Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Müxtəlif ölkələrdə dəbdə olan zinət əşyaları
Müxtəlif ölkələrdə dəbdə olan zinət əşyaları
Göndərən: Fialka
Şərhlər: 13
Baxılıb: 857
Bölmə: Moda » Aksesuarlar
Səs ver:
Elə xanım yoxdur ki,  qızıl-zinət əşyalarını bəyənməsin, daş-qaşın parıltısından təsirlənməsin. Dünyanın harasında olursa-olsun, qadınlar aksessuarların qarşısında acizdir.
 
İspaniya
Şəhərdə parlaq rənglər və ziddiyyət çox olmasına baxmayaraq, İspaniya sakinləri bərbəzəklərdə daha çox minimalizmə üstünlük verir. İspan modapərəstləri koloritli detallara, iri sırğalar və ya boyunbağılara yalnız xüsusi hallarda müraciət edir.
 
İspaniyalı qızların obrazlarında əsas zərgərlik trendi çoxqatlı boyunbağılardır. Dəbli qızların boyunlarını dekorativ asmalı uzun zəncirlər bəzəyir.
 
Onların obrazının digər mühüm elementi isə böyük boyunbağılardır. Onları həm gündəlik obrazlarda, həm də gecə tədbirlərində görmək olar. Şirin və qeyri-adi kulonlar da müasir ispan qızlarının üslubunun əsas elementlərindən biridir.
 
Almaniya
Minimalizm və ciddilik alman qızlarının üslubuna xas olan əsas cəhətdir. Buna baxmayaraq, əsl modapərəstlər xırda detallara böyük diqqət yetirirlər. Qeyri-adi həndəsi formalı bəzək əşyalarına, müxtəlif ornamentlərlə işlənmiş qolbaq və sırğalara bu ölkənin dəbli qızları biganə qalmır. Bakıdan fərqli olaraq, Almaniyanın müxtəlif şəhərlərində gündəlik həyatda zinət əşyalarından, təmtəraqlı aksessuarlardan istifadə edən qızlara çətin ki, rast gələsiniz. Yox, əgər hər hansı alman qızı bərbəzək taxmaq qərarına gəlibsə, onlar aksessuarların geyimlə uyğunluğuna xüsusi diqqət edəcək. Bir sözlə, obraz xırdalıqlarına qədər düşünülmüş olacaq. Yeri gəlmişkən onu da qeyd edək ki, alman qızları hər şeydən əvvəl paltarların rahatlığına və əlverişli olmasına diqqət edirlər.
 
İtaliya
İtaliya əbəs yerə moda dünyasının mərkəzlərindən biri sayılmır. Məhz bu ölkədə dünyanın bir çox aparıcı geyim brendləri yaradılıb. İtaliyalı qadınlar xüsusi gözəlliyi və üslubu ilə həmişə fərqlənib. Şübhəsiz ki, bəzək əşyaları onların qarderobunun vacib elementidir.
 
Bütün barmaqları bəzəyən çoxlu sayda müxtəlif üzüklər italyan modapərəstləri arasında geniş yayılmış trenddir. Üzüklərin vəhdəti və sayı tamamilə müxtəlif ola bilər: nə qədər çox üzük olsa, bir o qədər yaxşıdır. İtalyan xanımları təbii gözəlliyini vurğulamaq və ya parlaq obraz yaratmaq üçün tez-tez iri sırğalara da üstünlük verirlər.
 
Azərbaycan
Azərbaycan xanımları əsl qızıl hərisidir. Məsələn, bahalı materialdan hazırlanmış zinət əşyaları, adətən, şənliklərə, qonaqlıqlara, gecə tədbirlərinə taxılır.  Bakılı xanımlar isə zinət əşyalarından gündüz də ayrılmaq istəmir. Dolayısı ilə gözəl görünmək eşqi bayağılıqla nəticələnir.
 
Qeyd edək ki, Azərbaycanlı modapərəstlər arasında açar, mələk, eləcə  də, öz adı yazılmış kulonlar çox məşhurdur.
 
ABŞ
Amerikadakı müxtəliflik və imkanlar, o cümlədən saysız brendlərin fəaliyyət göstərməsi modapərəstləri dəb tendensiyalarını sürətlə dəyişməyə vadar edir. Trendlərə əməl etməyənlər isə özündən yeni maraqlı variantlar fikirləşib tapır. Məsələn, bir neçə ildir ki, amerikalı modapərəstlər zəncir boyunbağıları qara və digər rəngdə paraçadan tikilmiş xaltalarla əvəz edib. Belə detallar obrazı daha cəlbedici və maraqlı edir. Artıq bir çox dünya ulduzları da bu trendə böyük məmnuniyyətlə əməl edir. Üstəlik, stilistlər xalta boyunbağıları həm gündəlik, həm də ən əhəmiyyətli tədbirlərə taxmağa icazə verirlər.
 
İngiltərə
Ən cəsarətli dəb eksperimentləri ingiltərəli stil ikonalarına aiddir. Üz quruluşuna yaraşan qeyri-adi və maraqlı sırğalar, bəzək əşyaları, müxtəlif boyunbağı və kulonlar  britaniyalı modapərəstlərin seçimləri arasında çoxluq təşkil edir. Həmçinin 90-cı illərin vintaj bəzək əşyaları britaniyalı gözəllərin qarderobunun bir hissəsini təşkil edir.
 
Müasir aksessuarlar da mühüm trenddir. İşıqların təsiri ilə rəngini dəyişən rəngli daşlar və ya bəzək əşyaları əhval-ruhiyyəni qaldırır. Digər maraqlı variant barmaqları bəzəyən üzüklər ola bilər.
 
Rusiya
Rusiyalı xanımların stilinə nəzər salıb əminliklə demək olar ki, onlar Moskvaya da dəb paytaxtı statusu qazandırmaq niyyətindədir. Bu yolda çox iddialı olan rus qadınlarını fərqləndirən əsas cəhət sadəliyə üstünlük vermələridir. Rus gözəlləri, adətən, zərif  sırğa, saat və nazik boyunbağı ilə kifayətlənirlər. Ayaq zəncirləri də rus xanımların obrazını effektli göstərən vacib detaldır.

 

 

 

 

 

 

 

 

 

 

 

 

 



Şərhlər: 13
Baxılıb: 857
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
roksi1995
xeber oxudum nişan üzüyüm yadima düşdü barmağıma baxdim yoxdur dusurmmusem deye sok oldum amma yaxsiki tapdim xeberin mene xeyri oldu üzüyümü itirdiyimi gec bilseydim belke tapada bilmezdim
30 aprel 2016 19:19
# 13
ozunu hec kimden ustun tutma!!!
unutma aftafa qizildanda olsa yeri tualetdir
Marta
Demek olarki qizil bahali das qasla hec ama hec aram yoxdu hamsi qalib qutusunda taxmiram.sevmirem abartini. Geyimime uygun sade ve zovqlu bezek esyasi istifade edirem. Geyime uydu uymadi bes kq boyuna, uc kq qulaga hele elleri demirem on barmagin onunda doldurub uzukle cole cixan xanimlari da anlamiram))))
29 aprel 2016 21:27
# 12
Немного терпения, и у тебя все получится..
Tomris Müslümova
Hər ölkə özünə aidliyi ilə hər şeyində seçilir.İsət mədəniyyəti,istər yeməyi.Eləcədə dəbi.Maraqlı oldu oxumaq.Göstərilən nümunələr ilə zövqlü seçimlərdir.
29 aprel 2016 12:39
# 11
9 Milyard insan...9 Milyard ruh...Və içindən yalnız,bir dənəsinə ehtiyac duymaq çox qəribədir heart
Miss_Angel
ikinci wekildeki uzu sep kimi salanma ucunda urek olan sirgalari beyendim ele bir wey gormuwem inwallah alacam ozume cox beyenirem ele sirgalar
28 aprel 2016 22:30
# 10
★ ★ ★☻♥♥ ♬♏Ī$$_ÂИǤЄĿ(¯`G´¯)
.`·.¸.·´
¸.·´¸.·´¨) ¸.·*¨)
(¸.·´ (¸.·´ .·´ ¸¸.·¨¯`·¦¦♬☻♥♥★ ★ ★
vipbetul
sadeliyi daha cox sevirem hemcinin aksesuarda isdifade etdikde sade aksesuarlardan isdifade edirem
28 aprel 2016 22:21
# 9
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
Nur Melikzade
Aksessuar taxmaqi cooox sevirem. Zinet ewyalarini taxmaqida sevirem ama yerine gore.

Aksessuar taxmaqi cooox sevirem. Zinet ewyalarini taxmaqida sevirem ama yerine gore.
28 aprel 2016 22:12
# 8
İmza
Lola_Maya_
Diqqət! Sizdə gizli mətnin baxışı üçün hüquq yoxdur.
28 aprel 2016 22:11
# 7
BARBI
Azerbaycanda aksesuar zowqu yoxdur. Her yerlerine ziynet esyalarini taxib doldururlar. Cox pis goruntudur
28 aprel 2016 22:00
# 6
Canımı yaktıktan sonra, hiç birşey olmamış gibi helallik isteyenler! Cehennemde yandığınızı görsem üzerinize benzin dökerim... !
narmiwka_15
men aksesuar sevirem ama qizili hec sevmiremde
28 aprel 2016 21:49
# 5
Be Happy))
ulduz
men aksesuarlari sevirem yerine gorede taxiram
28 aprel 2016 21:34
# 4
Barbaris
mende cox ziynet ewyalari taxmagi sevmirem nazik seplere qolbaqlara ustunluk verirem
28 aprel 2016 21:32
# 3
☆Arxamca danışan insanların xəyallarında imzam var ☆
YalniZ-ArZu
Aksesuarlardan isdifade edirem.twk.
28 aprel 2016 21:31
# 2
Bilgeye sormuwlar."Insan nasil sabreder?"Demiw ki:Unutursun sabredersin,Bu en GUZELIDIR.Kabul edersin sabredersin,Bu en DOGRUSUDUR.Vazgecersin sabredersin,Bu en ZORUDUR.Bir de iwini ALLAHA havale eder sabredersin.Iwte bu en YUCESIDIR...
Canavar sevgisi
Menim boynumda bir boyunbagi var fso. O da anamnan atam alib uniye girende ona gore fso. Cox sey taxmagi sevmirem. Uzuy taxiram bir de herden
28 aprel 2016 21:28
# 1
๓๓๓☜ Ruhumuz QARABAGLIDIR ☞๓๓๓
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

(ana səhifəyə gedin.)

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz