Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Cins debi
Cins debi
Göndərən: QaDiNLaR BiZ
Şərhlər:
Baxılıb: 19406
Bölmə: Moda » Geyimlər
Səs ver:

  Cins debi 

Cins paltar qarderobun mütləq olmalı geyim növləri arasındadır....Denim (cins parça) çoxdandır ki, təkcə şalvar tikilən material deyil. Hazırda istənilən geyim növünü, hətta aksesuarları bele hazırlamaq mümkündür. Yubka Cins yubka dəbə ötən əsrin 70-ci illərində gəlib. 80-90-cı illərdə cins yubkanı bütün dünyada qarderobun qeyri-rəsmi geyim növü kimi geyinməyə başladılar. O zaman yubkanın uzunluğu dizə qədər, forması isə düz olurdu. Həmçinin diskotekalarda çox məşhur olan mini-variantlar da var idi. Özünə cins yubka almaq istəyən xanım bir neçə kriteriyə əməl etməlidir: onun forması bədən quruluşuna uyğun gəlməlidir. Hətta nazik denim belə kifayət qədər bərk parçadır, ona görə də artıq çəkinizi örtəcək silkələnən yubka əldə edə bilməyəcəksiniz. Cins yubka həmişə omba hissədə tam oturur, onu həqiqətən vurğulamaq istədiynizi yaxşı düşünün. Paltar Cins paltar qarderobun must-have (mütləq olmalı) geyim növləri arasındadır. Dizaynerlər cins donu hündürdaban platforma və çoxlu zəncir bəzək əşyaları ilə uyğunlaşdırmağı məsləhət görürlər. Cins sarafan səyahətdə, istirahətdə və sadəcə şopinq zamanı köməyinizə çatacaq. O, rahatdır, hərəkətlərinizi məhdudlaşdırmır. Qarderobun sadə predmeti sayılan cins paltarlar yay və payızda çox aktualdır. Ötən il kantri üslubunda tikilən donlar, hazırda hippi üslubuna uyğunlaşdırılır. Jaket Bu mövsüm 70-ci illərdə olduğu kimi cins jaketlər çox dəbdədir. Onun populyarlığı onunla izah olunur ki, belə jaketi demək olar, hər şeylə uyğunlaşdırmaq olar - sadə ağ topla, şalvar və uzun romantik ətəklə, hər şey seçilən modeldən asılıdır. Cins jaket rahat, praktik və yüngüldür. Onu həm cins şalvarla, həm də istənilən başqa geyimlə uyğunlaşdırmaq olar. Jaket geyiminizi tamamlayacaq, yay və narın payız yağışından qoruyacaq. Şalvar Bu ilin lideri boyfriends jeans, yəni kişi şalvarı üslubunda olan cinslərdir. Belə cinslərin fasonu kişi cinslərinə maksimal dərəcədə uyğunlaşdırılıb. Adətən düz formada olub, hərəkəti məhdudlaşdırmır, bədən ölçülərini vurğulamır. Belə cinslər, adətən ətəyi qatlanmış formada, bosonojka və nazikdaban tuflilərlə geyilir. Yay istirahətində onları səndəl və sadə topla, payızda isə pencək və batilyonla geyinmək olar.

 

Redakte etdi: PRETTY GIRL



Şərhlər:
Baxılıb: 19406
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınlar.Biz həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz