Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Türk gözəllərinin əvəzolunmaz bəzəyi
Türk gözəllərinin əvəzolunmaz bəzəyi
Göndərən: ALESSANDRA
Şərhlər: 17
Baxılıb: 989
Bölmə: Moda » Aksesuarlar
Səs ver:
Milli geyimlər ölkənin maddi mədəniyyəti, xalqa xas olan xüsusiyyətləri özündə əks etdirir. Onlar xalqın sarsılmaz etnik nişanələrinə aiddir. Millətin etnik, tarixi, xalq yaradıcılığının bədii xüsusiyyətləri  milli geyimlərlə yanaşı, bəzək əşyalarında da öz əksini tapır.
 
Xüsusilə, Osmanlı imperiyasının mövcud olduğu dövrlər Türkiyə tarixinə qızıl hərflərlə yazılıb. Bu, türk mədəniyyəti, o cümlədən, dəb sahəsi üçün mühüm mərhələ olub. O dövrün geyimləri hər zaman böyük maraqla qarşılanıb. Təsadüfi deyil ki, Türkiyənin adı adətən, şərq motivləri, ipək parça üzərində işlənən bədii tikmə sənəti və daş-qaşlarla assosiasiya olunur.
 
Yeri gəlmişkən, zinət əşyaları Osmanlı tarixindən bəhs edən "Möhtəşəm 100 il” serialının qəhrəmanlarının obrazında da xüsusi rol oynayıb. Onların hər birini ayrı-ayrılıqda əsl incəsənət əsəri adlandırmaq olar. Hazırda imperiya xəzinəsi kolleksiyasında sərgilənən eksponatlar, seçmə nümunələr olmaqla, əsasən qızıl və digər qiymətli materiallardan hazırlanmış nadir zərgərlik nümunələrindən ibarətdir. Nadir qiymətli daş-qaşlar, zümrüd və brilyantlarla bəzədilmiş zərgərlik nümunələri kolleksiyanın tərkib hissəsidir.
 
İlk növbədə, sultanların  imicində böyük rol oynayan inanılmaz dərəcədə gözəl taclar, saç aksessuarları və digər baş geyimləri haqqında danışmaq istərdik.
Baş geyimlərinin geniş yayılmış növlərindən biri də təbii ki, taclar idi. Taclar tarixən Osmanlı imperiyası dövründə hərəmxana qızlarının obrazının ayrılmaz hissəsi idi.
Tacları böyük hökmdarların və imperatorların, kral və kraliçaların ən mühüm aksessuarı adlandıra bilərik. Çox az insana nəsib olan, kraliça, sultan və şahzadələrin daşıdıqları bu baş geyimi bu gün də dünyanın ən bahalı aksessuarı hesab olunur. Taclar çox özəl və qiymətli qaşlarla, brilyantlarla bəzədilən zinət əşyalarından daha qiymətlidir.
 
Osmanlı  sultanlarının baş geyimləri  gözəlliyinə və rəngarəngliyinə görə olduqca cəlbedici və maraqlı idi. Bura ipək kəlağayılar, ləçək, örpək  və s. daxil idi. Qeyd etmək lazımdır ki, tacları həm tül fata, həm də fatasız taxmaq olardı.
Türk sultanlarının baş geyimləri digər ölkələrin taclarından xeyli fərqlənirdi. Belə ki, türk sultanları saçlarını çələng formasında aksessuarlarla bəzəməyi daha çox sevirdi. Sözsüz, onların üzü bahalı daş-qaşla işlənmişdi. Əgər özünüzü həqiqi şərq gözəli kimi hiss etmək istəyirsinizsə, özünüzə bir cüt belə saç bəzəyi alın.
 
Bu serialda gördüyümüz bəzək əşyaları müasir dəbə təsirsiz ötüşməyib. Unutmaq lazım deyil ki, müasir moda ilham mənbəyini çox vaxt şərqdə tapır. Belə ki, bir çox zərgər və bəzək əşyalarının satışı ilə məşğul olan şirkətlər sultanların obrazına bəzək qatan saç aksessuarlarının surətini istehsal etməyə başladı. "Möhtəşəm 100 il”  serialından ilhamlanan istehsalçıların Osmanlı dövrü üslubunda hazırladıqları bəzək əşyalarını modapərəstlər böyük məmnuniyyətlə qəbul etdi. Əlbəttə, onlar gündəlik  istifadə üçün uyğun deyil. Bugünkü reallıq da üzərimizdə belə təmtərağı daşımağa imkan vermir. Lakin siz axşam tədbirinə və toya hazırlaşırsınızsa, bu dəbdəbəni özünüzə rəva görə bilərsiniz. Əmin olun ki, Osmanlı üslubunu özündə əks etdirən zinət və bəzək əşyalarında siz diqqətdən kənar qalmayacaqsınız.
 
Serialın qəhrəmanları öz prototipləri  kimi, bəzək məsələsində xeyli səxavətli davranıb. Onların bərbəzəyi saç aksessuarları ilə məhdudlaşmırdı. Qiymətli daş-qaş sultanların sahib olduğu statusu vurğuladığı üçün təmtəraqlı boyunbağılar, üzük, kəmər və sırğalar onların obrazından əskik olmurdu. Saray qızları boyunbağı, üzük və sırğaları həvəslə taxırdı. Qızların boyunbağıları kifayət qədər rəngarəng idi. Bu sapa düzülmüş mirvari boyunbağı, zümrüd, firuzə, sapfir, yaqut qaşlı kolye də ola bilərdi. Sultanların mücrüsünün ən qiymətli daşı isə sözsüz ki, mirvarilər idi.  
Serialın qəhrəmanlarının sırğaları da böyük olması ilə xarakterik idi. Qiymətli metal və daşlardan düzəldilmiş bəzək güclü  təsir bağışlayırdı.
 
Əlbəttə, üzüklər diqqətdən yayına bilməz. Hürrəm Sultan üzüklərə qarşı çox həssas idi. Onun bir-birindən gözəl iri qaşlı üzükləri vardı. Bu cür üzüklər bəzək funksiyasını yerinə yetirməklə yanaşı, sultan statusunun rəmzi sayılırdı. Sultan Süleyman üzüyü Hürrəm Sultana sevgi, sədaqət və hörmət əlaməti olaraq bağışlamışdı. Sultanın özü də həmişə tək qaş üzük taxardı. Bir qayda olaraq, həmin üzüyün qaşı nadir daşdan, həm də bir ədəd düzəldilirdi. Belə bəzək əşyaları böyük əhəmiyyət kəsb edirdi.
Belə üzüklər indiyə qədər həm mənəvi, həm də nadir olmasına görə, bütün zinət əşyalarından daha dəyərli hesab olunur. Yeri gəlmişkən qeyd edək ki, Türkiyənin Ləl-cəvahirat İxracatçıları Birliyinin rəhbəri Ayxan Güner Hürrem Sultanı canlandıran aktrisanın istifadə etdiyi yaşıl qaşlı üzüyün 1 milyondan çox satıldığını bildirmişdi.
Türk gözəllərindən nümunə alaraq siz də iri formalı üzük taxa bilərsiniz. Lakin yadda saxlayın ki, iri qaşlı üzük taxdıqda digər aksessuarlardan istifadə etməmək daha yaxşıdır.
 
Xüsusi vurğulamaq lazımdır ki, ləl-cəvahiratlar sultan qızların cehizində önəmli yer tutardı. Evlənərkən bir padşah qızına bir almaz klon, almaz bilərzik, bir dəst zümrüd qaşlı sırğa hədiyyə edər, qıza daş-qaşla bəzədilmiş ayaqqabı geyindirilərdi. Sultan II Mahmudun qızı Mihrimah sultan evlənəndə cehizində bahalı və qiymətli daş-qaşla dolu qutular olubmuş. Sultan Əbdülməcidin qızı Münirə Sultan evlənəndə cehizindəki çox dəyərli tək qaş brilyant üzük və salxım formalı zümrüd qaşlı sırğası diqqət çəkmişdi.
 
Bu gün istehsalçılar bahalı zinət əşyaları ala bilməyən təbəqə üçün onların eynisinin ucuz variantlarını istehsal edirlər. Məsələn, dəyərli mirvarini sünisi ilə əvəz etmək olar. Bu cür bəzək əşyalarını klassik qara don, yaxud şərq üslubunda tikilmiş paltarla geyinmək olar.
 
Osmanlı dövrünün  gözəlləri, əsasən tünd çalarlı zinət əşyalarına üstünlük verirdi. Bu rənglər qəhrəmanların geyimləri ilə gözəl ansambl yaradırdı. Burada stilistlərin zəhməti də böyükdür. Aydın görünür ki, stilistlər hər bir obraz üzərində əməlli-başlı baş sındırıblar.

 

 

 

 

 

 

 

 

 

 

 



Şərhlər: 17
Baxılıb: 989
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
Totu
Hamisi qewengdi
3 aprel 2016 13:33
# 17
Hər şeyi bilməniz önəmli deyil,Önəmli olan həddinizi bilmənizdi...
nanaska00
hamisi bir birinden gozel
31 mart 2016 20:50
# 16
Qulaqcığı taxdıqdan sonra
-həyat offline
-xəyallar online
roksi1995
cox gozel gorsenirler
27 mart 2016 18:34
# 15
ozunu hec kimden ustun tutma!!!
unutma aftafa qizildanda olsa yeri tualetdir
___Jasmin___
"kralicasayagi" sac bezeyidir cox beyendim heqiqeten mohtesemlerdir
26 mart 2016 18:53
# 14
Buyudum artik anne 14 bahar kaldi geride...
heyatim_menim
indi xanimlarmizin coxuda oz toylarinda bunlara benzere taclardan istifade edirler beyendim bir sozle
26 mart 2016 17:36
# 13
Başa düşdüm ki,
Həyatda Nəfəs almam üçün 5 səbəbim Var
ALLAHıma Şükür ki, onlar mənim Həyatımdadı.
vipbetul
Gozel aksesuarlardi
26 mart 2016 15:07
# 12
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
Aydan Habili
Cox beyendim bezekleri
26 mart 2016 15:06
# 11
Nur_Naz
xinamda by tip birsey taxmagi dusunurem
26 mart 2016 02:19
# 10
Marta
Abarti hec sevmirem ozumde ama fotolara baxmaq melumatlanmaq xos oldu.
26 mart 2016 02:09
# 9
Немного терпения, и у тебя все получится..
leyla_258
muhtesem yuzyil heart
osmanli dovrunde sultanlarin gozlerinin rengleri ya yasil yada mavi olur.
26 mart 2016 01:19
# 8
SENI SEVDIM DIYE KIZDIYSAN..
SENDE BENI SEV DE INTIKAMINI AL..:)
ülü16
Çox incə və zərifdilər
26 mart 2016 00:43
# 7
BARBI
Cox sevirem bu aksesuarlari. Muhtesem yuz yil serialinda xususile terze diqqet yetirirdim ister geyimler ister aksesauarlar cox debliydi
25 mart 2016 23:23
# 6
Canımı yaktıktan sonra, hiç birşey olmamış gibi helallik isteyenler! Cehennemde yandığınızı görsem üzerinize benzin dökerim... !
Lola_Maya_
Diqqət! Sizdə gizli mətnin baxışı üçün hüquq yoxdur.
25 mart 2016 22:43
# 5
_TəHLuKə_
Saç aksessuarlarını çox sevirəm..Xüsusilə bu cür tarixi kinolarda çox gözəl istifadə olunur..Amma Azərbaycan xalqının milli geyimi daha gözəldir Muhteşem Yüzyıla nəzərən
25 mart 2016 21:55
# 4
Özün ol!Qəti özənmə özgələrinə!
Fialka
Hər bir xalqın öz mədəniyyəti, adət- ənənələri vardır və buna uyğun şəkildə inkişaf edən bir çox nüanslar vardır hansı ki, onlardan biridə aksesuarlardır..Osmanlı tarixində bu cür aksesuarların olması haqqında hamının izlədiyi məhşur Muhteşem yüz yıl serialıdan məlumatım var)) Amma həcimli , abartılı aksesuarları sevmirəm.
25 mart 2016 21:30
# 3
Antikvar
Çox bəyənirəm Mühtəşəm yüzyılda aktrisaların saçlarında istifadə olunan aksesuaları,srialda ilk növbədə onların saçlarında olan aksesuarlara fikir verirəm .Hürrəmin üzüyü ,sırğası bir ara Azərbaycanda da moda minmişdi)Gəlinlərin əlində qulağında tək qaş mavi rəngli üzüklər az adamda olardı görə bilməyəsən.Tək qaşlıları sevsəmdə mütləq balaca və zərif olmalıdı,abartılı daş qaşı sevmirəm,amma saçlarda isyştifadə olunan aksesualar isə əksinə göstərişli olmasını bəyənirəm.Tşklər maraqlı məlumatdı.
25 mart 2016 21:11
# 2
Məni mən kimi sevənləri, başımın tacı - qəlbimin sevimlisi edərəm, amma gəlib məndən ikiüzlü olmağımı istəyənlərə tək sözüm"Get ayna qarşısında qalıb özünlə danış ".....
Miss_Angel
yarawir bunlara bu serialdada iwdirak elemeiyen adam qalmiyibe))
25 mart 2016 21:04
# 1
★ ★ ★☻♥♥ ♬♏Ī$$_ÂИǤЄĿ(¯`G´¯)
.`·.¸.·´
¸.·´¸.·´¨) ¸.·*¨)
(¸.·´ (¸.·´ .·´ ¸¸.·¨¯`·¦¦♬☻♥♥★ ★ ★
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

(ana səhifəyə gedin.)

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz