Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Qadının ən bahalı həzzi
Qadının ən bahalı həzzi
Göndərən: ALESSANDRA
Şərhlər: 25
Baxılıb: 1103
Bölmə: Moda » Aksesuarlar
Səs ver:
Qiymətli daş-qaşlardakı cazibə insanın xəyal gücünü işə salıb onun haqqında düşünməyə, yuxu və rahatlığını itirməyə, hətta insanları onların qarşısında pərəstiş etməyə vadar edir.
 
Zərgərlik nümunələri incə və ya böyük olmasından asılı olmayaraq, diqqəti cəlb edir...  
 
Ən qiymətli zərgərlik məmulatları bir qayda olaraq, almazdan hazırlanıb. Zinət əşyasının dəyərini onun nə qədər parlaq və nə qədər böyük olması müəyyən edir. Belə ki, onun ölçü və çəkisi artdıqca dəyəri də qalxır. Buna görə də, bahalı daş-qaşlar qadınların ən bahalı həzzi adlanır. Bundan başqa, ən dəyərli zərgərlik məmulatlarının zəngin tarixi onlara olan marağı daha da artırır.

1. "Graff Pink” brilyantının dəyəri  46.2 milyon dollardır.
Çəkisi 24,78 karat olan çox nadir çəhrayı brilyantın tarixi haqqında məlumat çox azdır. Brilyantı Amerikanın məşhur zərgəri Harri Uinston şəxsi kolleksiyası üçün əldə edib, sonra isə onu başqa bir kolleksiyaçı və zərgər Lorens Qrafa satıb. O, bu daş üçün külli miqdarda sərvətindən keçməli olmuşdu.
 


2. Brilyant bikini 30 milyon dollar qiymətinə görə siyahıda ikincidir.
2006-cı ildə supermodel Molli Sims bu heyrətamiz çimərlik paltarında podiuma çıxmışdı. Bikini həmçinin, çəkisi 150 karat olan platindən  hazırlanıb. Onun müəllifi isə "Steinmetz Diamonds”in dizayneri Syuzan Rozendir.
 

 
3.  "Wittelsbach-Graff” brilyantı, 24,3 milyon dollar
Bu heyrətamiz daşın maraqlı tarixi var. Deyilənə görə, hind krallığı Qolkolda tapılan brilyantı ispan kralı IV Filipp öz qızına cehiz hədiyyəsi olaraq alıb. Şayiələrə əsasən, brilyant Qabsburq, daha sonra isə Vittelsbax ailəsinə keçib. 2008-ci ildə onu Lorens Qraff alıb və üç hissəyə bölüb. Nəticədə, mavi brilyantın çəkisi 4 karat olub.
 

 
4. Dünyanın ideal çəhrayı brilyantı 23,2 milyon dollarıdır.
Brilyant - bahalı həzdir, rəngli variantları isə daha da bahalıdır. "Perfect Pink” öz adını ideal çəhrayı rənginə görə alıb. Daşın çəkisi 14,23 karatdır, hər iki tərəfinə qoyulmuş brilyant daşların hər biri müvafiq olaraq, 1,73 və 1,67 karatdır. Daşların gözəlliyini daha da vurğulamaq üçün üzüyün çərçivəsi 18 karatlıq çəhrayı və ağ qızıldan düzəldilib.
 

 
5. "Okean ürəyi" kulonu  20 milyon dollar dəyərindədir.
Şübhəsiz, bu kulon dünyada ən çox tanınmış zinət əşyalarından biri sayılır. "Okean ürəyi”nin tanınmasında  "Titanik" filminin böyük payı olub. Bu kulon filmin əsas qəhrəmanı Rozanın boynunu bəzəyirdi. Yeri gəlmişkən, qeyd edək ki, çəkilişlər zamanı kulonun  əsli deyil, imitasiyasından istifadə olunub. 15 karatlıq mavi brilyant  tanınmış zərgər Harri Uinstonun əl işidir. Üstəlik, Oskar təqdimetmə mərasiminə taxılmış ən bahalı zinət əşyasıdır. Qeyd etmək lazımdır ki, kulonun surətləri belə, hərraclarda 3,5 milyon dollara satılır.
 

 
6. Mavi brilyant daşla işlənmiş üzük "Chopard”  istehsalıdır. Onun dəyəri 16,26 milyon dollardır.
Mavi brilyant daş çox nadir hallarda tapılır. "Chopard” istehsalı olan bu üzük isə yaxşıların yaxşısıdır! Oval, mavi rəngli qiymətli daşın çəkisi 9 karatdır.  Mavi daşın hər iki tərəfinə iki böyük ağ brilyant qoyulub. Üzüyün çərçivəsi 18 karatlıq ağ qızılla tərtib olunub.
 

 
7. "Bvlgari” istehsalı olan mavi brilyant daşlı üzüyün dəyəri 15,7 milyon dollardır.
"Bvlgari” istehsalı olan bu üzük bir neçə xüsusiyyətinə görə nadir sayılır. Birincisi, bu üçbucaqlı daşların biri - mavi brilyant 10.95 karat ağırlığındadır,  ikincisi, digər üçbucaqlı brilyant daşın çəkisi 9.87 karatdır.  Üçüncüsü, bəzək əşyası dünyanın ən iri zərgərlik şirkəti tərəfindən hazırlanıb. Və nəhayət, Amerika Gemmoloq İnstitutunun hesabatında üzüyün çəkisi, rəngi, saflığı və daşların təmizliyi təsdiq olunub. Onun qiyməti də bu xüsusiyyətlərinə görə müəyyən olunub.
 

 
8. Yaqut və brilyant daşlarla işlənmiş boyunbağı "Heart of the Kingdom” adlanır. Onun qiyməti  14 milyon dollardır.
Ən qədim və hörmətli zərgərlik şirkətlərindən biri "Garrard” istehsalı olan boyunbağının dəyəri 14 milyon dollardır. Boyunbağının ortasındakı böyük ürək şəklində olan yaqut onu asanlıqla taca da çevirə bilir. Zinət əşyasının üstündəki brilyantlar 155 karatdır. 40, 63 karatlıq əsl birman yaqutu çox nadir daşlar kateqoriyasına aiddir və İsveçrə sertifikatı ilə təltif olunub.
 

 
9. Zümrüd və brilyantlarla işlənmiş tacın qiyməti 12,7 milyon dollardır.
Zümrüd və brilyantlarla işlənmiş tac bir vaxtlar şahzadə Katarina Henkel fon Donnesmarka məxsus olub. Deyirlər, ona qədər tacı o dövrün tanınmış dəb qanunvericisi və Napoleon III Yevgeninin həyat yoldaşı taxıb. Tac mirvari formasında olan 500 karatlıq 11 Kolumbiya zümrüdlərindən ibarətdir.
 

 
10. Hersoginya Uollis Simpsonun pantera qolbağı  12,4 milyon dollara satılıb.
Pantera fiquru şəklində qolbaq oniks və brilyant qaşlarla 1952-də məşhur "Cartier” firması tərəfindən hazırlanıb. Bu zinət əşyası  zərifliyi və incə zövqü ilə tanınan hersoginya Uollis Simpsona məxsus idi. Hersoginyaya qolbağı taxt-tacdan imtina edən İngiltərə kralı VIII Eduard məhəbbət əlaməti olaraq hədiyyə etmişdi. 2010-ci ildə "Sotheby's” hərracında 19,5 santimetr uzunluğunda olan qolbağı anonim alıcı əldə edib. Anonim alıcı qolbağı əldə etmək üçün onun əsl dəyərindən düz üç dəfə çox pul verməli olmuşdu. Şayiələr gəzir ki, həmin anonim alıcı Uollis və Eduardın böyük məhəbbətindən bəhs edən filmdə çəkilən Madonna olub.



Şərhlər: 25
Baxılıb: 1103
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
BR
ayy ne gozel superdi
6 aprel 2016 22:56
# 25
zezema
3. "Wittelsbach-Graff” brilyantı, 24,3 milyon dollar
o rəngi çox sevirəm.
ərimə deyim axşam işdən gələndə alsın ))))))))))))))))))
prosta evvel gedib milli bankı soymalı olacaq)))))))
5 aprel 2016 18:48
# 24
Bir hissimi itirmishem - TEECCUBLENMEK
___Jasmin___
taci daha cox beyendim superdiiler
5 aprel 2016 17:11
# 23
I remained behind now the mother of 14 spring -Big

sizin 1205
Bizlik deyil bu qiymetler
5 aprel 2016 15:54
# 22
L
lale.veliyeva19
wowwww superdilər həqiqətən
5 aprel 2016 15:16
# 21
Nur içində yat ürəyim mən qatilini çox sevdim...

S.Heydarova
Əla gözəl bəyəndim)
5 aprel 2016 10:13
# 20
Həyat fırtınanın keçməsini gözləmək deyil,
Yağmurda da yeriyə bilməyi bacarmaqdır..!
Gulka❀
Titanic boyunbagisi superdi. Almaga deyer
5 aprel 2016 09:07
# 19
vipbetul
bezileri yaxsidi
5 aprel 2016 01:15
# 18
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
Lola_Maya_
Diqqət! Sizdə gizli mətnin baxışı üçün hüquq yoxdur.
5 aprel 2016 01:06
# 17
14MsM
Sonda ikinci cox beyendim
5 aprel 2016 00:09
# 16
Miss_Angel
qirmizi ve goy dawli olani cox beynirem
4 aprel 2016 22:36
# 15
★ ★ ★☻♥♥ ♬♏Ī$$_ÂИǤЄĿ(¯`G´¯)
.`·.¸.·´
¸.·´¸.·´¨) ¸.·*¨)
(¸.·´ (¸.·´ .·´ ¸¸.·¨¯`·¦¦♬☻♥♥★ ★ ★
Asya
Bele daw qawi cox sevmirem.Ama birini beyendim.okean ureyi klonu.onu cox beyendim..
4 aprel 2016 22:25
# 14
ulduz
Iri Das qas menlik deyil. Amma zumrud rengini cox sevirem
4 aprel 2016 22:24
# 13
Marta
Bele das qas, iri bezek esyalari hec mene gore deyil... beyenenler ucun yaxsidir.
4 aprel 2016 22:17
# 12
Немного терпения, и у тебя все получится..
Ekizlerin mamasi
Bu qədər daş qaşı heç sevmirəm. Sadə olsun o daha gözəl olur
4 aprel 2016 22:15
# 11
Xosbextlik-ezizlerimin ehatesinde,yoldasimin yaninda,ekizlerimle kecirdiyim gunlerdi.
Miss_Oxatan
Sece bilmedim hamisi qewengdir ancaq men zumrudu bir bawqa sevirem de
4 aprel 2016 21:51
# 10
İlan hər nə qədər ürpəndiyim və sevmədiyim canlı olsa da,ancaq,ikimizin,yəni ilanla mənim bir oxşar cəhətimiz var,"Dəymə mənə,dəyməyim sənə!" yayMiss_Oxatan♐
cindirella
bayildim nece gozeldi adamin gozunu qamasdirir cox twk
4 aprel 2016 21:36
# 9
tenha cicek
hamisina bayilddim men olurem de briyyatlardan otru
4 aprel 2016 21:32
# 8
Bir heyatim var adi ''MEN'' menasi ''SEN''
ayka95
Bele das qaslari hec sevmirem
4 aprel 2016 21:29
# 7
leyli
qeweydilereee
4 aprel 2016 21:20
# 6
her kesi mutlu etmeye calismayi birak. Sen cikolata digilsin
Fi-Ra
Belə zinət əşyasını taxıb gəzsəm qorxudan ölərəm)))) Bunları taxmaq istəyənin gərək yanında qoruyucusu olsun))))
4 aprel 2016 21:10
# 5
Yeni bir başlanğıc etdiyimiz ən böyük səhvdən sonra başlayır!
Antikvar
5.Okean ürəyi olan boyunbağ digərlərinə nisbətən görünüşü yaxşıdı,amma belə daş qaşları heç sevmirəm(yoldaşıma deyirəm bu problemdə bəxtin gətirib:)

Sonuncu ilan qolbağından subaylıqda məndə də eynisi varıydı amma təbii yoxda sahtesi:))Heç sevməsəmdə ,yəni aralarındakı boşluq ətimi dişləyirdi)))bu səbəbdən atdım getdi)
Oxumaq maraqlı oldu,təşəkkürlər.
4 aprel 2016 21:10
# 4
Məni mən kimi sevənləri, başımın tacı - qəlbimin sevimlisi edərəm, amma gəlib məndən ikiüzlü olmağımı istəyənlərə tək sözüm"Get ayna qarşısında qalıb özünlə danış ".....
Tomris Müslümova
Tacı çox bəyəndim.Rəngi və işləməsi möhtəşəmdir.Bir zərif cinsin nümayəndəsi olaraq mən belə şeylərin düşkünü deyiləm.Yeri gəlsə buna bənzərlərinə əlim çatarda.Amma mən daha çox ucuz şeydən yaranan zövqlülüyə qaçıram.Ən əsası zövqlü olsun amma bədxərclik olmasın.
Çox gözəldilər çox bəyəndim.
4 aprel 2016 21:06
# 3
9 Milyard insan...9 Milyard ruh...Və içindən yalnız,bir dənəsinə ehtiyac duymaq çox qəribədir heart
BARBI
Bayildim. Cox zerif ve zowqlu modellerdi. Bu qeder pul vermek olar
4 aprel 2016 21:03
# 2
Canımı yaktıktan sonra, hiç birşey olmamış gibi helallik isteyenler! Cehennemde yandığınızı görsem üzerinize benzin dökerim... !
narmiwka_15
men wexsen bele weyleri hec sevmiremde
4 aprel 2016 21:01
# 1
Be Happy))
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

(ana səhifəyə gedin.)

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz