Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Evdə dondurma necə hazırlanır ?
Evdə dondurma necə hazırlanır ?
Göndərən: NIGAR_CAVAD
Şərhlər:
Baxılıb: 28087
Səs ver:

 

 

Evinizdə özünüzün hazırladığı və içərisində nə olduğunu bildiyiniz dondurmanın tərifi…
Vəsaitlər:

- 1 su stəkanı toz şəkər
- 200 qram süd kremi
- 3 yumurta sarısı
- 3 çay qaşığı vanil
- 2 su stəkanı inək südü

Hazırlanışı:

Dondurma hazırlanmasında ilk olaraq südü bişirərək başlayın və bu əməliyyat içində mümkünsə polad bir qazan istifadə edin. Polad qazanınızın içərisində 2 su stəkanı inək südünü tökün və 3 şorba qaşığı vanili əlavə etdikdən sonra yaxşıca qarışdırın. Bütün vanil homogen bir şəkildə südün içərisinə qarışdıqdan sonra qazanınızın altını yandırın və süd qaynayana qədər qarışdıraraq qaynadın. Vanilli südünüz qaynamağa başladıqdan sonra altını kəsin və 1-2 dəqiqə zəif odda qarışdırmağa ara vermədən bişirmə əməliyyatına davam edin.

Südünüzü 1-2 dəqiqə zəif odda qarışdıraraq bişirdikdən sonra ocağın altını bağlanın və qazanı soyumağa buraxın. Təxminən 15-20 dəqiqə soyuyan südünüzü, tel süzgəcdən keçirərək dərincə bir kasanın içinə boşaldın. Südünüzün kifayət qədər soyuduğunu anlamaq üçün içərisinə barmağınızı batırın və əgər barmağınız istiliyə dözə bilirsə südünüz əməliyyat üçün hazır deməkdir.

"Ayrı bir kasanın içinə" 3 ədəd yumurtanın sarısını və 1 stəkan toz şəkəri əlavə edin və içinə 1 çay stəkanı ilıq süd tökün. Bu qarışığı mikserlə yaxşıca qarışdırın və bütün vəsait tamamilə bir-birinə qarışdıqdan sonra ilıq südə yavaş yavaş əlavə edin. Bu mərhələdən sonra dondurmanızı "benmari üsulu" bişirməyə başlayacaqsınız. Su dolu bir qazanın içinə oturtduğunuz qazanınızı zəif odda krem halını alana qədər davamlı qarışdıraraq bişirin. Südün qaynamadan çox yüngül odda öz halınıkonsistensiya almasıi lazım olduğunu unutmayın və davamlı olaraq qarışdırmağa davam edərək 15 dəqiqə qədər bişirin.

Son olaraq mikserlə çırpdığınız süd kremini də yavaş yavaş krem halı alan südünüzə qarışdıraraq tökün və bütün qarışıq otaq istiliyinə gələnə qədər gözlədin. Dondurmanızın üzərinin sürüşkən tutmaması üçün soyuma müddətində arada qarışdırmağıyaddan çıxarmayın. Dondurma otaq istiliyinə gəldiyində dondurucuya qoyun. Bu mərhələdən sonra hər yarım saatda bir dondurmanızı dondurucudan çıxardaraq mikser ilə qarışdırın. Bir neçə saat içərisində dondurmanız öz halını alacaq və yemək üçün hazır hala gələcək.


Nuş olsun…


Redakte etdi: PRETTY GIRL



Şərhlər:
Baxılıb: 28087
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınlar.Biz həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz