Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Klassik Napoleon tortu resepti
Klassik Napoleon tortu resepti
Göndərən: Totu
Şərhlər: 10
Baxılıb: 838
Səs ver:
Tərkibi:
Xəmir 1 üçün:
● Un (buğda) - 4 x.q.
● Yağ (kərə) - 200 qr.

Xəmir 2 üçün:
● Duz - 1 çimdik
● Un (buğda) - 2 st.
● Yumurta (toyuq) - 1 ədəd
● Su soyuq
● Sirkə (3%-li) - 0.25 ç.q.

Krem üçün:
● Yumurta (toyuq) - 1 ədəd
● Yağ (kərə) - 200 qr.
● Vanilin - 0.5 paket
● Şəkər tozu - 1 st.
● Süd - 0.5 ədəd

Hazırlanması:
1) Xəmir 1: Kərə yağı yumşaq olmamalıdır, soyuducudan çıxarılmış olmalıdır. Qaba unu ələyin, xırda doğranmış yağı əlavə edin, bıçaqla tam qarışana qədər döyün. Bu çox vacibdir, onda xəmir 2-nin içərisində yaxşı yayılacaq və düyünlər qalmayacaq;

2) Xəmiri kündələyin, yoğurmaq lazım deyil, ancaq bir yerə yığmaq və kündələmək. Xəmiri kənara qoyun;

3) Xəmir 2: Qaba unu ələyin(unu çox götürmək lazım deyil, əvvəlcə bir az götürün, sonra lazım gəldikcə əlavə edin, xəmir yumşaq olmalıdır), sirkə (və ya limon şirəsi), duz əlavə edin;

4) Yumurtanı stəkanın içinə sındırın, üzərinə soyuq su əlavə edin (elə olsun ki, ümümi maye stəkanın 2/3- ü qədər olsun) , qaşıqla qarışdırın, yumurta su ilə qarışsın, sonra unun üzərinə tökün;

5) Xəmiri yaxşıca yoğurun, əvvəl qaşıqla, sonra əllə un səpilmiş stolda yoğurun, lazım gəldikcə un əlavə edin. Xəmir bərk olmamalıdır;

6) Xəmir 2-ni düzbucaqlı şəklində yayın ( nazik olmamalıdır, yoxsa xəmir deşilə bilər);

7) Onun üzərinə xəmir 1-i qoyun, elə etmək lazımdır ki, hər tərəfdən üstünü konvert şəklində örtmək olsun. Əvvəlcə alt tərəfindən bükün, sonra yan tərəfləri bükün və sonda üst tərəfi ilə xəmir 1-in üstünü örtün;

8) Boşqaba un səpin, konverti tikişləri aşağı olmaqla içinə qoyun və 30 dəq. soyuducuya qoyun. Xəmirin üstünü örtməyin, yoxsa nəm çəkə bilər;

9) 30 dəq. keçdikdən sonra çıxardın, boşqabda olduğu kimi tikiş yeri aşağı olmaqla stolun üzərinə qoyun və yayın, nazik yaymayın, yenidən konvert şəklində bükün və 30 dəq. soyuducuya eyni qaydada qoyun;

10) 30 dəq. sonra yenidən çıxardın, un səpilmiş stolda yenidən yayın və konvert şəklində bükün. 30 dəq. soyuducuya qoyun. Bundan sonra çıxardın, xəmir hazırdır.

11) Krem: qazana yumurta və şəkər tozu əlavə edin, ağarana qədər çalın. Vanilin əlavə edin, qarışdırın. Süd əlavə edin və vam odda qaynayana qədər qızdırın (qaynatmayın). Oddan götürün, soyudun;

12) Yumşalmış kərə yağını qaşıqla bir az çalın. Sonra soyumuş qarışıqdan tədricən 1 x.q. əlavə edin, çalın. Tədricən hamısını əlavə edin, çalın. Hamar, eynicinsli kütlə alınmalıdır;

13) Hazır xəmiri 6 hissəyə bölün. SOBAnı 230 dərəcə qızdırın. Xəmiri azca un səpib yayın (təqribən 23 sm. diametrində).

14) SOBA qızan kimi xəmiri ehtiyyatla formaya (və ya SOBA listinə) qoyun. İlk 2 korj 15 dəq., sonrakı korjları isə 10 dəqiqəyə bişir. Diqqət etmək lazımdır ki, yanmasın. Korjların hamısını bişirin və soyudun;

15) Korju buluda qoyun, üzərinə 2-2.5 x.q. krem çəkin, digər korju qoyun. Bu qayda ilə bütün korjları yığın. Sonuncu korjun da üstünə krem çəkin. Korjların qıraqlarını bərabərləşdirin. Hər tərəfinə krem çəkin, qırıntılarını üzərinə və böyürlərinə səpin. Gecədən səhərə qədər soyuducuya qoyun.

Nuş olsun!


Şərhlər: 10
Baxılıb: 838
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
fulya
her defe bisirende bir cur dadir 09
1 noyabr 2016 23:29
# 10
Dilaycan
dadli gorsenir...
29 oktyabr 2016 17:19
# 9
Heyat gozel olsaydi dogulduqda aglamazdiq.Heyat temiz olsaydi oldukde yuyulmazdiq.
ʚɞღ..Sultanım..ღʚɞ
Cox sevirem napoleon tortun 127 istedim ee lap gecenin bu saatinda) nyam
22 oktyabr 2016 22:33
# 8
Bu Günə Kimi Heç Kəs Həqiqi Xoşbəxtliyə Nail Olmayıb, Əgər Bədbəxt Deyilsənsə Özünü Xoşbəxt Saya Bilərsən...!
Barbaris
Lap isteddim........ 15
22 oktyabr 2016 20:38
# 7
☆Arxamca danışan insanların xəyallarında imzam var ☆
BARBI
Men bu tortu o qederde sevmirem.Hazirlanmasi olduqca cetindir
22 oktyabr 2016 13:12
# 6
Canımı yaktıktan sonra, hiç birşey olmamış gibi helallik isteyenler! Cehennemde yandığınızı görsem üzerinize benzin dökerim... !
Gülüş.
Biraz cetindi men bucure etmirem
22 oktyabr 2016 12:38
# 5
qanadli melek
Biraz cetin geldi hazirlanmasi
22 oktyabr 2016 11:39
# 4
Bezen herseyin tek bir cavabi vardir...BiLMiREM..
Totu
Dadi ela olar...
22 oktyabr 2016 10:31
# 3
Hər şeyi bilməniz önəmli deyil,Önəmli olan həddinizi bilmənizdi...
YalniZ-ArZu
Cox uzun prosesdi,ola bilsin klassik reseptdir amma evde bu proses cox vaxt aparar.
Biz daha sade edirik,amma xemiri evvelden axiracan enli bicaqla doyerek yogururuq,el vurmadan.12 kunde alinir.Kremi ise zovqe gore malako yag ve ya zavarnoy edirik.Napaleonun esas puf noktasi xemirin kvamin tutmaqdi.Xemiri xrustyawiy olmadi onda olur balli tort kimi,xemir agizda dagilir bizim biwirdiyimiz reseptde.
22 oktyabr 2016 09:39
# 2
Bilgeye sormuwlar."Insan nasil sabreder?"Demiw ki:Unutursun sabredersin,Bu en GUZELIDIR.Kabul edersin sabredersin,Bu en DOGRUSUDUR.Vazgecersin sabredersin,Bu en ZORUDUR.Bir de iwini ALLAHA havale eder sabredersin.Iwte bu en YUCESIDIR...
vipbetul
qeseng dadli olur
22 oktyabr 2016 09:21
# 1
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

(ana səhifəyə gedin.)

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınlar.Biz həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz