Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Ayaqqabı seçimində diqqət etməniz gərəkən 10 əhəmiyyətlə qayda
Ayaqqabı seçimində diqqət etməniz gərəkən 10 əhəmiyyətlə qayda
Göndərən: Zeynuş
Şərhlər:
Baxılıb: 1939
Səs ver:
1. Alış-verişə çıxanda çox bəyəndiyiniz bir ayaqqabını rahat olmasa almayın. Sizi bütün günü "daşıyan" ayaqqabılarınıza daha çox əhəmiyyət verin.

2. Bəyəndiyiniz bir ayaqqabının iki tayını da sınayıb sonra almağa qərar verin. Bəzən ayaqqabının bir tayı digərindən kiçik olur və bu da ayaqlarınızın sağlamlığına zərər verir.

3. Ayağınızdakı ən uzun barmaq heç bir zaman ayaqqabının ucuna dəyməməlidir. Əgər dəyirsə, bu o deməkdir ki, ayaqqabı sizin ayaq ölçünüzə uyğun deyil. Unutmayın ki, baş barmaqlar hər zaman uzun olmur.

4. "Geyindikcə genələcək" cümləsinə də aldanmayın. Bəlkə həqiqətən də genəlir,lakin buna nail olmaq həmin dəqiqə mümkün deyildir. Bu isə o deməkdir ki, günlərlə narahat ayaqqabı ilə gəzməli olacaqsız!

5.
Bir ayağınız digərindən az da olsa böyükdür. Ayaqqabı seçimini hər zaman böyük olan ayağa görə edin.

6.
Hər zaman təbii dəridən (keyfiyyətli olması üçün) hazırlanmış ayaqqabıları seçin. Ayaqlarınızın sağlamlığını da nəzərə alın. Keyfiyyətli ayaqqabıların daha uzunömürlü olduğunu unutmayın.

7. Ayağınızın ölçüsünə çox güvənməyin. Markaların qəlibləri bir-birilərindən fərqli ola bilər. Seçiminizi ayaq ölçüsünə görə deyil, ayağınıza uyğun gələn ayaqqabıya görə edin.

8. Alacağınız ayaqqabını müəyyən bir corabla geyinəcəksinizsə, mütləq onu da özünüzlə aparın.

9. "Ucuzdur vardır xəstəliyi, bahadır vardır hikməti" sözünü ağlınızdan çıxarmayın. Daha çox pul verərək aldığınız ayaqqabının həm daxili, həm də xarici dərisi daha keyfiyyətlidir. Buna görə ayaqqabınızı daha uzun müddət istifadə edə bilərsiniz.

10. Mütəxəssislər ideal daban hündürlüyünün 4 sm olduğunu bildiriblər. Bəli, bilirik dəb bu qaydanı heçə sayır, amma siz hər zaman hündürdaban və babet almaqdan qaçın. Mütəxəssislər hündürdaban ayaqqabı ilə yanaşı tez-tez babet geyinməyin ayaqlara zərərli olduğunu söyləyirlər.


Şərhlər:
Baxılıb: 1939
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınlar.Biz həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz