Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Şəkərbura resepti - FOTO RESEPT
Şəkərbura resepti - FOTO RESEPT
Göndərən: NoName
Şərhlər: 15
Baxılıb: 5335
Səs ver:
Tərkibi:
Xəmir üçün:

2 kq un
1 ç.q. şəkər tozu
1 l süd
4 yumurtanın sarısı
70-100 q xama
400 q kərə yağı
2 ç.q. maya (1 kq-a 1 ç.q.)
2 paçka vanil
1 çimdik duz

İç üçün:
1 kq təmizlənib qozçəkəndən keçirilmiş badam (qoz, fındıq)
1 kq şəkər tozu
vanil
hil

Hazırlanması:
Öncə badamı təmizləmək lazımdır. Qaynar suya badamları hissə-hissə töküb ocağın üstə qoyun, 3-4 dəqiqəyə qabığı asanlıqla çıxacaq, kəfkirlə çıxarıb təmizləyin. Sonra təmiz dəsmalın üstünə yığın, suyu çəkilsin. Yaxşı olar ki, badam (qoz, fındıq) bir neçə gün əvvəl təmizlənib qurudulsun. Sobada da qurutmaq olar.
Şəkərbura resepti - FOTO RESEPT

Şəkərbura resepti - FOTO RESEPT

Şəkərbura resepti - FOTO RESEPT


Badamı qozçəkən maşından keçirib şəkər tozu, vanil, hil vurun, qarışdırın.
Şəkərbura resepti - FOTO RESEPT


Xəmir: unu ələyin, vanil və duz əlavə edin. Təxminən 1-1,5 st. südü xəmiri ətləmək üçün saxlayın. Qalanını azca isidin, içinə maya və şəkər tozu əlavə edin.

Unu təpələyib ortasında çala açın, 4 yumurtanın sarısını içinə qırın, azca əridilmiş yağı, xamanı, südlə mayanın qarışığını da əlavə edib yoğurmağa başlayın. Şəkərbura xəmiri azca bərk olmalıdır, uzun müddət yoğurmaq lazım gələcək. Arada əlinizi ayırdığınız südə batırıb xəmiri ətləyin.
Şəkərbura resepti - FOTO RESEPT


Xəmiri yarım saat saxlayın.

3-3,5 sm diametrli kündələr tutun (25-30 ədəd), sellofan torbaya yanaşı yığın. Kündələməyi bitirdikdən sonra bunları yayıb üst-üstə, yenə də sellofan torbanın içinə yığın. Xəmir artıq qalıbsa, soyuducuya qoyun.
Şəkərbura resepti - FOTO RESEPT


Hər şəkərbura üçün bir x.q. iç kifayət edər. Şəkərburaların qırağını büküb üstünü naxışlayandan sonra soyuq siniyə düzün. Üzərini nazik təmiz iynə ilə bir neçə yerdən deşə bilərsiniz, o zaman şəkərburaların kənarları açılmır.
Şəkərbura resepti - FOTO RESEPT

Şəkərbura resepti - FOTO RESEPT

Şəkərbura resepti - FOTO RESEPT


160-180 dərəcə qızdırılmış sobada 10-15 dəqiqə bişirin. Diqqət edin ki, üstü qızarmasın. Həm də çiy qalmasın.
Şəkərbura resepti - FOTO RESEPT

Şəkərbura resepti - FOTO RESEPT

Şəkərbura resepti - FOTO RESEPT

Nuş olsun!
 


Şərhlər: 15
Baxılıb: 5335
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
yalniz adam
nenemden basqa hec kim yaxsi bisirmez ellerinden opurem nene
20 aprel 2016 20:42
# 15
Fi-Ra
Çox sevirəm şəkərburanı. İkinci naxışı bəyəndim mən də edəcəm
12 mart 2016 02:45
# 14
Yeni bir başlanğıc etdiyimiz ən böyük səhvdən sonra başlayır!
Ela
Bız bu usulla hazırlamırıq sekerbura ıclıyını yalnız fındıq pesoq hılle edırık oz bısırdıyımız sekerburanı cox sevırem
11 mart 2016 17:39
# 13
U$aqken ¥edıyım pambıqın dadı qeder aglımdasan.
Fialka
Şəkərbura, badambura bu kimi şirniyyatları sevməsəmdə Novruzun simvolları olduğu üçün hazırlayıram ).
11 mart 2016 17:05
# 12
vipbetul
bayramin en vagib elemeti
11 mart 2016 16:12
# 11
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
narmiwka_15
ayyy ellerine sagliq cox lezetli gorsenir sevirem sekerburani
11 mart 2016 15:00
# 10
Be Happy))
RamiLya )))
Bu nese ferqli resept oldu.. Naxish vurmagda ustayam 11
11 mart 2016 12:55
# 9
Lola_Maya_
Diqqət! Sizdə gizli mətnin baxışı üçün hüquq yoxdur.
11 mart 2016 12:16
# 8
yarpaq33
Sitat: ulduz
Mənim səkərburam nədənsə alti batir icəri nəzik olur ♅

Icliyi bol qoy onda koppuw olacaq
11 mart 2016 09:28
# 7
Rebbinin adini zikr et ve ozunu tamamile Ona hesr et
ɢüмüş
Ne bisirmesini bacariram, nede xoslamiram sekerburani.
11 mart 2016 09:27
# 6
BARBI
Men o qederde xoslamiram. Cox cetin reseptdir. Biz bu usulla hazirlamiriq
11 mart 2016 09:05
# 5
Canımı yaktıktan sonra, hiç birşey olmamış gibi helallik isteyenler! Cehennemde yandığınızı görsem üzerinize benzin dökerim... !
ulduz
Mənim səkərburam nədənsə alti batir icəri nəzik olur ♅
11 mart 2016 08:36
# 4
SENSİZ
Wekerburaya biz yumurtanin aqin tokuruk.
Yumurtanin Sarisini xemire vurulmaqin indi ewitdim
11 mart 2016 07:46
# 3
DERDIN NE OLURSA OLSUN,UMUDUN ALLAH OLSUN
Dosta_inam
Məndə belə edirəm, çox gözəl olur, ancaq elədə sevmirəm şəkərburanı.
11 mart 2016 07:00
# 2
Əsl "DOST" göydəki ulduzlar kimidir, qaranlıq çöküncə ilk onlar görünər...
Marta
Resepte gore cox sagolun) duzu bilirem reseptini ama her defe bisirende mamanin basin xarab edirem ki deqiqliyi ile de)) o da her defe deyirki yaz dediylerimi))) tenbellik edib yazmiram bu defe sorusmuyacam))
11 mart 2016 06:51
# 1
Немного терпения, и у тебя все получится..
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

(ana səhifəyə gedin.)

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz