Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Kantri üslubu
Kantri üslubu
Göndərən: NoName
Şərhlər:
Baxılıb: 6456
Bölmə: Moda » Geyimlər
Səs ver:

Kantri üslubu

Kovboy kantri üslubu
Buraya cins, dəri şalvar və jilet, kiçik örpək, pambıq dama-dama köynək, yanları enli şlyapa, cins kombinezon, yubka-kofta daxildir. Köynəklərin ən məhşur fasonu "kovboyka"dır - uzun qol, sadə biçimli, cibli-köynək. Çox zaman arxası daha uzun olur, yaxalığının ucları gümüşü metalla bəzədilir. Bluzka fənər qollu, dik yaxalıqlı və krujeva ilə işlənmiş, ətəklər isə çox uzun, beli rezinli olmalıdır. Kantri üslubundan şalvara tünd-göy rəngli cins, dəri və ya zamşadan dar şalvar aiddir. Bu üslubda paltarlar ancaq təbii parçadan tikilməlidir: dəri, zamşa, pambıq, flanel və çit. 
Makiyaj
Kantri üslubuna uyğun olan makiyaj, ilk növbədə, təbiiliyi ilə seçilməli və üzün təravətini vurğulamalıdır. Aqqressiv heç nə olmamalıdır. Gözdə kəskin xətlər olmamalıdır. Saçlar üzdən yığılmalıdır. Ən yaxşısı hörük hörmək və ya yandan yığmaqdır. Bu üslubla mürəkkəb saç düzümləri yaxşı görünmür. Parfüm zərif olmalıdır, ətir əvəzinə tualet suyundan (gül və ya otların şirin iyi) istifadə məsləhətdir. 
Kəndli kantri üslubu 
Bu üsluba valanlı enli ətək, güllü don, krujevalı köynək, toxunma jaket (uzunluğu belə və bir az aşağıya qədər) daxildir. Kantriyə uyğun rənglər qəhvəyi, boz və bejin təbii çalarlarıdır. Dekor olaraq iyi düymə və qaytandan yararlanın. Ayaqqabı sadə və rahat olmalıdır - zamşa botinka, dəridən dabansız tufli, sandal və pantaletlər. Bu üsluba uyğun aksesuarlar orta həcmli sırğa, taxta qolbaq, təbii materialdan olan saç sancaqlarıdır. 
Kantri üslubunda aksesuarlar 
Kantri üslubunda ayaqqabılar samandan sandal, pantalet, bosonojka, yumşaq dəridən burnu şiş çəkmə, botinkadır. Hər iki varianta iri dəri və samandan olan çantalar yaraşar. Baş örtüyü kimi də kənarları iri lentlə bəzədilmiş samandan şlyapa və ya parçadan yanları enli şlyapa uyğundur. Belə şlyapa yay geyimi üçün nəzərdə tutulur. 
Başqa üslublarla uyğunluğu
Kantri və romantik üslub bir-birlə gözəl uyğunlaşır. Çünki enli krujevalı ətəklər, valanlar, güllü donlar, həmçinin, romantik üsluba aiddir.

 

Redakte etdi: PRETTY GIRL



Şərhlər:
Baxılıb: 6456
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınlar.Biz həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz