loading...
Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Yağış çəkmələri ilə dəbli görünməyin yolları
Yağış çəkmələri ilə dəbli görünməyin yolları
Göndərən: ALESSANDRA
Şərhlər:
Baxılıb: 1270
Səs ver:
Payız gələn kimi yağışlı havalarda geyindiyimiz geyimlər qarderobumuza daxil olur.

Elə buna görə də mövsümün ən çox sevilənlərindən biri yağış çəkmələridir. Yağış çəkmələri bir çox məşhur dəb ikonasının və moda bloggerlərinin ən sevimli ayaqqabılarıdır.

Bu çəkmələri geyinməyə cəsarət etməyənlər də var. Hətta yağış çəkmələri ilə zövqsüz görünəcəyini düşünənlərin sayı az deyil. Bütün bunları nəzərə alaraq, mövsümün ən rahat və lazımlı ayaqqabısı olan yağış çəkmələri ilə şıq görünməyin üsullarından yazmağa qərar verdik.

Bu yazını oxuduqdan sonra yağış çəkmələrini o qədər sevəcəksiniz ki, hətta günəşli havada belə onlardan imtina etməyəcəksiniz.

Etiraf edək ki, yağış çəkmələri ilə şıq kombinlər yaratmaq elə də asan deyil. Ancaq bir neçə qaydaya əməl edərək istədiyiniz nəticəni əldə edə bilərsiniz

1. Yağış çəkmələri ən çox trençkot və şalla yaraşır. Üçünün rəngini uyğunlaşdıra bilsəniz, küçə stilinizlə diqqət çəkməyi bacaracaqsınız.

2.Yağış çəkmələri hər xanımın qarderobunda olan sevimli qara donla əla uyğunlaşır.

3.Yağış çəkmələrini ofis stilinə də uyğunlaşdıra bilərsiniz. Cəsarət tələb edən rəngləri seçin və kombinizi şıq aksessuarlarla zənginləşdirin.

4.Yağışlı havalarda özünüzü passiv və bədbin hiss etmək istəmirsinizsə, rəngli yağış çəkmənizi geyinin və onunla eyni rəngdə olan şalı boynunuza dolayın.

5. Evdən tez-tələsik çıxmalısınızsa, ən asan yolu seçin: cins şalvarınızı və yağış çəkmənizi geyinib çıxın.

6. Adına aldanmayın, yağış çəkməsini ilıq havalarda da geyinə bilərsiniz. Şortla yağış çəkməsinin harmoniyası əla görünəcək.

7. Əgər siz seçiminizi mini ətəkdən yana etmisinizsə, o zaman yağış çəkməsi ilə dizə kimi uzanan corab geyinin. Koftanızın rəngi corablarınızla uyğun olmalıdır. Mümkündürsə, printli koftalar seçin.

 

 

 

 

 

 


Şərhlər:
Baxılıb: 1270
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
loading...

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
loading...
YeniQadin.Biz
Səsvermə
 

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınlar.Biz həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz