Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Asan Paxlava və yaxud Soçi piroqu resepti - FOTO RESEPT
Asan Paxlava və yaxud Soçi piroqu resepti - FOTO RESEPT
Göndərən: arzum-aysum
Şərhlər: 9
Baxılıb: 2070
Səs ver:
25 paxlava üçün
Tərkibi:
Xəmir üçün:

3 stəkan əla növ un (465 g)
250 g kiçik-kiçik doğranmış kərə yağı
1 stəkan (200 g ) xama
1 çay qaşığı soda
2 yumurta sarısı

İç üçün:
2 səkan şəkər tozu
2 yumurta ağı
2 ½ stəkan (300 g) maşının iri dişindən keçirilmiş qoz ləpəsi (toz kimi olmasın, qoz bir az diri olmalıdır ki, yeyəndə hiss olunsun)

Üstü üçün:
1 yumurta sarısı
 
Hazırlanması:
Lazım olanlar: kənarları bir az hündür olan 20 x 30 cm ölçülərində düzbucaq soba listi. Düzbucaq listiniz yoxdursa, yumru listlə əvəz edə bilərsiniz.

Qeyd: Əgər pəhriz məqsədiylə, paxlavanızın çox şirin olmasını istəmirsinizsə, onda içinə gedəcək şəkərin miqdarını azaldıb, yerinə eyni miqdarda qoz əlavə edin.
1. Əvvəlcə xəmiri hazırlayın. Böyük qabda unu və kərə yağını çəngəl və yaxud bıçaqla iri umac əldə edənə qədər döyün.
 
2. Xamaya soda əlavə edib qarışdırın. Bu qarışığı və yumurta sarısını unlu-yağlı qarışığa əlavə edin. Əlinizlə xəmir əldə edənə kimi qarışdırın. Xəmir yumuşaq və zərif olmalıdır.


3. Xəmiri 3 hissəyə bölüb, kündələyin. Kündələri ayrı-ayrı sellofana büküb soyuducuda 1 saat ərzində saxlayın.
 
4. İçi hazırlayın. Bir qabda şəkər tozunu və yumurtanın ağını mikserlə ağarana kimi yaxşıca çalın. Doğranmış qozu əlavə edib, qaşıqla qarışdırın.
 
5. Soba listinin həm dibini, həm də kənarlarını azacıq yağlayın. Sobanı 180˚C-dək qızdırın.


6. Xəmiri soyuducudan çıxardın. Masanı bir az unlayın. Kündələrin birini oxlovla uzunluğu 30 cm, qalınlığı isə 3 mm olan düzbucaq şəklində açın.
 
7. Açdığınız xəmiri soba listinə yerləşdirin, və əlinizlə xəmirin qıraqlarını listin kənarlarına yapışdırın (paxlava sobadaykən, şirə bıraxdığına görə, xəmirin kənarlarını beləcə bərkidmək lazımdır)


8. Bu layın üstünə için yarısını yayın.
 
9. İkinci kündəni də eyni şəkildə açın və birinci layın üstünə qoyun. Üstünə qalan içi töküb yayın.


10. Üçüncü kündəni açıb, ikinci layın üstünə qoyun. Üstünə yumurta sarısı sürtün. İti bıcaqla romb şəklində kəsin. Hər paxlavanın ortasına yarım qoz ləpəsi qoyun
 
11. Sobada 35 dəqiqə, və yaxud üstü qızarana qədər bişirin. Soyuduqdan sonra, paxlavaları listdən çıxardın. Nuş Olsun!







 
P.S: qızlar çoxxxx dadlı olur, bişirməyi tövsiyyə edirəm, mən tez tez bişirirəm, həm tez başa gəlir, həm də dadından doymaq olmur...
Bu da mənim bişirdiyim soçi piroqu...
 


Şərhlər: 9
Baxılıb: 2070
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
Canim Incim
Paxlavanin serbeti yoxdurmu?
6 may 2016 12:35
# 9
Fi-Ra
Asan hazırlanması yaxşıdı bəyəndim təşəkkür
3 may 2016 20:55
# 8
Yeni bir başlanğıc etdiyimiz ən böyük səhvdən sonra başlayır!
rəmsə
Bu paxlavani dede baba paxlavasindan da cox xosluyuram,hem qat-qat yaglamiriq kalorisi az olur,hem de asan hazirlanir.Men de eynen bu reseptle hazirlayiram,ama alinma soci paxlavalarina cox vaxt kismis filan vururlar bax onu sevmirem...

Bu paxlavani dede baba paxlavasindan da cox xosluyuram,hem qat-qat yaglamiriq kalorisi az olur,hem de asan hazirlanir.Men de eynen bu reseptle hazirlayiram,ama alinma soci paxlavalarina cox vaxt kismis filan vururlar bax onu sevmirem...
3 may 2016 18:53
# 7
Dəyəri azalmayan,əksinə hər gün artan tək şey övladdırquc
yarpaq33
Bu tenbel paxlavasidi tez ve asan olur arada hazirlayiram bu resptle
3 may 2016 18:38
# 6
Rebbinin adini zikr et ve ozunu tamamile Ona hesr et
Canim Incim
Sevdim resepti.tez bir zamanda bisirecem
3 may 2016 18:12
# 5
Miss_Oxatan
Sitat: guzellik
paxlama super sirim

haralardaydin?)))
hazirlamaq olar asan geldi
3 may 2016 18:07
# 4
İlan hər nə qədər ürpəndiyim və sevmədiyim canlı olsa da,ancaq,ikimizin,yəni ilanla mənim bir oxşar cəhətimiz var,"Dəymə mənə,dəyməyim sənə!" yayMiss_Oxatan♐
guzellik
paxlama super sirim
3 may 2016 17:26
# 3
sade semimi merbandan kino medcezir
Lola_Maya_
Diqqət! Sizdə gizli mətnin baxışı üçün hüquq yoxdur.
3 may 2016 16:31
# 2
vipbetul
paxlava yox soci paxlavasini xosluyuram
3 may 2016 16:29
# 1
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

(ana səhifəyə gedin.)

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınlar.Biz həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz