onnillər boyunca bir şahanə növü varsa, o da şubadır. Təbiət sevənlərin və heyvanları müdafiə edənlərin etirazına baxmayaraq, bu gün də ən dəbli şubalar təbii xəzlərdən və aşılanmış heyvan dərilərindən hazırlanır. Bunların sırasında norka, kül rəngli şimal tülküsü, dağ keçisi, ərəbdovşanı, skuns, qunduz, samur, qara-qonur tülkü xəzi, vaşaq və şinşilla xüsusi yer tutur.


alt
Moda dünyası →Jiletlər

Ulu əcdadlarımızın ilk geyimi jilet olub. Eramızdan əvvəl müxtəlif heyvan dərilərindən hazırlanan jiletlər insanları mağaralarda soyuqdan qoruyub. Əsrlər keçdikcə bu geyim növü müasirləşib, dəbdən-dəbə minib və bu gün dəbin ən pik nöqtəsinə çatıb.
Jiletin xüsusiyyətlərindən biri bədənin əsas əzalarını soyuqdan qorumaq və qolları işlək saxlamaqdır. Bu da ilk illər daha çox ovçular, balıqçılar və müxtəlif qış idman növləri ilə məşğul olan idmançılar üçün nəzərdə tutulmuşdur. Sonradan jiletlər dəb aləminə ayaq açdı.

Moda dünyası →Şəffaf don

XX əsr boyu insanlar özlərini sərbəst ifadə etmək azadlığı uğrunda mübarizə aparıblar. Şəffaf paltar bu cür azadlığın ən ali nöqtəsidir.
Şəffaf alt köynəklərini hələ eramızdan əvvəl 1500-1300-cü illərdə Misir qadınları geyiniblər. XIV əsrdə isə 7-ci Karlın sevgilisi Aqnessa Sorel tamamilə açıq sinəni dəbə gətirib. Onun bu vəziyyətdə çəkilmiş protretləri heç də rəssamın təxəyyülü deyil. Bir neçə əsr sonra isə açıq sinənin yenidən dəbə düşməsində Lukreçiya Borcanın rolu olub. Daha sonra Fransada Jozefinanın zamanında şəffaf parçadan tikilmiş paltarlar dəbə düşüb, lakin onlar Lukreçiya Borcanın paltarlarının yanında rahibə geyiminə oxşayırdı.
alt

Moda dünyası →Trençlər

Tençlər universal geyim növü sayılır. Bu payız isə trençlərin dünya dəb aləminə bir növ triumfu başlanıb.
Havalar soyuduqca xanımlar qarderobunda trençə daha çox üstünlük verir. Eləcə də plaşlara.
Bunların ən dəbdə olan növü isə klassik ingilis formasıdır. Böyük Britaniya duman və yağışlar diyarı olduğundan bu ölkədə trenç və plaşlar xüsusi əhəmiyyət kəsb edir


Şərhlər:
Baxılıb: 10019
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz