Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Çex bulkası resepti - FOTO RESEPT
Çex bulkası resepti - FOTO RESEPT
Göndərən: arzum-aysum
Şərhlər: 12
Baxılıb: 1684
Səs ver:
Praqadakı Staromest meydanında trdlo bulkasının satıldığı dükanlar suvenir mağazalarını sayına görə üstələyir. Trdlo bişən közün, bulkaların ağlı başdan alan qoxusu turistləri dəstə-dəstə cəlb edir. Evində trdlo bişirmək istəyənlər isə xüsusi trdlo şişləri yerinə oxlov, metal boru və digər avadanlıqdan istifadə etməli olurlar. Amma əziyyətinə dəyər. 
 
Tərkibi (4 pay): 
650 q un
50 q darçın
100 q fındıq
30 q yaş maya
100 q kərə yağı
2 yumurta
1 st süd
6 x.q. ağ şəkər tozu (narın)
 
Hazırlanması: 
Maya, 1/4 st. isti su, 1 ç.q. un və 1 ç.q. şəkər tozunu qarışdıraraq barata hazırlayın. İsti yerdə 15-20 dəqiqə qalsın. 

Yumurtaların ağını sarısından ayırın. 
Tayqulpda kərə yağını əridin, dərin ləyənə töküb süd və iki yumurtanın sarısı ilə qarışdırın. Unun qalanını və baratanı əlavə edin. 1 st. şəkər tozundan 1 x.q. qədər götürüb kənara qoyun, qalanını və azacıq duzu xəmirə əlavə edin (kənara qoyduğunuz şəkər tozu bulkanın üzərinə səpiləcək). 
Əlinizlə elastik xəmir yoğurun. Üzərinə dəsmal çəkib isti yerə qoyun, hər dəfə şişdikcə ətləyin (iki dəfə).  
Hazır xəmiri bir neçə bərabər hissəyə bölün. Yayın. Hər birini iti bıçaqla 5 sm eni olan uzun şəridlərə bölün. 
 
Metal boruya (yaxud üzərinə folqa çəkilmiş karton boruya) şəridləri dolayın. Xəmirin kənarını səliqəylə yapışdırın. 

Hazır olduqdan sonra hər tərəfinə yumurta ağı çəkin.
 
Sobanı 200 dərəcə qızdırın. 
Fındığı əzib (yaxud üyüdüb) 1 x.q. şəkər tozu və darçınla qarışdırın. Bir boşqaba tökün. Boruya doladığınız xəmirləri bu qarışığa batırın.
Sininin içinə xəmiri siniyə yapışmayacaq hündürlüyə qaldırmaq üçün əşya qoyun. Sonra boruları üzərinə düzün. 
Bulkalar 20 dəqiqə bişirilir. Bu müddətdə iki dəfə çevirin ki, hər tərəfi qızarsın. 
Bulkaları sobadan çıxarandan sonra bir qədər soyudun, sonra borudan çıxarın. 
Boşqaba yığıb üzərinə şəkər pudrası səpin.









Nuş olsun!


Şərhlər: 12
Baxılıb: 1684
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
BR
dadli olar elebilirem....
19 mart 2016 22:42
# 12
vipbetul
qeseng bulkadi dadli olar
19 mart 2016 12:24
# 11
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
Leylas
Gozeldi resept beyendim...
19 mart 2016 12:23
# 10
Antikvar
Resepti bəyəndim,asand həm fotolarla verildiyi üçün daha yaxşı oldu,hazırlamağa dəyər.Tşklər.
18 mart 2016 20:59
# 9
Məni mən kimi sevənləri, başımın tacı - qəlbimin sevimlisi edərəm, amma gəlib məndən ikiüzlü olmağımı istəyənlərə tək sözüm"Get ayna qarşısında qalıb özünlə danış ".....
Barbaris
twkler beyendim edecem bir gun
18 mart 2016 19:39
# 8
☆Arxamca danışan insanların xəyallarında imzam var ☆
Fialka
Bu formada bükülən və içi doldurulan şirniyyat var türk mətbəxinə aid bir dəfə hazırlamışam görünüşü dadı qədər gözəl alınıb amma çex bulkasını ilk dəfədi öyrənirəm hazırlamağa dəyər. Ətraflı resept üçün təşəkkür.
18 mart 2016 18:22
# 7
Asya
Diqqət! Sizdə gizli mətnin baxışı üçün hüquq yoxdur.
18 mart 2016 18:03
# 6
sizin 1205
Bulka alinmir mende
18 mart 2016 18:02
# 5
L
Totu
Cox sevirem bulka
18 mart 2016 17:26
# 4
Hər şeyi bilməniz önəmli deyil,Önəmli olan həddinizi bilmənizdi...
BARBI
Terkibini beyendim. Hazirlamaq olar. Sevirem bulkalari
18 mart 2016 17:08
# 3
Canımı yaktıktan sonra, hiç birşey olmamış gibi helallik isteyenler! Cehennemde yandığınızı görsem üzerinize benzin dökerim... !
S.Heydarova
Tərkibi elədə xoşuma gəlmədi
18 mart 2016 17:00
# 2
Həyat fırtınanın keçməsini gözləmək deyil,
Yağmurda da yeriyə bilməyi bacarmaqdır..!
Lola_Maya_
Diqqət! Sizdə gizli mətnin baxışı üçün hüquq yoxdur.
18 mart 2016 16:30
# 1
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

(ana səhifəyə gedin.)

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınlar.Biz həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz