Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Daşıdığınız çanta rənglərinin mənasını bilirsinizmi?
Daşıdığınız çanta rənglərinin mənasını bilirsinizmi?
Göndərən: NoName
Şərhlər:
Baxılıb: 2905
Səs ver:
Dizaynerlər bu mövsümdə sakit, yumşaq tonları unutmağı, üslubunuza parlaq və daha qaynar tonları əlavə etməyi tövsiyə edir. Göy qurşağı rənglərində olan çantalar sizi təkcə mövsümün ən dəbli xanımına çevirməyəcək, həm də əhvalınızı qaldıracaq. Mvsümün ən dəbli çantalarını və o rənglərin psixoloji mənalarının təsirini araşdırıb. Beləliklə, mövsümün ən dəbli çantaları...
 
Qırmızı ən çox diqqət çəkən və şəhvətli rəngdir. Ciddi və rəsmi üslubda geyinən xanımlar bir qayda olaraq bu rəngdə çanta gəzdirməyi özlərinə icazə vermirlər. Qırmızı rəngin çalarları aktiv fəaliyyəti qaldırır, stimullaşdırır və eşqbazlığa sövq edir. Qırmızı don geyinmiş, qırmızı pomada çəkmiş, üstəgəl qıpqırmızı çanta gəzdirən qadın ehtiraslı və açıq-aydın eşqbazlığa meylli olduğunu bildirir.
 

 

İncə çəhrayı - İncə çəhrayı romantiklər üçün nəzərdə tutulub. İncə çəhrayı sadəlövh və yelbeyin kimi görünməkdən qorxmayan romantik qızlara çox yaraşır. Xəyalpərəstlik və həyatı ciddi qəbul etməmək insanları özünə cəlb etmək üçün əla keyfiyyətlərdir. Lakin bu çalarların istifadəsində ağ eləməmək və barbi gəlinciyi kimi görünməməyə çalışmaq lazımdır. İncə çəhrayı çantanı eyni çalarlarda olan aksessuarlarla tamamlayın. Qalan geyimləri bej tonlarında seçə bilərsiniz.

 

 

 

 

 Dizaynerlərin bu mövsümdə ən favorit rəngi, ən pozitiv  və enerji saçan rəng - sarıdır. Günəş çalarları - xoşbəxtlik, sevgi və müsbət emosiyalarla assosiasiya edilir. Bir çox ölkələrdə sarı uğur, tərəqqi, firavanlıq rəmzi hesab olunur. Belə ki, sarı rəngli çantanı qarderobunuza çəkinmədən əlavə edə bilərsiniz. Bu rəngi adətən yeni parlaq emosiya və dəyişikliklərin intizarında olan insanlar seçirlər.

 

 

 

 

Mavi - sülh və əminamanlıq deməkdir. Ona görə də bu rəngli çantanı inqilablara can atmayan, əksinə, mühafizəkar ruhlu qızlar daşımağa razı olur. Bu rəng davamlılığı və etibarlılığı ifadə edir. Elə buna görə də ciddi iş görüşlərinə və mühüm danışıqlara gedərkən bu rəngə üstünlük verilməsi məsləhət görülür.

 

 

 

 

 

Sakitləşdirici gücə malik olan yaşılın zəngin çalarları: zümrüd, açıq yaşıl bu mövsüm çox dəbdədir. Bundan əlavə, yaşılın mistik və sehrli mənaları var. Müəmmalı, cazibədar obraz yaratmaq istəyirsinizsə, bu rəngə müraciət edin. Yaşılın yumşaq tonları istənilən cazibəli üsluba uyğun olacaq.

 

 

 

Ağ rəng bir çoxlarının fikrinə zidd olaraq, çox dinamik və aktiv rəngdir. Bu, cavanlıq, təmizlik və məsumluq rəngidir. Ağ - ilk görüş üçün ideal rəngdir. O, diqqət cəlb etməkdə qırmızıdan geri qalmır. Buna baxmayaraq, sizin haqqınızda heç bir əlavə məlumat verməyəcək. Lakin onlar qüsursuz olmalıdır. Çünki ağın çirkə qətiyyən dözümü yoxdur.

 

 



Şərhlər:
Baxılıb: 2905
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınlar.Biz həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz