Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Ayaqqabı seçərkən ən çox edilən 6 səhv
Ayaqqabı seçərkən ən çox edilən 6 səhv
Göndərən: PRETTY_GIRL
Şərhlər:
Baxılıb: 5986
Səs ver:
 

Ayaqqabı seçərkən ən sıx edilən 6 səhv
Yüksək dikdaban, yüksək platformalılar… Çox dar ya da çox böyüklər…  Və çox sərt əsaslı olanlar... Qəşəng geyinmək ilə moda hər vaxt bir-birinə qarışdığı üçün ayağın rahat olması hamı/həmişə ikinci planda qalır.  Nəticə; su yığan, dərisi soyulan, döyənək bağlayan və tez-tez burxulan ayaqlar! Üstəlik gecikildiyində problem getdikcə irəliləyərək ciddi sinir sıxışmalarına,  ayaqlarda və barmaqlarda şəkil pozuqluqlarının meydana gəlməsinə və ya artmasına yol aça bilir.Mütəxəssis Prof. Dr. Mətin Türkmən, ayaq sağlamlığını qorumaq üçün ayaqqabı, bot və ya çəkmə seçərkən diqqət yetirilməsi lazım olan nöqtələri izah edir. 
Ayaqqabıda 6 səhvli seçki
1.Önü daralan və ayağı sıxanlar: Ayaqqabılarda ən sıx yaşanan problem, önü daralan və ayağı sıxan dar qəlib, dikdaban ayaqqabılar ya da botlar geyilməsi və bunlarla uzun müddət ayaqda qalınması.  Önü daralan ayaqqabılar barmaqların rahatca hərəkət etməsini maneə törədir. Zamanla barmaqların şəkli pozulur. 
2.Yüksək dikdaban olanlar: Yüksək dikdaban ayaqqabılarda ağırlıq daraq qisiminə keçəcəyi üçün barmaqlara həddindən artıq yük minir və uzun davamlı istifadələr ayaq ilə barmaqlarda şəkil pozuqluqlarına səbəb olur. 
3.Çok yüksək platformalılar: Qadınlar moda olduğu üçün çox yüksək platforma kimi tarazlıq pozan məhsullar istifadə edilə bilir. Ayrıca bu platformaların sərt olanları ayağın qıvrılmasını maneə törədir, şoyu əmmədən digər oynaqlara həddindən artıq təzyiq çatdırır. 
4.Tamamən topuqsuz olanlar: Xüsusilə gənclərin çox sıx seçdikləri tamamilə topuqsuz və həddindən artıq yumşaq, ümumiyyətlə bez və ya süet olan ayaqqabı ilə çəkmələr də təhlükəli. Çünki ayağı heç tutmayan, iç döşəməni heç dəstəkləməyən bu ayaqqabılar içə basmağa meylli olanlarda bu vəziyyətin daha da pisləşməsinə səbəb ola bilir.  
5.Bir nömrə böyüklər:  Dikdaban ayaqqabı ya da bot seçərkən incə qəlibli məhsulların böyük nömrələrini almaq böyük bir səhv. Çünki ayaq önə gedincə ayaqqabı öndən  vurur, arxadan boşluq qalır və topuq gedərkən hərəkət edir. Bunun nəticəsində ayaqqabılar sürtür və yara edir. 
6.Çok sərt dərilər - sərt laklı olanlar: Lazımlı əsnəmə və yumşalma olmadığı üçün ayağın funksiyalarını pozur.
İDEAL BİR AYAQQABI NECƏ OLMALI?  
Ortopedi və Travmatoloji Mütəxəssisi Prof. Dr. Mətin Türkmən, ayaq sağlamlığınız üçün ideal bir ayaqqabının xüsusiyyətlərini belə sıraladı: 
•Ayağın şəklinə uyğun olmalı və tam oturmalı.  Ayaq üç ölçülü olduğu üçün ayaqqabının yalnız boydan uyğun gəlməsi çatmaz, eni və yüksəkliyi də uyğun gəlməli. Ayağı yaxşı qavramalı və xüsusilə bilək qisimi yaxşı tutmalı. 
•Ayağı daraqlı olanlar daha geniş qəlibli ayaqqabılar istifadə etməli, incə ayaqlı qadınlar isə  incə qəlibli olanları geyməli.
•Ayağı dəstəkləyən bir iç döşəmə və şoyu əmən, doğru nöqtələrdə əsnəyən bir xarici döşəməsi olmalı. 
•Ayaqqabının önü və yanları dar olmamalı, barmaqlar yanlardan və üstdən rahatlamalı.
•İçi xarici dəri olmalı. Bu cür ayaqqabılar həm nəfəs aldığı üçün tərlətməz, həm də ayağın şəklinə daha asan uyğunlaşma təmin edərlər. 
•Dərinin cinsi də əhəmiyyətli. Həssas dəriyə sahib, sümük quruluşu diqqətə çarpan və çıxıntılı olanlar ilə diyabet xəstələri yumşaq dəriləri geyməli.
•Ayaqqabı döşəməsinin xarici qisimi kifayət qədər geniş  olmalı. Xüsusilə tarazlıq və burxulma problemi olan qadınlar geniş, topuq qisimi daralmayan ayaqqabılar seçməli. 
•Çox sərt dəri və sərt laklı yerinə,  ayağın şəklini daha yaxşı alan süet və nubuk dərilər  seçməli. 

Tərcümə və Redakte etdi: PRETTY_GİRL



Şərhlər:
Baxılıb: 5986
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınlar.Biz həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz