Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Neapol bükməsi resepti - FOTO RESEPT
Neapol bükməsi resepti - FOTO RESEPT
Göndərən: arzum-aysum
Şərhlər: 7
Baxılıb: 2747
Səs ver:
Sfogliatella napoletana riccia adlanan bu şirniyyatın hazırlanması ilk baxışdan  çox çətin görünə bilər. Amma kulinariyaya marağı olanlar onu dəyərləndirəcəklər. Göründüyü qədər də çətin deyil, hətta maraqlıdır. 
 
Tərkibi: 
500 q əla növ un
190 ml su
15 q bal
10 q duz
100 q kərə yağı
150 q mannı yarması
400 ml süd və ya su
200 q şəkər tozu
150 q sukat
250 q rikotta (hazırlanma qaydası var, yaxud da kəsmik götürün)
vanil
darçın 
 
Hazırlanması: 
Öncə rikottanın hazırlanma qaydası: Səhər çağı dondurucu kameraya bir qutu (kağız qablaşdırmada) qatıq qoyursunuz. Axşam donmuş qatığı çıxarıb üzərinin qutusunu soyun, kərpic kimi qatığı durşlaqin içinə qoyun. Səhərə qədər suyu süzüləcək və əla kəsmik alınacaq (ayranını atmayın, digər bişmişlərdə süd və ya su yerinə işlədə bilərsiniz). 
190 ml suda duzu əridin. Ələnmiş unu və balı qatıb xəmir yoğurun. Sözün düzü, bu qədər az maye ilə xəmir yoğurmuq həddən artıq çətindir. Ona görə də unu az-az əlavə etmək daha yaxşı olar. Ancaq bütün reseptlərdə unla suyun miqdarı yalnız bu cür göstərilib. 

Xəmirə kərə yağı çəkib qida plyonkasına bükün. 2 saat saxlayın. 

Xəmiri kağız naziklikdə, 2 m uzunluqda yayın. (Xüsusi ravioli maşınınız (xəmiryayan) varsa, ondan istifadə edin). Onun qalınlığı və eni hər yerdə eyni olmalıdır. Xəmir şəridini üst-üstə qoymaq, yaxud da oxlova dolamaq olar, yapışmır. 

Sonra bu lentin üzərinə yumşaldılmış yağ çəkib içində hava qalmayacaq dərəcədə çox sıx rulet kimi bükün. 

Bu ruleti soyuducuda 1 saat saxlayın. 
 
İç:
Qatı mannı sıyığı bişirin: soyuq südə duzla mannı yarması tökün, qaynara düşəndən sonra 3-5 dəqiqə qaynadın. Soyudun. Şəkər tozu (daha yaxşısı - şəkər pudrası) qatın, rikotta, sukat, darçın, vanil əlavə edib qarışdırın. 

Xəmiri soyuducudan çıxarın. Hamar olmayan ucunu kəsin. Sonra 1 sm qalınlıqda dilimlərə doğrayın. 

İndi isə hər dilimdən konus düzəltmək lazımdır. Bunun üçün dilimi əlinizə götürün, baş barmağınızı mərkəzə qoyun, digər barmaqlarınızın köməyilə xəmiri fırladaraq kənarlarını ehmalca aşağı çəkin. Elə edin ki, qatlar bir-birindən çox aralanmasın. 

Dərhal içini doldurub siniyə düzün. Hamısını bu qaydada hazırladıqdan sonra üzərinə yumurta çəkib 180 dərəcə qızdırılmış sobada 20 dəqiqə bişirin. 

Soyuduqdan sonra üzərinə şəkər pudrası səpin. 

 

 

 

 

 

 

 

 

Nuş olsun!


Şərhlər: 7
Baxılıb: 2747
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
vipbetul
qeseng dadli olar
29 mart 2016 00:59
# 7
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
BR
ayy ne gozel superdi....
29 mart 2016 00:33
# 6
SENSİZ
Hazirlamasi cetin geldi mene.
28 mart 2016 21:25
# 5
DERDIN NE OLURSA OLSUN,UMUDUN ALLAH OLSUN
Mira199591
bəh bəh çox dadlı görünür 07 asantdı hazırlamaq olar
28 mart 2016 20:15
# 4
Fialka
Fotolardanda göründüyü kimi hazırlamağa dəyər təşəkkür.
28 mart 2016 19:06
# 3
ulduz
Bu reseptdi dunen gordum cox beyenmisdim. Bir gun mütləq hazirlayacam
28 mart 2016 18:45
# 2
BARBI
beyendim .asan reseptdir.bui terz sirniyatlari sevirem
28 mart 2016 17:23
# 1
Canımı yaktıktan sonra, hiç birşey olmamış gibi helallik isteyenler! Cehennemde yandığınızı görsem üzerinize benzin dökerim... !
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

(ana səhifəyə gedin.)

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz