Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Kubik piroqu resepti - FOTO RESEPT
Kubik piroqu resepti - FOTO RESEPT
Göndərən: arzum-aysum
Şərhlər: 8
Baxılıb: 656
Səs ver:
Bu sadə piroqu duzlu və ya şirin içlə də etmək olar. İçsiz, duzlu olarsa, çörək, şirin olarsa, bulka kimi olacaq.

Tərkibi (10 pay):
500 q un
100 ml qatıq
160 ml süd (150 ml - xəmirə, 10 ml üzərinə)
1 yumurta
1 yumurtanın sarısı (üzərinə)
130 q kərə yağı (xəmirə 50 q, arasına 80 q)
80 q şəkər tozu
1 ç.q. duz
1,5 ç.q. quru maya
2 x.q. küncüt (yaxud kətan, küncüt və günəbaxan tumu qarışığı)
1 ç.q. bitki yağı (formanı yağlamaq üçün)
 
Hazırlanması:
Əgər şirin piroq hazırlamayacaqsınızsa göstərilən şəkər miqdarını azaldın (1-1,5 x.q.). 

Xəmiryoğuranın qabına isti südlə qatığı, ələnmiş unu, quru mayanı, yumurta, yumşaldılmış yağ, duz, şəkər tozunu qoyub "xəmir" rejimini qoşun. Xəmiryoğuranınız yoxdursa, adi qaydada göstərilən ərzaqdan xəmir yoğurun. Xəmiri isti yerdə həcmi 2-3 dəfə artanadək saxlayın.

Gəlmiş xəmiri 6 bərabər hissəyə bölün. Bir kündəni 4-5 mm qalınlıqda yumru yayın. Üzərinə yumşaldılmış kərə yağı çəkin. İkinci kündəni yayıb birincinin üzərinə qoyun. Onun da üzərinə yumşaldılmış yağ çəkin. Bu qayda ilə bütün kündələri yayıb arasına yağ çəkməklə üst-üstə düzün. Sonuncu yaydığınız xəmirin üzərinə yağ çəkməyin. Üzərinə qida plyonkası çəkib təxminən 15 dəqiqə saxlayın.

Xəmiri 1 sm qalınlıqda yayın. 1 sm enində şəridlərə doğrayın. Sonra bu şəridləri kubiklərə doğrayın.

Dairəvi formanı (d=25 sm) bitki yağı ilə yağlayın. Xəmir kubiklərini içinə düzün (Əyri-üyrü alınanları yanları və dibinə, daha qəşənglərini, hamar kənarlıları üzərinə düzün).

Formanın üzərinə plyonka çəkib piroqun iki dəfə şişməsini gözləyin.

Yumurta sarısını südlə çalın. Səliqəylə piroqun üzərinə çəkin (basmamaq şərtilə). Üzərinə küncüt səpin. 200 dərəcə qızdırılmış sobada 25-28 dəqiqə bişirin.

Kubik piroqu resepti - FOTO RESEPT
Kubik piroqu resepti - FOTO RESEPT
Kubik piroqu resepti - FOTO RESEPT
Kubik piroqu resepti - FOTO RESEPT
Kubik piroqu resepti - FOTO RESEPT
Kubik piroqu resepti - FOTO RESEPT
Kubik piroqu resepti - FOTO RESEPT
Kubik piroqu resepti - FOTO RESEPT
Kubik piroqu resepti - FOTO RESEPT
Kubik piroqu resepti - FOTO RESEPT

Nuş olsun!


Şərhlər: 8
Baxılıb: 656
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
S.Heydarova
Çox əla bəyəndim
11 avqust 2016 21:14
# 8
Həyat fırtınanın keçməsini gözləmək deyil,
Yağmurda da yeriyə bilməyi bacarmaqdır..!
Asya
Diqqət! Sizdə gizli mətnin baxışı üçün hüquq yoxdur.
11 avqust 2016 15:30
# 7
vipbetul
qeseng dadli olar
11 avqust 2016 15:09
# 6
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
YalniZ-ArZu
Harikaa...cooox beyendim.Artiq ferqli icliklerle tesevvur eledim bu peroku...peh peh!.
Secilmiwlere atacam,tewekkurler.
11 avqust 2016 15:07
# 5
Bilgeye sormuwlar."Insan nasil sabreder?"Demiw ki:Unutursun sabredersin,Bu en GUZELIDIR.Kabul edersin sabredersin,Bu en DOGRUSUDUR.Vazgecersin sabredersin,Bu en ZORUDUR.Bir de iwini ALLAHA havale eder sabredersin.Iwte bu en YUCESIDIR...
MODABAZ
Cooox dadlı gorsenır agzım sulandııı
11 avqust 2016 14:31
# 4
Heyata daim gulmek lazimdii
aliceWOnDer
Görnüşünü beyendim, düşünürəm ki, dadıda mükəmməldir, ama hazırlanmagı cətin gəldi mənə..
11 avqust 2016 14:29
# 3
Mən xoşbəxt bir kəpənəyəm yaşasam da,ölsəm də..
Totu
Süper dadlı olar. Təşəkkür
11 avqust 2016 14:23
# 2
Hər şeyi bilməniz önəmli deyil,Önəmli olan həddinizi bilmənizdi...
BARBI
Gorunusu superdi. Terkibi biraz qelizdi
11 avqust 2016 14:06
# 1
Canımı yaktıktan sonra, hiç birşey olmamış gibi helallik isteyenler! Cehennemde yandığınızı görsem üzerinize benzin dökerim... !
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

(ana səhifəyə gedin.)

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz