Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Pələng bulkalar resepti - FOTO RESEPT
Pələng bulkalar resepti - FOTO RESEPT
Göndərən: arzum-aysum
Şərhlər: 14
Baxılıb: 705
Səs ver:
Bu bulkaların üzəri cadar-cadar olur və heyvan dərisini xatırladır. Buna görə də onları "pələng çörəyi" - tiger bread adlandırırlar. Amma daha çox bəbir, yaxud da zürafə dərisini xatırladır. Bulkaların üzəri xırt-xırt, içi isə yupyumşaq alınır. 
 
Tərkibi (8 ədəd): 
xəmir:

1 x.q. quru maya
65 ml isti su
250 ml isti süd
20 q şəkər tozu
30 ml bitki yağı
9 q duz
450-520 q un

üzərinə:
1 x.q. quru maya
125 ml isti su
10 q şəkər tozu
15 ml bitki yağı
2 q duz
100 q düyü unu (mikserdə düyünü çəkib bir neçə dəfə ələməklə də ala bilərsiniz)

Hazırlanması:
Dərin qabda maya, su, süd və şəkər tozunu qarışdırıb 5-10 dəqiqə, üzəri köpüklənincə saxlayın.

Bitki yağı, duz və 400 q un əlavə edin. Xəmir yoğurun. Əvvəlcə xəmir ələ yapışacaq, sonra az-az, 1 x.q. olmaqla bir qədər də un əlavə edərək, xəmir qabın divarlarından aralanınca yoğurun. Bundan sonra daha 5 dəqiqə yoğurub kündə tutun. Üzərinə qida plyonkası çəkib otaq temperaturunda 1-2 saat, həcmi 2 dəfə artıncayadək saxlayın.

Xəmiri ətləyin. 8 yerə bölüb kündələyin, perqament döşənmiş formaya düzün. Üzərinə qida plyonkası çəkib otaq temperaturunda 1 saat saxlayın.

Bulkaları kündələyəndən yarım saat sonra üzəri üçün olan qarışığı hazırlayın: bunun üçün göstərilən ərzağı qarışdırın. O, qatı şəkər qlazuruna bənzəyəcək. Otaq temperaturunda 15 dəqiqə saxlayın.

Sobanı 200 dərəcə qızdırın.

Qarışığı hazırlayandan 15 dəqiqə sonra onu bulkaların üzərinə qatı layla çəkin (əllə daha rahat olur).

Əvvəlcədən qızdırılmış sobada təxminən 30 dəqiqə bişirin. Bulkaların üzəri qızarıb çatlamalıdır.
Sobadan çıxarıb şəbəkənin üzərində soyudun.

Süfrəyə mürəbbə, bal, kəsmik, yağ, pendir, süd və çayla birlikdə verə bilərsiniz.

Pələng bulkalar resepti - FOTO RESEPT
Pələng bulkalar resepti - FOTO RESEPT
Pələng bulkalar resepti - FOTO RESEPT
Pələng bulkalar resepti - FOTO RESEPT
Pələng bulkalar resepti - FOTO RESEPT
Pələng bulkalar resepti - FOTO RESEPT
Pələng bulkalar resepti - FOTO RESEPT
Pələng bulkalar resepti - FOTO RESEPT
Pələng bulkalar resepti - FOTO RESEPT
Pələng bulkalar resepti - FOTO RESEPT

Nuş olsun!


Şərhlər: 14
Baxılıb: 705
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
vipbetul
qesen dadli olur
15 avqust 2016 01:53
# 14
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
YalniZ-ArZu
Reseptcun twk.Beyendim,maraqli gorunuwu var.
14 avqust 2016 00:29
# 13
Bilgeye sormuwlar."Insan nasil sabreder?"Demiw ki:Unutursun sabredersin,Bu en GUZELIDIR.Kabul edersin sabredersin,Bu en DOGRUSUDUR.Vazgecersin sabredersin,Bu en ZORUDUR.Bir de iwini ALLAHA havale eder sabredersin.Iwte bu en YUCESIDIR...
Akkuw)
sagolun xebere gore
13 avqust 2016 20:10
# 12
Deyerine deyer vermeyen deyersizlere verdiyin deyer neye deyer(
Fialka
Bu cür bişintilərdən istifadə etmirəm amma asandır hazırlamaq olar) təşəkkür.
13 avqust 2016 19:59
# 11
MODABAZ
Sitat: _Gülər_üzlü_
mən bəyəndim həm dadını həm görnüşünü həmm də tərkibini.biraz çetin gəlsədə sınamaq olar))05
13 avqust 2016 18:06
# 10
Heyata daim gulmek lazimdii
son bahar
resept ucun cox tewekkurler bu reseptnen ele dord bukla alinir???
13 avqust 2016 16:10
# 9
...
BARBI
Gorunusu cox gozeldir. Terkibinide beyendim
13 avqust 2016 15:37
# 8
Canımı yaktıktan sonra, hiç birşey olmamış gibi helallik isteyenler! Cehennemde yandığınızı görsem üzerinize benzin dökerim... !
Onun_Mələyi
mən bəyəndim həm dadını həm görnüşünü həmm də tərkibini.biraz çetin gəlsədə sınamaq olar))05
13 avqust 2016 14:54
# 7
Bir duam var,səndən amin gözləyirdua09123
Barbaris
beyendim dadli olar
13 avqust 2016 14:48
# 6
☆Arxamca danışan insanların xəyallarında imzam var ☆
Asya
Diqqət! Sizdə gizli mətnin baxışı üçün hüquq yoxdur.
13 avqust 2016 14:36
# 5
Gülüş.
Qeseng gorunur
13 avqust 2016 14:25
# 4
Totu
Super dadlı olar
13 avqust 2016 14:17
# 3
Hər şeyi bilməniz önəmli deyil,Önəmli olan həddinizi bilmənizdi...
aLoNe AnGeL
gozel gorunur dadliyada oxsayir sinamaq olar
13 avqust 2016 14:12
# 2
Nə gözəl söyləmiş Hz.Əli-"İnsanları tanıyan yalnızlaşır" ciyy
narmiwka_15
dadlidir coxsagolun
13 avqust 2016 14:01
# 1
Be Happy))
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

(ana səhifəyə gedin.)

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz