Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Çiyələk souslu benye resepti - FOTO RESEPT
Çiyələk souslu benye resepti - FOTO RESEPT
Göndərən: NoName
Şərhlər: 14
Baxılıb: 935
Səs ver:
Benye - fritürdə qızardılmış ekler-ponçiklərdir. İçi boş, üstü isə xırt-xırtlı. Bunları hazırlayarkən nəzərə alın ki, bişirərkən həcmi 3-4 dəfə böyüyür.

Belə ponçikləri adətən süfrəyə portağal sedrası, yaxud darçınla qarışdırılmış şəkər pudrasına batıraraq verirlər. Çiyələkli sousla da çox dadlı olur.

Tərkibi (30-40 ədəd):
250 ml su
125 q kərə yağı
1/4 ç.q. duz
125 q un
1/2 ç.q. şəkər tozu
0,5 limonun sedrası
4 yumurta
fritür üçün bitki yağı

Çiyələkli sous:
400 q çiyələk
200 q şəkər tozu
1 x.q. balzam sirkəsi
Çiyələk souslu benye resepti - FOTO RESEPT

Hazırlanması:
Çiyələk sousu:


Tavaya çiyələk və şəkər tozunu qoyub orta itilikli odda qarışdıraraq şəkər əriyincə bişirin. Balzam sirkəsi əlavə edib qarışdıraraq daha 10 dəqiqə bişirin. Ocaqdan götürün.
Çiyələk souslu benye resepti - FOTO RESEPT

Qazana su tökün, duz, şəkər tozu, xırda doğranmış kərə yağı əlavə edin. Ocağın üstə qoyun, yağ əriyənədək bişirin.
Çiyələk souslu benye resepti - FOTO RESEPT

Ocaqdan götürüb un əlavə edin.

Yenidən ocağın üstünə qoyub daim qarışdıraraq təxminən 2-3 dəqiqə, xəmir özü kündələnənədək, dibində nazik qazmaq əmələ gələnədək bişirin.
Çiyələk souslu benye resepti - FOTO RESEPT

Qazanı ocaqdan götürüb xəmiri ləyənə qoyun. Bir-bir yumurta əlavə edib hər dəfə eynicinsli kütlə alınanadək çalın.
Çiyələk souslu benye resepti - FOTO RESEPT

Əgər stasionar mikser istifadə edirsinizsə, ən aşağı sürətdə çalın (ancaq mikserdənsə çəngəl daha yaxşıdır). Xəmirin qatılığına nəzarət edin, o, çox duru olmamalıdır. Hətta son yumurtanı ayrıca çəngəllə çalıb hissə-hissə də əlavə edə bilərsiniz. Xəmir hamar və parıltılı alınmalıdır.

Bitki yağını dərin qazana töküb ocağa qoyun. Orta itilikli ocaqda qızdırın. Yağın yaxşı qızdığını öyrənmək üçün oraya taxta çöp (taxta qaşığın qulpunu) salın, kənarında köpük əmələ gəlirsə, deməli, qızıb.

Xəmirdən əlinizlə, yaxud çay qaşığı ilə xırda kündələr tutun, yağa salın. Təxminən 3 dəqiqə, hazır olanadək bişirin.
Çiyələk souslu benye resepti - FOTO RESEPT

Kağız salfetin üzərinə düzüb yağını çəkməsini gözləyin.

Süfrəyə çiyələk sousu ilə verin.
Çiyələk souslu benye resepti - FOTO RESEPT

Nuş olsun!


Şərhlər: 14
Baxılıb: 935
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
BR
coh dadli olar elebilirem
19 aprel 2016 19:12
# 14
S.Heydarova
Bəyənmədim nədənsə xoşuma gəlmədi.
7 aprel 2016 14:06
# 13
Həyat fırtınanın keçməsini gözləmək deyil,
Yağmurda da yeriyə bilməyi bacarmaqdır..!
Miss_Oxatan
Rahat reseptdi hazirlamaq olar
7 aprel 2016 00:06
# 12
İlan hər nə qədər ürpəndiyim və sevmədiyim canlı olsa da,ancaq,ikimizin,yəni ilanla mənim bir oxşar cəhətimiz var,"Dəymə mənə,dəyməyim sənə!" yayMiss_Oxatan♐
BR
AYY COH DADLI OAR ELEBILIREM
6 aprel 2016 23:37
# 11
vipbetul
super dadli olar
6 aprel 2016 22:24
# 10
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
SENSİZ
Beh beh cox dadli gorunur beyendim mutleq hazirlayacam tewekkurler
6 aprel 2016 21:26
# 9
DERDIN NE OLURSA OLSUN,UMUDUN ALLAH OLSUN
Antikvar
Bəh-bəh))Çiyələyi çox sevirəm,resepti bəyəndim,əyər tənbəllik etməsəm hazır edəcəm:)təşəkkürlər.
6 aprel 2016 21:18
# 8
Məni mən kimi sevənləri, başımın tacı - qəlbimin sevimlisi edərəm, amma gəlib məndən ikiüzlü olmağımı istəyənlərə tək sözüm"Get ayna qarşısında qalıb özünlə danış ".....
narmiwka_15
beh beh superdi
6 aprel 2016 20:18
# 7
Be Happy))
ulduz
Dadlı gorunur. Bir gün vaxtım olsa hazılayaram
6 aprel 2016 19:50
# 6
Gultekin.A
Dadli gorsenir
6 aprel 2016 16:52
# 5
..
BARBI
Asan reseptdir. Terkibini cox beyendim. Mutleq hazirlayacam
6 aprel 2016 16:41
# 4
Canımı yaktıktan sonra, hiç birşey olmamış gibi helallik isteyenler! Cehennemde yandığınızı görsem üzerinize benzin dökerim... !
Totu
Xowuma gelmedi
6 aprel 2016 16:35
# 3
Hər şeyi bilməniz önəmli deyil,Önəmli olan həddinizi bilmənizdi...
Marta
Cox leziz gorunur.
6 aprel 2016 16:35
# 2
Немного терпения, и у тебя все получится..
Asya
Resepti beyendim,hem de asan hazirlanir..ciyeleyi cox xowluyuram,dadli olarr ..
6 aprel 2016 16:34
# 1
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

(ana səhifəyə gedin.)

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınlar.Biz həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz