Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Şambali resepti
Şambali resepti
Göndərən: arzum-aysum
Şərhlər: 10
Baxılıb: 1088
Səs ver:
Tərkibi:
500 q mannı
2 st. qatıq
2,5 st. şəkər tozu
1 paket vanil
1 paket qabartma tozu

şərbət:
2,5 st. şəkər tozu
3 st. su

üzərinə:
fıstıq

Hazırlanması:
Dərin bir qabda mannı və qatığı mikserlə çalın. Şəkər tozu, vanil və qabartma tozunu əlavə edib çalın.
Sinini yağlayıb xəmiri içinə tökün. Üzərinə fıstıqları aralı-aralı düzün.

Sobanın temperaturunu 180 dərəcə əyarlayıb 5 dəqiqə qızdırın. Sonra sinini içinə qoyub şambalini 30 dəqiqə bişirin.

Şərbət: qazana su və şəkər tozu töküb ocağa qoyun. Qarışdırın. Şəkər tozu əriyib su qaynayınca ocaqdan götürün, soyudun.

Bişmiş şambalini də sobadan çıxarıb soyumasını gözləyin. İlıq şambalinin üzərinə ilıq şərbəti gəzdirin. Bir gün saxlayıb sabahı gün süfrəyə verin.

Unlu şambali
Tərkibi:
1 st. un
2,5 st. mannı
1 st. şəkər tozu
1 st. qatıq
1 armudu st. bitki yağı
0,5 armudu st. süd
2 paket vanil
1 paket qabartma tozu

şərbət:
2 st. şəkər tozu
2 st. su
1 dilim limon

üzərinə:
50 q badam və ya fıstıq

Hazırlanmsaı:
Öncə şərbəti bişirin: qazanda su və şəkər tozunu qaynadın. Qaynara düşəndə 1 dilim limon salıb 1-2 dəqiqə də qaynadın, ocaqdan götürün, soyudun.

Xəmir: şəkər, qatıq və bitki yağını yaxşıca çalın.
Mannı, süd, vanil, qabartma tozu əlavə edib çalın.
Az-az un əlavə edib çalın.

Yağlanmış siniyə boşaldıb üzərini hamarlayın.

Badamları 5 dəqiqə qaynar suda saxlayıb qabığını təmizləyin. Şambalinin üzərinə aralı-aralı basdırın.

180 dərəcə qızdırılmış sobada təxminən 30-40 dəqiqə, qızaranadək bişirin.
Bir qədər soyuduqdan sonra doğrayın. İlıq olanda ilıq şərbəti üzərinə gəzdirin. Süfrəyə dondurma ilə verə bilərsiniz.

Şambali resepti
Şambali resepti
Şambali resepti


Nuş olsun!


Şərhlər: 10
Baxılıb: 1088
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
Canavar sevgisi
Yemeli.gorunur .
18 avqust 2016 22:28
# 10
๓๓๓☜ Ruhumuz QARABAGLIDIR ☞๓๓๓
S.Heydarova
Bəyəndim super
18 avqust 2016 19:53
# 9
Həyat fırtınanın keçməsini gözləmək deyil,
Yağmurda da yeriyə bilməyi bacarmaqdır..!
vipbetul
qeseng gorunur dadli olar
18 avqust 2016 19:29
# 8
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
Fiorella
Bu dadli olur hazrlayb evde eltim gormusem duyu inundanda olur ,ama adn bilmirdim shmbalyms(gulmeli adi vr)))
18 avqust 2016 18:05
# 7
son bahar
dadli gorsenir mannili sirniyyat yememisem bilmirem dadi nece olar
18 avqust 2016 15:45
# 6
...
Onun_Mələyi
Dadli qorsenir...qizlar kim hazirlasa caqirsin05cay menden wambali tortu sizden))
18 avqust 2016 15:40
# 5
Bir duam var,səndən amin gözləyirdua09123
Totu
Oyyyy qesengdiiiiii
18 avqust 2016 15:20
# 4
Hər şeyi bilməniz önəmli deyil,Önəmli olan həddinizi bilmənizdi...
MODABAZ
Hazırlanması rahat ama men hazırlamayacam
18 avqust 2016 15:01
# 3
Heyata daim gulmek lazimdii
BARBI
Beyendim reseptdi. Leziz gorsdnir
18 avqust 2016 14:40
# 2
Canımı yaktıktan sonra, hiç birşey olmamış gibi helallik isteyenler! Cehennemde yandığınızı görsem üzerinize benzin dökerim... !
Asya
Diqqət! Sizdə gizli mətnin baxışı üçün hüquq yoxdur.
18 avqust 2016 14:31
# 1
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

(ana səhifəyə gedin.)

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınlar.Biz həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz