Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Asan və dadlı ruletin hazırlanması
Asan və dadlı ruletin hazırlanması
Göndərən: NoName
Şərhlər:
Baxılıb: 25052
Səs ver:

alt

 

Ərzaqlar
1 3/4 stəkan (245 q) un
1/4 stəkan (30 q) tünd kakao tozu
1 stəkan (250 q) şəkər tozu
1 çay qaşığı baking powder (səhf etmirəmsə, rusca buna pekarskiy poroşok deyirlər)
1/4 çay qaşığı soda
1/4 çay qaşığı duz
1 çimdik vanil tozu
3 yetişmiş banan (təxminən 454 qram), yaxşıca əzilmiş (təxminən 1 1/2 stəkan banan püresi əldə edəcəksiniz)
2 böyük yumurta, yüngülvari mikserlə və ya qaşıqla çalınmış
1/2 stəkan (120 q) qazın üzərində və ya mikrodalğalı sobada əridilmiş (bildiyiniz ərinmiş yağ deyil) və soyudulmuş kərə yağı
1/2 stəkan (55 q) xırda (noxud boyda) doğranmış qoz
1/2 stəkan (85 q) xırda (noxud boyda) doğranmiş tünd plitka şokolad


Hazırlanması
1. Sobanı 180˚C-dək qızdırın.
2. 23 X 13 X 8 santimetr ölçüləri olan keks formasının dibini və kənarlarını azacıq yağlayın.
3. Böyük bir qabda un, kakao tozu, şəkər tozu, baking powder (bax: qeyd), soda, duz və vanil tozunu qaşıqla qarışdırın.
4. Başqa qabda əzilmiş banan, yumurta və yağı qaşıqla qarışdırın. Sonra isə bananlı qarışığı unlu qarışığa əlavə edib qarışdırın. Əldə etdiyiniz kütlə nə çox qatı, nə də ki çox duru olmalıdır. Şəkildə gördüyünüz kimi. Buna qoz və şokoladı da əlavə edib qaşıqla qarışdırın.
5. Alınan kütləni yağlanmış keks formasına tökün. Sobanın orta yerində 55-60 dəqiqə ərzində bişirin. Keksin hazır olub olmamasını yoxlamaq üçün içərisinə kibrit batırıb çıxardın – çıxan kibritə xəmir yapışmayıbsa¸ tortunuz hazırdır. Keks öz formasında bir qədər soyuduqdan sonra, onu formadan çıxardın. İstəyən keksin üzərinə şəkər nişastası səpə və yaxud da shokoladlı qlazur yaya bilər. Bu keks isti-isti də çox ləzzətli olur. Nuş Olsun! :)



Şərhlər:
Baxılıb: 25052
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz