Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Tort sufle quş südü resepti - FOTO RESEPT
Tort sufle quş südü resepti - FOTO RESEPT
Göndərən: guler19
Şərhlər:
Baxılıb: 2377
Səs ver:
Hazırlanma vaxtı:  40 dəqiqə
Tərkibi:

Diametri 25 sm olan tort üçün:
500 qr yağlı 35% qaymaq
7 ədəd yumurta
3 ədəd dairəvi biskvit
20 qr jelatin
250 qr şəkər tozu (1 stəkan)
200 ml su (jelatin üçün)
Bəzədilməsi üçün:
300 qr qara şokolad
60 ml qaymaq

Hazırlanması:
İnqredientlər hazırlanır.  

Jelatin isti suya əlavə edilir. Kremin hazırlanmasına qədər jelatin tam əriyər.  

Formanın dibinə və qıraqlarına bişirmə kağızı sərilir. Bu cür etməklə hazır tortu formadan çıxarmaq asan olacaq. Bişirmə kağızının sürüşməməsi üçün forma əvvəlcə bir qədər yağlanır.  

Dükandan hazır alınan biskvitlərin sayı 3 ədəd idi. Onlardan biri tortun aşağı hissəsi olacaq və o formanın dibinə yerləşdirilir.  

Qalan iki biskvitlər isə tortun qıraqlarında istifadə ediləcək. Onlar şəkildəki kimi kəsilir.  

Formadakı biskvitin üzərinə şəkildə göstərildiyi kimi, bir birinə söykəyərək düzülür.  

Forma hələlik soyuducuya yerləşdirilir. İndi isə «quş südü» ilə məşğul olaq.  
Qaymaq soyudulur, bu halda onu çalmaq daha rahat olur. Əlbətdə, mikserlə daha tez və rahat çalmaq olar, lakin əlnən, mətbəx tacı köməyi ilə də bunu etmək mümkündür. Əsas odur ki — blenderlə bunu etməyin, yoxsa qaymaq yağa və suya parçalanar.
Yumurtanın ağı sarısından ayrılır və çalınaraq bərk köpük halına gətirilir. Bunun üçün dərin plastik qabda ilk öncə yumurtaların ağları yaxşı çalınır. Sonra köpük bir qədər bərkidikdə üzərinə lazım olan miqdarda şəkər tozu əlavə edilir.  

Mikserlə bu əməliyyatları daha da sadə və rahat görmək mümkündür.  Şəkər tozu əlavə ediləndən sonra qatı hala çevrilənə qədər yenidən çalınır.  

İndi isə yumurtanın ağından hazırlanan köpük və tam əridilmiş jelatin qaymağa əlavə edilir.  

Ehtiyyatla, yavaş-yavaş qarışdırılır. Bərk qarışdırmaq olmaz, bu halda "şişmə effekti" itə bilər.  
Krem biskvitin üzərinə əlavə edilərək soyuducuya yerləşdirilir.  

Həmçinin gecədən səhərə kimi də soyuducuda saxlamaq olar. Soyuyandan sonra artıq bəzəmək olar. İlk növbədə biz biskvitlərin uclarını kəsdik.  

Az odda şokolad qaymaqda əridilir.  

Şokoladlı sous bir qədər soyuyandan sonra mussun üzərinə əlavə edilir.  
Üzərini şokoladlı yonqarla bəzəmək olar.  

Beləliklə tort hazırdır. Yeni il ərəfəsində bu cür tortu kiməsə hədiyyə aparmaq və ya desert kimi istifadə etmək yerinə düşər. 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

Nuş olsun! 


Şərhlər:
Baxılıb: 2377
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınlar.Biz həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz