Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Modapərəstlərin çanta və ayaqqabı vəhdəti
Modapərəstlərin çanta və ayaqqabı vəhdəti
Göndərən: Fialka
Şərhlər: 16
Baxılıb: 1270
Səs ver:
Çanta və ayaqqabının eyni rəngdə olması keçmişdən mənimsənilən dəb aksiomudur. Lakin bu gün əsl modapərəstlər bu qaydanı ciddi-cəhdlə pozmağa çalışır və bundan böyük zövq alır.
Bəs çanta ilə ayaqqabının fərqli rəngdə olması düzgündür?
 
İndi XX və XXI əsrin dəb qaydalarını pozmaq çox normal qəbul edilir. Cəsur qızlar artıq gümüşü və qızılı rəngləri birləşdirməkdən, qışda ağ geyinməkdən, müxtəlif  naxışları uzlaşdırmaqdan qorxmur. Üstəlik, modapərəstlərin ayaqqabı və çanta seçimi yuxarıda qeyd etdiyimiz aksiomu o qədər ciddi-cəhdlə inkar edir ki, o artıq dəb xətası sayılmır.  
 
Modern dəb bloqqerləri eyni rəngli ayaqqabı və çantaları bəyənmədiklərini və bu vəhdətin həddindən artıq düşünülmüş göründüyü ilə əsaslandırır.  
 
Köhnə qaydaların tərəfdarları isə demək olar ki, bütün hallarda eyni rəngdə çanta və ayaqqabı geyinən kraliça II Yelizavetanı nümunə göstərirlər. Amma mühafizəkarlar bu arqumentlərində haqlı deyillər. Birincisi, yarım əsrdən əvvəlki dəb qaydalarını tətbiq etmək bir qədər qəribədir. İkincisi, Britaniya kraliçasını bu və digər geyim tərzinə görə tənqid edirlər.
 
Bununla belə, çanta ilə ayaqqabını eyni rəngdə seçməyi ciddi qəbahət adlandırmaq olmaz.  Dizaynerlərin fikrincə, bu tandem artıq çox dəbli sayılmasa da, onların da yaşamaq hüququ var.
Xüsusilə, hər ikisi neytral rəngdədirsə, bu qayda yolveriləndir. Lakin  yaxşı olardı ki, çalarlar və ya heç olmasa, teksturalar bir-birindən seçilsin.
 
Çanta və ayaqqabı seçimində nəyə fikir vermək lazımdır?
 
*Yaxşı olardı ki, çanta obrazdakı hər hansı bir rənglə uzlaşsın. Yaxud çantanı başqa bir aksessuar: şərf və ya papaqla birləşdirmək olar. Onu qolbaq və ya üzüyün rənginə uyğun  da götürmək olar. Bu zaman ayaqqabının sakit rənglərdə olması vacibdir.  
 
*İndi hətta qəhvəyi ayaqqabı ilə qara çantanı birləşdirmək də dəb xətası sayılmır.
 
*Son vaxtlar eyni rəngli ayaqqabı və çanta seçmək aktual olmasa da, bəziləri bu vəhdəti klassika hesab edir. Məsələn, İrina Şeyk hələ də köhnə qaydaya əməl edir.
 
*Əgər eyni rəngdə ayaqqabı və çantanı birləşdirmək xoşunuza gəlmirsə, bir rəngin müxtəlif çalarları ilə oynamağa çalışın.
 
*Müxtəlif materialdan tikilən,  amma eyni rəngdə olan ayaqqabı və çantanın vəhdəti də çox gözəl görünür.
 
*İddialı qızlar müxtəlif naxışları birləşdirməyi sevir. Həmçinin, eyni naxışlar da maraqlı görünür.
 
*Üstündə həndəsi naxışların bol olduğu çantalar əksər hallarda birrəngli və cəlbedici olmayan ayaqqabı ilə yaxşı görünür.
 
*Neytral rəngli ayaqqabı ilə istənilən çantanı birləşdirmək olar. Bunun əksi də doğrudur: neytral çanta istənilən ayaqqabı ilə yola gedir.

 

 

 

 

 

 

 



Şərhlər: 16
Baxılıb: 1270
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
BR
birin beyendim sadece........
19 aprel 2016 01:22
# 16
vipbetul
daha cox eyni rengleri uyqunlasdirriam bezende uyqunluq yaradiram
13 aprel 2016 02:11
# 15
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
Ela
Eynı reng canta ayaqqabı konbınını sevırem bezende ferqlı renglere kombınlemeyı sevırem bır ıkı kombını beyendım
13 aprel 2016 00:22
# 14
U$aqken ¥edıyım pambıqın dadı qeder aglımdasan.
Miss_Angel
axirdan ikinci ayaqabini daha cox beyendim
12 aprel 2016 22:42
# 13
★ ★ ★☻♥♥ ♬♏Ī$$_ÂИǤЄĿ(¯`G´¯)
.`·.¸.·´
¸.·´¸.·´¨) ¸.·*¨)
(¸.·´ (¸.·´ .·´ ¸¸.·¨¯`·¦¦♬☻♥♥★ ★ ★
S.Heydarova
çanta ilə ayaqqabı eyni rəngdə olmasını xoşlamıram
12 aprel 2016 20:49
# 12
Həyat fırtınanın keçməsini gözləmək deyil,
Yağmurda da yeriyə bilməyi bacarmaqdır..!
Antikvar
Eyni çalarlarda olan ayaqqabı və çantanı seçim edib kombinləşdirməyi məndə sevirəm,bəzəndə əyər o ayaqqabı rənginə hansı çanta daha uyğun gedirsə o tərzdə də istifadə etməyi sevirəm ,məsəl üçün qara ayaqqabı qırmızı çanta yada əksi.Tşklər birinci kombinlə ikinci kombini bəyəndim.
12 aprel 2016 20:43
# 11
Məni mən kimi sevənləri, başımın tacı - qəlbimin sevimlisi edərəm, amma gəlib məndən ikiüzlü olmağımı istəyənlərə tək sözüm"Get ayna qarşısında qalıb özünlə danış ".....
Asya
Zovqlu ve debli geyimlerdi.fonda olan wekildeki ayaqqabini daha cox beyendim.Tewekkurler
12 aprel 2016 20:41
# 10
Dj_Vampir
Sitat: Tomris Müslümova
Bəzən modelyerlər çanta və ayaqqabını həmrəng olmasını modaya zidd olduğunu və belə bir şeyin mümkün olmadığını deyirlər.Amma düzgün edilmiş seçim və doğru uyğunlaşdırılmada heçdə bir durmur.

Eynen duzgun kombinlesdirdikde..Yaxsi alinir..
ele ilk fotodaki cantani sevdim
12 aprel 2016 19:11
# 9
فيرا_Sevgi ən vacib şərtdir..Səcdə etməsəndə olar
Tomris Müslümova
Bəzən modelyerlər çanta və ayaqqabını həmrəng olmasını modaya zidd olduğunu və belə bir şeyin mümkün olmadığını deyirlər.Amma düzgün edilmiş seçim və doğru uyğunlaşdırılmada heçdə bir durmur.
12 aprel 2016 18:07
# 8
9 Milyard insan...9 Milyard ruh...Və içindən yalnız,bir dənəsinə ehtiyac duymaq çox qəribədir heart
ulduz
Hec beyenmedim. Iri avanqart cantalar sevirem
12 aprel 2016 18:04
# 7
sizin 1205
Hamisini beyendim
12 aprel 2016 17:40
# 6
L
___Jasmin___
leopar dəsənli cantanı cox beyendim
12 aprel 2016 17:16
# 5
I remained behind now the mother of 14 spring -Big

Barbaris
men inogda eyni rengli canta ayaqqabi tuturam
12 aprel 2016 16:50
# 4
☆Arxamca danışan insanların xəyallarında imzam var ☆
Arzum_Melek
sevmedim..>!
12 aprel 2016 16:49
# 3
BARBI
Debli kombinlerdi. Eyni reng canta ve ayaqqabini sevmirem
12 aprel 2016 16:45
# 2
Canımı yaktıktan sonra, hiç birşey olmamış gibi helallik isteyenler! Cehennemde yandığınızı görsem üzerinize benzin dökerim... !
lale.veliyeva19
sondan ikinci qəşəng görünür
12 aprel 2016 16:40
# 1
Nur içində yat ürəyim mən qatilini çox sevdim...

İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

(ana səhifəyə gedin.)

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz