Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Böyürtkənli ruletin hazırlanması
Böyürtkənli ruletin hazırlanması
Göndərən: Barbaris
Şərhlər: 9
Baxılıb: 658
Səs ver:
Böyürtkən Ruleti
43 sm uzunluğunda bir rulet üçün

Ərzaqlar
Xəmiri üçün:

3 xörək qaşığı şəkər pudrası, bir az da üstünə səpmək üçün
1 +1/4 stəkan un
1 + ½ çay qaşığı qabartma tozu
½ çay qaşığı duz
1 iri yumurta + 2 yumurta sarısı + 3 yumurta ağı, hamısı otaq temperaturunda
¼ stəkan kərə yağı, əridilmiş və soyudulmuş
¼ stəkan bal
¼ stəkan + 3 cörək qaşığı şəkər tozu
½ çay qaşığı təmiz vanil ekstraktı
¼ stəkan ilıq su

İçlik üçün:

2 stəkan təzə böyürtkən
1 stəkan (250 ml) yağlı qaymaq

Hazırlanması:

Sobanı 180ºC-dək qızdırın. 42.5 x 30 santimetrlik çərçivəli (şəkildəki kimi) listinə perqament kağızı döşəyin.
İri, təmiz bir çay dəsmalına pudra şəkəri səpib onu bir kənara qoyun. Orta ölçülü dərin qaba bir yerdə un, qabartma tozu və duzu ələyin. Kənara qoyun.
Bütöv yumurtanı, Yumurta sarılarını, yağı, balı, 1/4 stəkan şəkər pudrasını, vanili və ilıq suyu elektrik mikserinin qabına yerləşdirin. Mikserin çalma başlığını taxın.
6 – 7 dəqiqə orta sürətlə qatı və açıq rəngli kütlə alınana qədər çalın. Mikserin başlığı qaldırılan zaman qarışıq lentşəkilli iz qoymalıdır. 6 to 7 minutes. Çalınmış kütləni iri bir cəmə yerləşdirib kənara qoyun.
Təmiz qabda və mikserin təmiz başlığı ilə orta sürətdə yumurta ağlarını 1 – 2 dəqiqə, yumşaq təpəciklər alınana qədər çalın. Sürəti orta-yüksək səviyyəyə qədər qaldırın və 3 xörək qaşığı şəkəri tədricən əlavə edin. 2 – 3 dəqiqə, sərt təpəciklər alınana qədər çalın.
Rezin spatulanın köməyilə yumurta ağı qarışığının 1/3-ni yumurta sarısına əlavə edib ehtiyatla qarışdırın. Yumurta ağının qalan hissəsini də ehtiyatla bu kütləyə qarışdırın. Bu xəmiri əvvəlcədən hazırladığınız listin üzərinə tökün və spatulanın köməyilə bərabər qaydada yayın.
Sobada təxminən 10 dəqiqə, biskvit qızılı rəng alana qədər bişirin. Hazır biskvitin ortasına yüngülcə toxunanda o geri qayıtmalıdır. Bişirmə prosesininyarısında listi çevirmək lazımdır.
Bişmiş biskviti dərhal əvvəlcədən üzərinə şəkər pudrası səpdiyiniz çay dəsmalının üzərinə çevirin və perqament kağızını ehtiyatla soyub çıxarın. Uzun tərəfindən başlayaraq dəsmalı biskvitlə birlikdə rulet şəklində burun. Dəsmal ruletin içərisində qalmalıdır.
Hələ də dəsmalın içində olan biskviti dəsmalın tikiş tərəfi aşağıda olmaq şərtilə soba rəfinin üzərinə qoyub tamamilə soyumasını gözləyin.
Böyürtkənləri orta ölçülü cəmin içərisinə qoyub çəngəllə əzin və kənara qoyun.
Qaymağı şəkər pudrası ilə birlikdə elektrik mikserinin cəmində 2 dəqiqə əraində, yəni sərt təpəciklər alınana qədər orta sürətlə çalın. Əzdiyiniz böyürtkənləri əlavə edib ehtiyatla qarışdırın və kənar aqoyun.
Biskviti dəsmaldan açın, ancaq qoyun dəsmalın üstündə qalsın. Spatulanın köməyilə böyürtkən qarışığını biskvitin üzərinə qoyun, Ancaq biskvitin hər iki uzun tərəfində 2,5 sm-lik boş yer buraxın.
Biskviti yenidən ehtiyatla rulet formasına bükün. Ancaq bu dəfə dəsmalı onun çində qoymayın. Yenidən dəsmala büküb listin üzərində soyuducuya qoyun. Azı bir saat, ən uzağı 1 gün soyuducuda saxlayın.
Süfrəyə verməzdən əvvəl dəsmalı açıb ruletin üzərinə bol-bol şəkər pudrası səpin.
Böyürtkən ruletini dişli bıçağın köməyilə dilimlərə bölün və süfrəyə verin.

Nuş Olsun!


Şərhlər: 9
Baxılıb: 658
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
Fiorella
Indi ele caynan icirem Bu ruletden ama alnmadi evdeki lap super olar.dadli olur boyurtkenli sirniyyatlar
20 avqust 2016 16:19
# 9
son bahar
men biwirirem cox leziz olur
20 avqust 2016 14:43
# 8
...
narmiwka_15
boyurtkeni cox sevirem reseptide beyednim
20 avqust 2016 12:34
# 7
Be Happy))
vipbetul
qesengdi dadli olar
20 avqust 2016 10:24
# 6
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
Totu
Bəyəndim elaaaaaaaa
20 avqust 2016 09:06
# 5
Hər şeyi bilməniz önəmli deyil,Önəmli olan həddinizi bilmənizdi...
MODABAZ
Hazırlanması bır az cetındıııye
20 avqust 2016 00:18
# 4
Heyata daim gulmek lazimdii
S.Heydarova
Sevmədim resepti
19 avqust 2016 23:42
# 3
Həyat fırtınanın keçməsini gözləmək deyil,
Yağmurda da yeriyə bilməyi bacarmaqdır..!
Canavar sevgisi
Ela gorsenir . Hazirlayib dadina baxmaq lazimdi
19 avqust 2016 23:35
# 2
๓๓๓☜ Ruhumuz QARABAGLIDIR ☞๓๓๓
BARBI
Terkibini sevdim. Leziz gorsenir. Boyurtkenli sirniyatlari cox sevirem
19 avqust 2016 23:32
# 1
Canımı yaktıktan sonra, hiç birşey olmamış gibi helallik isteyenler! Cehennemde yandığınızı görsem üzerinize benzin dökerim... !
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

(ana səhifəyə gedin.)

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz