Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Badamlı peçenya resepti - FOTO RESEPT
Badamlı peçenya resepti - FOTO RESEPT
Göndərən: guler19
Şərhlər:
Baxılıb: 1131
Səs ver:
Tərkibi:
150 qr kərə yağı
150 qr buğda unu
50 qr yulaf unu
100 qr badam
50 qr şəkər tozu və 3-4 x/q üzərinə səpmək üçün
1 ədəd yumurta
zövqə görə vanil

Hazırlanması:
Badamın insan orqanizminə olduğu xeyirdən saatlarnan danışmaq olar. Onu bal ilə yemək qaraciyərə və dalağa dərmandır. Yağı üzdəki ləkələri aparır, qırış və çatlaq üçün məlhəmdir. Yağını qulağa damcılatmaq qulaq ağrısını kəsər. Amerikalı tədqiqatçıların araşdırmasına əsasən məlum olub ki, badam qanda xolesterinin miqdarını aşağı salma xüsusiyyətinə malikdir.
Bu qayda ilə hazırlanan badamlı peçenya isə çox dadlı, zərif, asan hazırlanan və xırt-xırtlı alınır.
Soba 180°C temperaturunda isidilir və inqredientlər hazırlanır.  

Yaxşı olar ki, qızardılmamış badamdan istifadə edəsiniz. Çünki bişəndən sonra onun ətri daha çox bilinəcək. 
Kasaya yumşaldılmış kərə yağı və 50 qr şəkər tozu əlavə edilir.   
Üzərinə un (və zövqə görə bir qədər vanil) əlavə edilərək əlnən qarışdırılır, sanki qum qırıntıları yaradılır (iri qum qırıntıları).   

Sonra alınan «qırıntıların» içinə yumurta əlavə edilərək xəmir yoğrulur.  

İndi isə badam ləpələrinin növbəsidir. Onları çox xırda şəkildə doğramaq lazımdır. Bu işin örtəsindən isə blender yaxşı gələr. Lakin həvəng və ya adi oxlovla da keçinmək olar. Əzin, döyün, üyüdün - istədiyiniz kimi edin, amma nəticədə iri tikələr qalmasın.  
Xəmir yoğrulur. Xəmirdən kündə hazırlamağa ehtiyyac yoxdur.  
Kündənin əvəzində xəmirdən «kolbasa» forması hazırlayacayıq. Alınan hər bir kolbasa şəkər tozunda yırğalanır. İnqredienlərdə qeyd edilən 3-4 xörək qaşığı şəkər tozu məhz burada istifadə edilir.  
Alınan hər bir kolbasa, ara məsafəsi 1-1.5 sm verilməklə doğranılır. Nəticədə peçenya kiçik diniş, kərpic formasında alınmalıdır, başqa cür ad tapmaq olmur :)  
Peçenyalar tavaya düzülür və əvvəlcədən 180°C temperaturunda isidilmiş sobaya yerləşdirilir.  
Sobada 15-20 dəqiqə bişirilir. Hazır olduqda yedikcə doya bilməyəcəksiniz! 
Qeyd üçün vurğulayaq ki, əgər peçenyanın tam dietik olmasını istəyirsinizsə adi şəkər tozunu dietik şəkərnən əvə bilərsiniz.  

 

 

 

 

 

 

 

 

 

 

 


Nuş olsun!


Şərhlər:
Baxılıb: 1131
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınlar.Biz həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz